az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > Cəmiyyət

Heydər Əliyev Fondu ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb

28.12.2011 10:50 | apa.az

2012-ci ilin may ayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsinə hazırlıq çərçivəsində Heydər Əliyev Fondu ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Heydər Əliyev Fondundan verilən məlumata görə, “Eurovision” Mahnı Müsabiqəsinin təşkili və keçirilməsinə dəstək göstərilməsi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin müraciətini qəbul edən Heydər Əliyev Fondu beynəlxalq tədbirlərin təşkilindəki geniş təcrübəsini Azərbaycan üçün önəmli bu layihəyə yönəltməyə razılıq verib.

Qeyd edək ki, Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsində iştirakının ilk günündən layihəyə dəstək verən Heydər Əliyev Fondunun təşkilatçılığı bu yarışmada ölkəmizin uğurla təmsil olunmağında mühüm rol oynayıb.

“Eurovision” Mahnı Müsabiqəsi həm də Azərbaycanın zəngin tarixi və mədəni irsinin dünyaya daha yaxşı tanıdılması üçün əhəmiyyətli bir hadisədir. Bu baxımdan sosial, mədəniyyət, təhsil və digər sahələrdə böyük layihələr həyata keçirən Heydər Əliyev Fondu ilə əməkdaşlıq istər təşkilati, istərsə də təbliğat sahəsində önəmli hesab olunur.

İmzalanmış memorandumla müxtəlif mədəni tədbirlərin təşkil olunması və keçirilməsinə mütəxəssislərin cəlb edilməsi, Bakı şəhərinin müsabiqəyə uyğun bəzədilməsi, “Eurovision” Mahnı Müsabiqəsi həftələrində “Eurovillige”, “Euroclub” kimi ənənəvi sosial proqramların təşkilində və könüllülər komandasının cəlb olunmasında yardım göstərilməsi və digər məsələlər nəzərdə tutulur.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (317)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (258)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (218)
+ Hüquq xidmətləri (371)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (256)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (342)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (211)
+ Kurslar və Təlimlər (173)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (215)
+ Mebel və interyer (295)
+ Mətbuat (164)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (250)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (235)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (292)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (296)
+ Tikinti və landşaft (570)
+ Tikinti, tədarük (253)
+ Topdansatış ticarəti (139)
+ Turizm və istirahət (384)
+ Təhlükəsizlik və mühafizə (128)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (120)
+ Xidmətlər (293)
+ Xüsusi avadanlıq (173)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.