az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > Cəmiyyət

Ümumdünya Səhiyyə Təşkilatı: Azərbaycanda siqaret çox ucuzdur və qiyməti artırılmalıdır

16.01.2019 12:12

"Bütün dünyada tütündən istifadə ciddi problem olaraq qalır. Təəssüf ki, Azərbaycanda da tütündən istifadə edən kifayət qədər insan var".

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Fatoş Hande Harmancı deyib.

Onun sözlərinə görə, Azərbaycanda təxminən 1,3 milyon insan tütündən istifadə edir: "Ölkədə siqaret çəkən insanların yarısı 70 yaşına çatmadan dünyalarını dəyişirlər. Ona görə də tütündən istifadənin qarşısını almaq üçün ciddi mübarizə çox vacibdir. Bu istiqamətdə atılacaq addımlardan başlıcası tütün məmulatlarının qiymətinin artırılmasıdır. Çünki Azərbaycanda siqaretlərin qiyməti çox ucuzdur. Qiymətlərin bahalaşdırılması xüsusilə gənclərin siqaret çəkməyə başlamasının qarşısını nisbətən almış olar".

ÜST rəsmisi əlavə edib ki, eyni zamanda, tütün məmulatlarının reklamlarını azaltmaq lazımdır: "Dükanlarda, böyük marketlərdə siqaretlər açıq şəkildə satılır. Bunu qapalı şəkildə satmaq, yaxud qutularının yenilənməsini təmin etmək olar. Ölkədə keçən il qəbul edilən qanunu təqdirəlayiq hal kimi qiymətləndirirəm".

F.H.Harmancı hesab edir ki, əgər tütündən istifadə ilə bağlı mübarizə tədbirləri həyata keçirilməsə siqaret çəkənlərin sayı durmadan artacaq: "Çünki tütün satışı ilə məşğul olan sahibkarlar qazanc əldə etmək istəyirlər. Müşahidələrim onu göstərir ki, Bakıda gənclərin siqaretdən və ya qəlyandan istifadə etməyə maraqları çoxdur. Qeyd edim ki, 1 saatlıq qəlyan çəkmək 40 siqaretə bərabərdir".

 
Açar sözlər: Siqaret qiymət
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (235)
+ Avtomobillər (322)
+ Ayaqqabı və aksesuarlar (154)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (261)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (312)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (234)
+ Hüquq xidmətləri (372)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (260)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (346)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (212)
+ Kurslar və Təlimlər (178)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (216)
+ Mebel və interyer (295)
+ Mətbuat (167)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (268)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (241)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (295)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (304)
+ Tikinti və landşaft (576)
+ Tikinti, tədarük (261)
+ Topdansatış ticarəti (140)
+ Turizm və istirahət (390)
+ Təhlükəsizlik və mühafizə (134)
+ Təmir xidmətləri (106)
+ Uşaq və analar üçün mallar (82)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (177)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.