az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Biznes

Əbülfət Qocayev: Hər mövsümdə meyvə-tərəvəzin ünvanı – “Meyvəli”

16.04.2015 | İlhamə Abdullayeva

Əvvəllər yanız mövsümdə tapılan meyvələr indi vaxt məhdudiyyəti  tanımadan ilin hər fəslində var. Özü də “Meyvəli”də! Meyvəli şirkətinin baş direktoru Əbülfət Qocayev bu fikirdədir ki, qarşıdakı 5 ildə bu sahədə infrastruktur və yerli meyvə-tərəvəz istehsalı o qədər yüksələcək ki, ümumiyyətlə, xaricdən məhsul idxalına ehtiyac belə qalmayacaq.   

Adəti üzrə bu mövsümdə meyvə qıtlığı olsa da, müşahidələrimiz onu göstərdi ki, “Meyvəli”də istənilən meyvədən var...

Əhalimizi ilin bütün fəsillərində hər cür meyvə-tərəvəz növü ilə təmin etməyə yüz faiz imkanımız var. Xüsusi vurğulamaq istərdim ki, MDB-də belə analoqu olmayan bu baza Azərbaycanda kənd təsərrüfatının, meyvə və tərəvəz sektorunun inkişafına stimul verdi. Vaxtilə unudulan meyvə bağları, əkinçilik ənənələri bərpa olundu, fermer təsərrüfatları öz məhsullarını asanlıqla bazarda realizə etməyə unikal imkan qazandılar. Bazanın mövcud gücü çox böyükdür və idxal olunan meyvə-tərəvəzin, daxili məhsullarımızın keyfiyyyətini itirmədən uzunmüddətli saxlanması üçün hər cür şərait yaradılıb. Hazırda 62 hektar ərazidə fəaliyyət göstərən bazada 7 soyuducu var və onların hər birinin sahəsi 6-7 min kvadrat metrdir. Burada meyvə- tərəvəzlərin ən azı 3-6 ay ərzində keyfiyyətinə xələl gəlmədən saxlanması mümkündür. Baza fors-major hallarda elektrik enerjisinə təlabatın ödənilməsi məqsədilə 1600 Kv-luq iki ədəd generator ilə təchiz edilib. Həmçinin iritutumlu su anbarı və digər lazımı yardımçı sahələr də müasir standartlara tam cavab verir.     

“Meyvəli” əsasən Bakı şəhərinin girişində yerləşdiyi üçün paytaxt sakinlərinin təlabatını həyata keçirməyə çalışır, amma nəinki Bakı hətta rayon və bölgələrimiz üçün meyvə, tərəvəz ehtiyatını saxlamağa imkan verir.

Bazaya daxil olan meyvə, tərəvəzin həcminin nisbətini müqayisə etsək, yerli məhsullar, yoxsa ixrac öndədir?      

Mövsüm zamanı bazarda əsasən öz yerli məhsullarımız üstünlük təşkil edir. Təbii ki, xarici ölkələrdən idxal prosesi ilboyu dayanmır. Aprelin 15-dən artıq yerli çiyələmiz bazara çıxarılacaq. Apelsin, banan və bəzi məhsullar var ki, onların xarici ölkələrdən idxalı davam edir. Amma bəzi meyvələr üzrə idxal demək olar ki, tamamilə dayanıb. Məsələn, 2 il əvvəldək Polşadan alma gətirirdik, indi xaricdən ümumiyyətlə alma gəlmir. Yerli alma sortlarımız keyfiyyət göstəricilərinə görə daha yüksəkdir və vaxtilə kənd təsərrüfatları üçün yeganə problem olan qablaşma məsələsində də irəliləyişlər əldə olunub. Bu gün meyvələrin qablaşması yüksək səviyyədədir və qiymət baxımından daha əlverişli şərtlərlə alıcılara təqdim olunur. Həmçinin yerli fermerlər xarici məşhur sortların Azərbaycanda yetişdirilməsinə böyük maraq göstərirlər. Məsələn, Fransız alma sortu artıq Qubada, Qusarda çox yüksək səviyyədə yetişdirilir və qablaşdırılaraq, satışa çıxarılır.

Qeyd edim ki, yerli meyvə-tərəvəz məhsullarımız faydalı komponentlərinə görə xarici məhsullardan qat-qat yüksəkdir. Sadəcə olaraq, bəzən hansısa meyvə sortunun zahiri görünüşü xoşagəlməyən ola bilər. Ancaq araşdırdıqda məlum olur ki, həmin sort vitaminlərlə daha zəngindir.

