az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > Dünyada

Cövhər Tsarnayev məhkəmədə ilk dəfə ağlayıb

05.05.2015 17:21

Bostonda bazar ertəsi günü məhkəmədə Cövhər Tsarnayevin beş qohumu çıxış edib.

Boston marafonunda bomba partlayışına görə keçirilən məhkəmə prosesində müttəhim Cövhər Tsarnayev onun qohumları şahid kimi çıxış edərkən ilk dəfə ağlayıb.

Tsarnayevin qohumları hakimlərdən onu edam etməməyi xahiş ediblər.

Məhkəmə iclasında şahid qismində çıxış edən Tsarnayevin bibisi Patimat Süleymanova ağlaya-ağlaya hakimlərdən Cövhərə rəhm edilməsini xahiş edib.

Onu sakitləşdirmək üçün məhkəmə iclasında fasilə elan olunub.

Bibisi danışarkən, Cövhər Tsarnayevin özü də emosiyalarını saxlaya bilməyərək ağlayıb.

21 yaşlı çeçen gənci Cövhər Tsarnayevin taleyi barədə son qərar hakimlər heyəti tərəfindən verilməlidir.

Tsarnayevin vəkilləri onun bomba partlayışında iştirakını etiraf edərək, hadisənin Cövhərin böyük qardaşı Tamerlan tərəfindən təşkil oldunduğunu vurğulayıblar.

Aprel ayında uzun çəkən müzakirələrdən sonra, hakimlər heyəti Çövhər Tsarnayevi ittihamnamənin bütün 30 maddəsi üzrə təqsirkar bilib.

Boston məhkəmə binası qarşısında ölüm hökmü əleyhdarlarının aksiyası keçirilib.

Boston marafonunda 2013-cü ilin aprelində törədilmiş bomba partlayışı nəticəsində üç nəfər həlak olmuş, iki yüz altmış dörd nəfər yaralanmışdı.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (273)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (355)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (94)
+ Nəqliyyat və logistika (276)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (262)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (271)
+ Topdansatış ticarəti (145)
+ Turizm və istirahət (398)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (126)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (134)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.