az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > Cəmiyyət

BDYPİ yol-patrul xidməti avtomobilinin maketinin tətbiqi ilə bağlı məlumat yayıb

31.07.2019 08:52 | Trend.az

Baş Dövlət Yol Polisi İdarəsi yol-patrul xidməti avtomobilinin maketinin avtomobil yollarında tətbiqi ilə bağlı məlumat yayıb.

Məlumatda ölkəmizdə yol hərəkəti qayda pozuntularının qarşısının alınması, sürücü intizamının möhkəmləndirilməsi və yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsi məqsədilə avtomobil yollarında yol-patrul xidməti avtomobillərinə bənzər maketlərin quraşdırılmasına başlandığı qeyd edilib.

Məlumatda bildirilir: “Təcrübə göstərir ki, yol-patrul avtomobilində xidmət aparıldığını görən sürücülərdə əksər hallarda məsuliyyət və intizam hissi artır, inzibati məsuliyyətə cəlb olunmamaq üçün qaydalara riayət etməyə çalışılır. YPX avtomobilinin maketi quraşdırılmış yolda hərəkət edən intizamsız sürücü də zənnində yanıldığını başa düşənədək törədə biləcəyi qəzadan yayınmış olur, yenidən yol hərəkəti qaydalarını pozmaq barədə düşüncəsində tərəddüdlər yaranır, intizamlı olmağa meyillənir.

Hazırda Rusiya, Türkiyə və sair ölkələrdə geniş tətbiq edilən bu metod yol qəzalarının sayını minimuma endirməkdə mühüm nəticələr verir. Uzaqdan əsl YPX avtomobillərinə bənzəyən maketlərin yerləri səmərəlilik baxımından mütəmadi olaraq dəyişdiriləcək. Sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində sürücülərin diqqətini daha tez cəlb etmək üçün göy-sayrışan işıq cihazları ilə təchiz edilmiş maketlər gələcəkdə daha innovativ əlavələr tətbiq edilməklə istifadə olunacaq.

Hazırda bu mobil maketlərin yol hərəkəti iştirakçılarının kifayət qədər uzaq məsafədən aydın görə biləcəkləri, eləcə də qəza ehtimalı daha çox olan avtomobil yollarında quraşdırılması nəzərdə tutulub və artıq prosesə başlanılıb.

DYP-nin yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün həyata keçirdiyi bu və ya bu qəbildən olan digər tədbirlər birmənalı olaraq yol-nəqliyyat hadisələrinin qarşısını almaq, sürücü və sərnişinlərin mənzil başına sağ-salamat çatmasını təmin etmək məqsədi daşıyır”.

Qeyd edək ki, həmin maketlərə kamera və YPX əməkdaşları vasitəsilə nəzarət həyata keçirilir. Dövlət əmlakı olan maketlərə ziyan vurulması məsuliyyət yaradır.

 
Açar sözlər: BDYPİ yol-patrul xidməti maket
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (273)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (355)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (94)
+ Nəqliyyat və logistika (276)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (262)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (271)
+ Topdansatış ticarəti (145)
+ Turizm və istirahət (398)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (126)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (134)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.