Bu gün genetik modifikasiyaya uğramış meyvə və tərəvəz sortları problemi  bütün dünyanın diqqət mərkəzindədir. “Meyvəli” Azərbaycan istehlakçısını qorumaq üçün işini necə qurub?

İlk növbədə “Meyvəli” şirkəti uyğunluq, keyfiyyət və mənşəyi ilə bağlı sertifikat təqdim edən məhsulları qəbul edir. Bundan əlavə, bilirsiniz ki, buraxılış məntəqələrində hər bir məhsul diqqətlə yoxlanılır. Həmçinin, hesab edirəm ki, öz laboratoriyamızın yaradılmasına  mütləq ehtiyac vardır. “Meyvəli” olaraq, yüksək keyfiyyət standartlarına malik, müasir texnologiya əsasında laboratoriyamızı təşkil etmək bizim üçün ümdə hədəflərdən biridir. Düşünürəm ki, çox tezliklə  buna nail olacağıq. Şirkətimizə daxil olan məhsulların yoxlanılmasında özümüz də maraqlıyıq, çünki həm də istehlakçıyıq.  

Meyvə, tərəvəz idxalı ən çox hansı ölkələrdən həyata keçirilir? 

Əsasən qonşu Türkiyədən idxal edirik. Sırada bundan sonrakı yerləri isə  İran, Hollandiya və Pakistan tutur. Hansı ölkədə mövsümə uyğun meyvələr yetişdirilirsə və ona yerli təlabat varsa, həmin məhsulları da  idxal edirik. Hazırda İrandan qarpız gətirilir, çünki iqlim şəraiti bu ölkədə qarpız satışı mövsümünün tez başlamasına imkan verir. İrandan həmçinin üzüm idxalı da həyata keçirilir və qeyd etmək istrdim ki, ötən mövsümdə ölkəmizdə üzümün məhsuldarlığı çox yüksək oldu. Belə davam etsə, Azərbaycan özü üzüm ixracatçısına çevrilə bilər. Hesab edirəm ki, 5 ildən sonra əksər meyvə-tərəvəz məhsullarının xaricdən idxalı tamalilə dayanacaq, çünki bu sahədə  ixrac potensialımız ilbəil yüksəlir. Bunun üçün iqtisadi zəmin, dövlət tərəfindən kənd təsərrüfatına, fermerlərə böyük qayğı və diqqət var. Ölkə rəhbərliyinin siyasi dəstəyi sayəsində  meyvəçilik sahəsində inkişaf nəzərə çarpır və yerli fermerlərin məhsuldar sortların yetişdirilməsinə həvəsləri böyükdür.

2013 və 2014-cü illərin statistikasını müqayisə etsək, ötən il Azərbaycandan Rusiyaya meyvə-tərəvəz idxalının səviyyəsi düşüb? Meyvəli olaraq, bu azalma Sizin ixrac payınızda da təccəssümünü tapıbmı? 

Bilirsiniz ki, 2014-cü ildə Rusiyada maliyyə böhranı yaşandı və Rusiya rublunun dollar qarşısında dəyərsizləşməsi nəticə ehtibarilə əhalinin alıcılıq qabiliyyətinə də mənfi təsir göstərdi.  Rusiya bazarlarına Azərbaycandan tək meyvə deyil, bununla yanaşı kartof və soğan da daxil olmaqla bütün tərəvəz növləri aparılır. Məsələn, mövsüm zamanı Cəlilabad kartofuna Rusiyada böyük təlabat var. Ancaq hazırda satışın səviyyəsində düşmə müşahidə olunur. Bu isə həm yerli fermerə, həm də ixracla məşğul olan böyük bir sahibkar ordusuna zərər vurur. Çünki Rusiya bazarında əsasən azərbaycanlılar bu işlə məşğul olur. Təbii ki, ixracın zəifləməsi nəticə etibarilə bizim dövriyyəmizə də mənfi təsir edir. Ümumiyyətlə, fevral ayında manatın da devalvasiyaya uğraması fəaliyyətimizə təsirsiz ötüşmədi, lakin buna baxmayaraq, qiymətlərin nəzərə çarpacaq dərəcədə artımına imkan verməməyə çalışdıq. Düşünürəm ki, bütün sahələrdə mümkün qədər istehlakçının maraqlarının qorunmasına çalışmaq lazımdır. Çünki satışın hədəfi istehlakçıdır və onu itirmək istənilən biznes sahəsində arzuolunmaz bir faktordur.

