az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Biznes

Emin Zeynalov: İstənilən şəxs əcnəbi dil öyrənə bilər

03.06.2015

Dünyanın iqtisadi güc mərkəzlərinə çevrilən ölkələrinin bünövrəsində mükəmməl təhsil sistemi dayanır.  Qloballaşan iqtisadi məkanın bir hissəsinə çevrilməyə səy göstərən Azərbaycanda, ilk illərdə əksər sahələr yerli kadr qıtlığı ilə üzləşsə də, hazırda xaricdə təhsil almış və öz bilikləri hesabına milli şirkətlərimizi inkişaf etdirən mütəxəssislərin sayı az deyil. Ölkəmizdə fəaliyyət göstərən xaricdə təhsil və keyfiyyətli tədris imkanlarına malik dil kurslarının mövcudluğu da öz bəhrəsini verməkdədir. Baku Languages and Business School məhz öz yetirmələrinin uğurları ilə fəxr edən təhsil mərkəzidir. Müsahibim kursun icraçı direktoru Emin Zeynalovdur.

- BLBS nə vaxtdan fəaliyyət göstərir və təqdim etdiyi xidmətlər hansı istiqamətləri əhatə edir?

- Baku Languages and Business School 2010-cu ilin sentyabr ayından  fəaliyyətə başlayıb və şadıq ki, yarandığı vaxtdan təmsil etdiyi sektorun qabaqcıl nümayəndələrindən birinə çevrilib. Bu il 5 yaşımız tamam olur. Hesab edirəm ki, bu 5 il ərzində çox böyük yol qət etmişik, dil kurslarımızdan 4 min 500 nəfər məzun olub, təşkil etdiyimiz təlim və tədbirlərimizdən 2 min, təcrübə proqramlarımızdan isə 100-dən çox gənc  faydalanmışdır.

- Xaricdə təhsil imkanları üzrə qarşıdakı qəbul ilində BLBS hansı təklifləri təqdim edir?

- Bildiyimiz kimi, son zamanlar xaricdə təhsil almaq istəyən və buna nail olan tələbələrin sayı gün-gündən artmaqdadır. Bu çox sevindirici və xoş haldır ki, tələbələrimiz daha çox inkişaf etmək istəyir və təhsilə önəm verir. Lakin xaricdə təhsil almaq istəsələr də, bəzən tələbələrin bu barədə geniş məlumatı olmur və ya yalnış məlumatlar əldə edirlər. Bu səbəbdən, xaricdə təhsil departamentimiz bu şəxslərə xarici ölkədə təhsil almaq üçün həyata keçirilməsi lazım olan prosedurların gedişatı haqqında məlumat verir, yönləndirir və məsləhət verir.

Müraciət edənlər daha çox Avropaya üstünlük verdikləri üçün biz bir çox avropa universitetləri ilə əməkdaşlıq yaratmışıq və çoxlu sayda tələbələrimiz orda hal-hazırda təhsillərini davam etdirməkdədir. Avropa universitetləri arasında tələbələrin üstünlük verdiyi və bizimlə sıx əməkdaşıq quran ali təhsil mərkəzlərindən biri də Böyük Britaniyada yerləşən, tanınmış “London Business School of Finance” universitetidir. Ötən illə müqayisədə bu universitetdə təhsil alan, yay və biznes məktəblərinə gedən tələbə və iş adamlarının sayı getdikcə artmaqdadır. Son zamanlar, biznes sahəsində artan rəqabət şirkətlərin xaricdə ixtisaslaşmış kadrlara üstünlük verməsinə gətirib çıxardır. Belə ki, “Financial Management”,  “Investment Banking”,

“Marketing and HR Management”, “Oil Gas and Energy Management” kimi fakültələr hal-hazırda müraciət listimizdə ön sıralardadır.

- Müştəriləriniz ən çox hansı dilə üstünlük verirlər və rus dilinə olan tələbatda azalma qeydə alırsınızmı?

- Xaricdə təhsil almaq, həmçinin, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər və ingilis dili bilikləri tələb edən yerli şirkətlərdə işə qəbul olmaq üçün əsas tələblərdən biri olduğuna görə müştərilərimiz, əsasən, İngilis dili və IELTS hazırlıqlarına üstünlük verirlər. Maraqlı bir tendensiya ondan ibarətdir ki, son zamanlar alman dilini də öyrənmək istəyənlərin sayı artıb. Rus dilinə olan tələbat isə əksinə azalıb, bu yeni nəslin daha çox türk və ingilis dillərinə meyilli olması ilə əlaqədardır. Doğrudur, hal-hazırda iş yerlərində rus dilindən istifadə öz mövqeyini itirməsə də, təqribən 10 il sonra bu vəziyyətin  indikindən kəskin şəkildə fərqlənəcəyini proqnozlaşdırmaq olar.

