az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > Cəmiyyət

“Mr.Fix beynəlxalq inşaat sərgisində geniş məhsul çeşidləri ilə çıxış edib”

24.10.2018 12:30

23-26 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 24-cü Azərbaycan Beynəlxalq İnşaat Sərgisi keçirilir. Kartaş LTD MMC-yə məxsus Mr.Fix tikinti kimyəviləri hər il olduğu kimi bu il də, sərgidə fəal iştirak edir. Stenddə nümayiş olunan bitum əsaslı su izolyasiya materialları (Bitufix), Polyboard istilik izolyasiya sistemləri, beton qatqıları, kafel və keramika yapışdırıcıları, dərz dolğuları, dekorativ və digər suvaq məhsulları sərgi ziyarətçilərində xüsusi maraq oyadır.

Mr.Fix Bakı Ekspo Mərkəzdə hər zamankı yerində (B 1046 saylı stend) ziyarətçilərini qəbul edir. Yüzlərlə mütəxəssisin ziyarət etdiyi Mr.Fix stendində məhsul qruplarına özəl tətbiq lövhələri təkcə nəzəri deyil, həm də praktik məlumatlar təqdim edir. Stendi ziyarət edənlər: yeni və mövcud məhsullar haqqında məlumatlar alır; qarşılıqlı əməkdaşlıq, iş və təcrübə imkanları müzakirə edir! Sərgidə inşaat sektorundan müxtəlif peşə sahibləri Mr.Fix məhsulları ilə maraqlanaraq qarşılıqlı təcrübə və fikir paylaşımı edir.

Mr.Fix markası 15 ildir ki, “Doğru seçim, doğru nəticə” devizi altında yerli inşaat bazarının qabaqcıl istehsalçısıdır. Mr.Fix 200-dən çox çeşiddə tikinti kimyəviləri ilə müştərilərin xidmətindədir.  Texnoloji yenilikləri daima izləyən, tədqiqat və inkişaf fəaliyyətlərini fasiləsiz olaraq davam etdirən şirkət, yüksək keyfiyyətli tikinti materiallarını istehsal edir. ISO 9001 keyfiyyəti idarəetmə sistemi, AZS və Avropa standartlarına uyğun olaraq istehsal edilən məhsullar etibar edilən və ən çox üstünlük verilən məhsullardandır.

 
Açar sözlər: Mr.Fix Kartash LTD Baku Expo Center Baku Build Exhibition
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (319)
+ Ayaqqabı və aksesuarlar (152)
+ Banklar və sığorta (127)
+ Daşınmaz əmlak (261)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (224)
+ Hüquq xidmətləri (371)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (260)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (346)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (211)
+ Kurslar və Təlimlər (174)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (216)
+ Mebel və interyer (295)
+ Mətbuat (167)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (254)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (235)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (292)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (298)
+ Tikinti və landşaft (574)
+ Tikinti, tədarük (257)
+ Topdansatış ticarəti (140)
+ Turizm və istirahət (385)
+ Təhlükəsizlik və mühafizə (131)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (119)
+ Xidmətlər (293)
+ Xüsusi avadanlıq (175)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.