Bu gün əminliklə demək olarmı ki, “Meyvəli” öz sahəsində liderdir?

“Meyvəli” meyvə-tərəvəz idxalçıları ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışan böyük bir şəbəkəni əhatə edir. Xidmətimizdən istifadə edənlər üçün yaradılan şəraitin yüksək səviyyədə olması, satış üçün icarəyə verilən ərazilərdə icarə haqqının səmərəli şərtlərlə təyini “Meyvəli”ni daha üstün mövqeyə çıxarıb. Bütün bazada təhlükəsizlik yüksək səviyyədə təşkil olunub. Ərazidəki 200 kamera vasitəsilə hər bir obyekt 24 saat ərzində nəzarət sistemi ilə izlənilir.   

Məhsullarını bazaya gətirə bilməyən kənd zəhmətkeşi sonda onu atmağa məcbur olur. “Meyvəli” yerində məhsulların alınaraq bazaya gətirilməsi ilə bağlı nə düşünür?

Yerli məhsulun bazaya gətirilməsi, əhalidən yerindəcə alınması sisteminin qurulmasına dair planlarımız böyükdür. Hazırda bu məsələnin üzərində işləyirik, hesab edirəm ki, ilin sonuna qədər texniki məsələləri həll edə biləcəyik. Bu, əkinçi üçün mühüm stimullaşdırıcı amildir və “Meyvəli” fermerlə əməkdaşlıq etməyə hazırdır.

Əbülfət müəllim özü hansı meyvələrə üstünlük verir, yerli, yoxsa xarici?

Bütün mövsüm boyu yerli və ya xarici fərq qoymadan hər bir meyvədən istifadə edirəm. Qida rasionumda meyvəyə xüsusi önəm verirəm və hesab edirəm ki, tək mən belə deyiləm. Çünki Azərbaycan xalqında da meyvəyə alışqanlıq və təlabatın artması müşahidə edilir. Bilirsiniz ki, Avropada qida rasionunda meyvə-tərəvəz ütünlük təşkil edir, şadam ki, bizim vətəndaşlarımız da sağlam qidalanmaya, xüsusən də faydalı qidalanmaya dəyər verir, mətbəxlərində meyvə- tərəvəzi ön plana çəkirlər. 

“Meyvəli”yə rəhbərlik etdiyiniz ötən 5 ildə idarəetmə təcrübənizdə yaddaqalan, maraqlı hadisə olubmu?

Bizim hər günümüz yaddaqalandır, çünki geniş əhali kütləsi ilə işləyirik. Mən hazır “Meyvəli”yə sahib olmamışam, “Meyvəli” uşaq kimi ilbəil bizim əməyimiz sayəsində böyüyüb.

“Meyvəli” olaraq böyük işlər görmüsünüz, qarşınıza qoyduğunuz vəzifələr də az deyil. Azərbaycan istehlakçısnı daha hansı yeniliklərinizlə sevindirə bilərsiniz?

Ən əsası ölkəmizdə müasir standartlara cavab verən “Meyvəli”nin qurulması ölkənin inkişaf tempinə, əhalinin rifah halının yaxşılaşdırılmasına, yeni iş yerlərinin yaradılması ilə vətəndaşlarımızın məşğulluq səviyyəsini yüksətməyə xidmət edən fəaliyyətə bir dəstək nümunəsidir. Perspektivdə yeni iş yerlərinin açılmasına imkan yaradacaq daha bir neçə istiqamət üzrə hədəflərimiz var. Bunlardan biri də düşünürəm ki, hazırda əhalinin qida təhlükəsizliyində mühüm əhəmiyyət daşıyan sağlam və mənşəyi məlum olan ət məhsulları ilə təminat məsələsidir. “Meyvəli” mərkəzləşmiş ət kəsimi məntəqəsi açmağa hazırlaşır. Paytaxt əhalisinin ət məhsullarına olan təlabatını ödəməyə hesablanmış məntəqə müasir şəraiti və laboratoriyası ilə vətəndaşlarımızın xidmətində dayanacaq. Bu layihənin icrasını çox yüksək səviyyədə həyata keçirməyə çalışacağıq. Həmçinin yuxarıda qeyd etdiyimiz perspektiv hədəflər öz həllini gözləyir. Düşünürəm ki, iqtisadi inkişafa söykənən bu planlarımızla daha böyük uğurlar qazana bilərik.

Səmimi müsahibəyə görə təşəkkür edirik.    

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (340)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (318)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (328)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (261)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (148)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.