az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > Dünyada

Avropa şəhərlərinin arasında ən təmiz havası olan seçilib

09.04.2015 14:19

Sürix, Kopenhagen və Vyana Almaniyanın Təbiəti Mühafizə İttifaqının tərtib etdiyi ən təmiz havası olan Avropa şəhərlərinin reytinq siyahısına başçılıq edir.

AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, siyahı müəlliflərinin sözlərinə görə, reytinqin tərtib olunmasında ekoloji vəziyyət deyil, hökumətin havanın təmizlənməsi və vəziyyətin yaxşılaşdırılması istiqamətində gördükləri tədbirlər əsas götürülüb. Tədqiqata Avropanın 23 meqapolisi daxil edilib.

Reytinqdə şəhərlər 9 kateqoriya ilə qiymətləndirilib. Bura texniki və iqtisadi tədbirlər, tullantıların ixtisarı, nəqliyyatla iş, o cümlədən velosiped nəqliyyatının inkişafı, yüksəktezlikli şüalanmanın qadağan edilməsi və informasiya şəffaflığı da daxildir.

Şəhər havasının keyfiyyətinin yaxşılaşdırılmasına dair kompleks strategiyanın reallaşdırıldığı Sürix reytinqin lideri olub. O, mümkün balın 89 faizini toplayıb. Qeyd edək ki, 2012-ci ildə bu şəhər balların yalnız 80 faizini toplaya bilmişdi.

İlk üçlükdə, həmçinin maksimal qiymətin 87 faizini toplayan Kopenhagen şəhəri də yer alıb. Tədqiqatçılar bu şəhərdəki velosiped nəqliyyatının inkişafını yüksək qiymətləndiriblər. Siyahıda üçüncü yerdə 84 faiz bal toplayan Vyana şəhəri qərarlaşıb. Burada havanın təmizlənməsinə dair görülən tədbirlər içərisində bir neçə növ yük avtomobilinə şəhərə girişin qadağan edilməsi, həmçinin park və yaşıl zonaların bolluğu əsas götürülüb.

Tədqiqatçıların fikrincə, ekoloji vəziyyət baxımından ən problemli şəhər cəmi 53 faiz bal toplayaraq reytinqdə sonuncu pilləyə enən Lüksemburqdur. Tədqiqatların nəticəsinə görə, şəhər əhalisinin sürətlə artması tikinti layihələrinin çoxalmasına səbəb olur ki, bu da ekoloji vəziyyətin korlanmasında özünü göstərir.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (273)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (355)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (94)
+ Nəqliyyat və logistika (276)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (262)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (271)
+ Topdansatış ticarəti (145)
+ Turizm və istirahət (398)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (126)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (134)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.