az / ru
 
     
 
Ana səhifə > Analitika > Ekspertə sual

Tikinti şirkətləri Avropa keyfiyyət standartlarına yaxınlaşıblar

26.12.2012

«Altes Group»-un tikinti üzrə direktoru Samir Həmidov

– Ölkədə fəaliyyət göstərən xarici şirkətlərin sayı artıb ki, bu da tikintidə keyfiyyətin yüksəlməsinə gətirib. Bunda dövlətin böyük rolu var, belə ki, müəyyən islahatlar keçirilərkən, şəhərin baş planı nəzərə alınıb. Tikintiyə dair lisenziyası olan şirkətlərin sayı azalıb. Əgər əvvəlki illərdə xaricdə tikinti işləri aparmaq üçün lisenziyası olan istənilən şirkət ölkə daxilində də tikinti ilə məşğul ola bilərdisə, hazırda onlar bunun üçün Azərbaycanda müvafiq lisenziya almalıdırlar. Buna görə də, tikinti bazarında yalnız güclü və yüksək ixtisaslı şirkətlər qalıb. Yerli sakinlər əmin ola bilərlər ki, Bakıda tikilmiş binaların inşası həqiqətən keyfiyyətlə yerinə yetirilib.

Keyfiyyət yüksəldikcə, tikinti şirkətlərinə irəli sürülən tələblər də yüksəlir, bu isə öz növbəsində, daşınmaz əmlakın son qiymətinin yüksəlməsinə gətirir. Biz Avropa keyfiyyət standartlarına yaxınlaşırıq. Artıq bu gün şəhərin görkəmində baş verən kəskin dəyişikliklər çoxlarını təəccübləndirir. Bütün bunlar bizim düzgün yolda olmağımızı bir daha sübut edir.

Tikinti sahəsi ilə bağlı olan şirkətlərin sayı artır. Təkcə son bir ayda bizə ona qədər xarici şirkət əməkdaşlıq təklifi ilə müraciət edib (təkcə yaxın xaricdən deyil, Misir, Səudiyyə Ərəbistanı, İtaliya və başqa ölkələrdən). İldən ilə Azərbaycan bazarı həm əlverişli geosiyasi və coğrafi mövqeyi, həm də əhalinin siyasi sosiallaşması sahəsində davamlı inkişafı ilə daha da cəlbedici olur. Şirkətimizə etimadın artması, əsasən, yeni layihələrin başlanması ilə bağlı müraciətlərin sayının artmasında özünü göstərir. Bu cür perspektivlə həmin müraciətlərə cavab vermək, yeni, istehlakçılar üçün daha maraqlı və cəlbedici layihələr inşa etmək, artıq, bizim borcumuzdur.

Məlum olduğu kimi, maneələr onun üçündür ki, onlar dəf edilsin və əgər bu gün kimsə bazarda əlverişsiz şəraitin olmasından şikayətlənirsə, bu sadəcə olaraq, zəiflik əlamətidir. Yalnız böyük cidd-cəhdlə və istək olduğu təqdirdə biz əsas məqsədimizə - kamilliyə çata bilərik!

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək
 
+ Apteklər və əczaçılıq (203)
+ Avtomobillər (257)
+ Ayaqqabı və aksesuarlar (119)
+ Banklar və sığorta (125)
+ Daşınmaz əmlak (215)
+ Ev və ofis üçün mallar (134)
+ Geyim (274)
+ Gözəllik və sağlamlıq (190)
+ Heyvanlar və bitkilər (60)
+ Hotels (168)
+ Hüquq xidmətləri (301)
+ İdman (63)
+ İnformasiya texnologiyaları (195)
+ İnteryer əşyaları (48)
+ İşgüzar xidmətlər (273)
+ İstirahət və əyləncə (195)
+ Kafe və barlar (127)
+ Kompüter texnikası (178)
+ Kurslar və Təlimlər (155)
+ Kənd təsərrüfatı (87)
+ Mağazalar (213)
+ Mebel və interyer (238)
+ Mətbuat (168)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (157)
+ Özəl tibb müəssisələri (163)
+ Özəl təhsil (160)
+ Poliqrafiya (211)
+ Reklam və ictimai əlaqələr (203)
+ Restoranlar (203)
+ Stomatologiya (106)
+ Sənaye (306)
+ Telekommunikasiya (91)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (499)
+ Tikinti, tədarük (219)
+ Topdansatış ticarəti (135)
+ Turizm və istirahət (255)
+ Təhlükəsizlik və mühafizə (99)
+ Təmir xidmətləri (90)
+ Uşaq və analar üçün mallar (80)
+ Veb saytlar (79)
+ Xidmətlər (215)
+ Xüsusi avadanlıq (157)
+ Yeməklərin hazırlanması (76)
+ Ərzaq məhsulları (153)
 
 
Developed with Investment Climate Advisory Services of the World Bank Group
     
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.