- Hər sahədə kadr önəmli məsələdir. Müəllimlərin seçimini necə həyata keçirirsiniz, əsas üstünlük verilən bacarıqlar hansılardır?

- Təbii ki, fəaliyyətimizin nəticəsi burada çalışan insanlardan asılıdır. Bu bizim üçün xüsusilə diqqətlə və həssaslıqla yanaşdığımız məsələdir. Deyə bilərəm ki, müəllimlərin seçimi 3 mərhələni əhatə edir. İlk turda CV-lər gözdən keçirilir, öz sahəsi üzrə ali təhsili, minimum 3 illik peşəkar təcrübəsi, IELTS, TOEFL, CELTA və TKT kimi beynəlxalq səviyyədə tanınan imtahanlardan yüksək nəticə əldə etmiş namizədlər ikinci mərhələyə keçirlər. İkinci mərhələdə namizədlə görüş təyin olunur və müsahibə namizədin ixtisasına uyğun olaraq rus, ingilis və ya alman dilində aparılır. Bu mərhələdə namizəd şəxsi keyfiyyətləri, ümumi dünya görüşü, təcrübəsi və tədris metodları barədə suallarla qarşılaşır. Üçüncü mərhələ isə sınaq dərsi ilə tamamlanır.

- Qiymət strategiyası bu sahədə rəqabət aparmaq üçün əsas şərtdirmi? 

- Qiymət strategiyası ən vacib şərtlərdən biridir, amma müştəri, təbii ki, qərarını yalnız buna görə vermir. Müştəridən də asılıdır, lakin tədrisin keyfiyyəti, xidmət səviyyəsi, hətta müəssisənin şəraiti vacibliyinə görə seçim kriteriyaları arasında qiymət faktorundan heç də geri qalmır. Müəssisəmizin əsas dəyərlərindən biri müştəri məmnuniyyəti olduğundan qiymət strategiyasını formalaşdırarkən onun keyfiyyətə tam uyğun olmasını qarşımıza məqsəd qoymuşuq.

- BLBS-un üzvlük kartı hansı üstünlükləri qazandırır?

- Tədris mərkəzimiz loyal müştərilərinə daha yaxşı xidmət şəraiti yaratmaq üçün "Blue" və "Violet" üzvlük kartlarını təqdim edir. Belə ki, bu kartlar dil kursları və onunla bağlı digər xidmətlərimizə 10% endirim, xarici dilli müzakirə klublarında ödənişsiz iştirak, IELTS sınaq imtahanına 50% endirim, kitabxanamızdan istifadə imkanı, təlim, seminar və biznes kurslarına endirimlər təklif edir.

- Dil kurslarını bitirən məzunlarınızın nəticələrindən razısınızmı və belə bir fikir var ki, dil öyrənmək fərdi bacarıq tələb edir…

- Tədris mərkəzimizin fəaliyyət göstərdiyi bu 5 il ərzində 700-dən çox tələbəmiz 6.5 və daha yüksək IELTS nəticəsi qazanıb və dünyanın müxtəlif ölkələrində öz təhsillərini davam etdiriblər. 2014-cü il ərzində kursumuzun xidmətlərindən istifadə edən 1200 gənc qazandığı bilikləri təsdiq edən sertifikatlarla tədris mərkəzimizdən məzun olublar.

Təcrübə göstərir ki, çalışqanlıq və ciddi səy göstərildiyi halda, istənilən şəxs əcnəbi dil öyrənə bilər. Bizim istifadə etdiyimiz sınanmış və innovativ metodlar vasitəsilə bu proses bir qədər də asanlaşır. Fərdi bacarıqlar isə ancaq dil öyrənmə prosesinin müddətinə təsir göstərir.

- Bu gün dünyada dil öyrənmək üçün müxtəlif vasitələrdən istifadə edilir. Siz hansı metodlara önəm verirsiniz?  

- Dil kurslarımızda istifadə etdiyimiz üsul və vasitələr daha qısa zamanda, lakin yüksək keyfiyyət standartları ilə kursu bitirməyə imkan yaradır. Belə ki, “Ümumi ingilis dili” kurslarında istifadə edilən “Communicative Speech Lessons” metodu dil öyrənmə prosesini xeyli sürətləndirir. Bundan başqa, Müzakirə və Kino  klubları, ay sonu yoxlama imtahanları, kursumuzun müəllimləri tərəfindən hazırlanan vəsaitlər tələbələrimizə dil öyrənməkdə böyük kömək göstərir. Bundan başqa kursda olmadıqları müddətdə də dil biliklərini artırmaları üçün tələbələr “online” resurslarla təmin olunurlar.

- Müsahibəyə görə təşəkkür edirik.

 
Açar sözlər: xaricdə təhsil dil kursları BLBS
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (334)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.