az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > Dünyada

Oğlunu qapazlayan ana milyonların sevimlisi oldu

30.04.2015 13:12

ABŞ-ın Merilend ştatındakı Baltimor şəhərində kütləvi iğtişaşlar davam edir.

Bu aksia iştirakçılarından birini, daha doğrusu, küçələrə çıxmış qaradərili yeniyetmələrin liderləri arasında yer alan 16 yaşlı oğlanı anası cəzalandırıb.
 
Oğlunun polislərə daş atdığını televizorda görən ana dərhal hadisə yerinə yollanıb və oğlunu qapazlayaraq evə aparmağa başlayıb. Oğul qaçaraq anasının əlindən qurtulmağa çalışsa da, ana onu haqlayıb.
 
Milli.Az ABC News-a istinadən bildirir ki, qaradərili ana İnstagram və sosial şəbəkələrin ulduzuna dönüb.
Milyonlarla amerikalı bu qadını "İlin anası" adlandırmağı təklif ediblər.
 
Fox News-un reportyoru, məşhur jurnalist Çarlz Peyn deyib: "Bu qadına heyranam və onu anlayıram. Mənim anam da belə edərdi".
 
Baltimor Şəhər Polis Departamentinin rəisi Entoni Batts dünən keçirdiyi mətbuat konfransında CBS Baltimore-a deyib: "Övladlarının təlim-tərbiyəsi ilə ciddi məşğul olan belə anaların mümkün qədər çox olmasını istərdim. Polisi daşlayan oğlunu qapazlayan o ananın əllərindən öpmək istərdim".
 
Baltimordakı etiraz aksiyaları zamanı şəhərin 3 məhəlləsinə "nəzarət" edən yeniyetmə dəstələrinin lideri olan, amma anasının qapazladığı 16 yaşlı qaradərili oğlan Maykl Qrehemdir.
 
Onu döyən isə anası Toyadır.
Xatırladaq ki, Baltimordakı kütləvi iğtişaşların səbəbi 25 yaşlı qaradəriliFreddi Qreyin ölümüdür. Qreyi saxlayan polislər onu vəhşicəsinə döyərək onurğasını sındırmışdılar. Qrey xəstəxanada, intensiv terapiya bölməsində keçinmişdi.
 
"Oğlumun Freddi Qreyin taleyini təkrarlamasını istəmirəm. 6 övlad böyüdürəm və onların heç birinin zərər çəkməsinə yol vermək niyyətində deyiləm", - Toya Qrehem deyib.
 
Toya Qrehem Baltimor şəhərindəki Alkoqol və Narkotik Maddələrdən Asılılığın Müalicəsi Mərkəzində (Alcohol and Drug Treatment Center) menecer köməkçisi vəzifəsində çalışır.
 
6 övladını tək böyüdən Toya Qrehem deyib: "Televizorda xəbərlərə baxırdım. Şəhərdəki aksiyalardan canlı yayımda oğlumu polisə daş atdığı vəziyyətdə görəndə qorxdum və hirsləndim. Dərhal həmin küçəyə yollandım. Həmin an kameralar barədə düşünmürdüm. 5 qızımın yeganə qardaşıdır, tək oğlumdur və onun Freddi Qrey kimi ölməsini istəmirəm. Maykl ideal oğlan deyil. Amma o, mənim balamdır. O anlarda şokda idim, nə etdiyimin, nə dediyimin fərqində deyildim".
 
ABŞ-da media və sosial şəbəkələrin istifadəçiləri Toya Qrehemin "İlin anası" adlandırılmasını tələb edirlər.
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (273)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (355)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (94)
+ Nəqliyyat və logistika (276)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (262)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (271)
+ Topdansatış ticarəti (145)
+ Turizm və istirahət (398)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (126)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (134)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.