az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > Cəmiyyət

“1001 dad”dan “jurnalist-aşpaz”lar

22.07.2018 15:30

22 iyul Milli Mətbuat günü ərəfəsində, "WWW.1001dad.com" web saytının təşkilatçılığı və  "360 Marcom" marketinq şirkətinin köməyi ilə şirkətin Live Kitchen studiyasında media nümayəndələri üçün aşpazlıq master-klassı keçirilib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Master-klass başlamazdan əvvəl aşpaz Tariel Quliyev media nümayəndələrini  Milli Mətbuat Günü münasibəti ilə təbrik edib. Daha sonra aşpazla bərabər jurnalistlər öz bacarıqlarını sınayıblar. Belə ki, jurnalistlər iki növ desert hazırlamalı olublar. Media işçiləri məqalə yazmaqla yanaşı mətbəxdə də bacarıqlarının olduğunu sübut etməyə çalışıblar.

Aşpaz  Tariel iştirakçılara desertləri seçmək hüququ verərək, sağlam qidalanmanın insan orqanizminə faydasından  və eyni zamanda da bele qidaların çox dadlı olduğu barədə ətraflı məlumat verib.

İlkin olaraq carçılar yoqurt və qoz-fındıq, quru meyvələrin əlavə edilməsi ilə hazırlanmış yüngül meyvə və giləmeyvə qarışığı ilə desert hazırlamağa çalışıblar. Hazırlanan bu desertin əsas məqsədi, düzgün qidalanma sistemi barədə məlumat vermək olub.

İkinci olaraq isə Maffin (keks növü)  hazırlanıb. Yemək hazırlanan vaxt aşpaz bişirmə sirrlərini anlatmaqla yanaşı, iştirakçıların suallarını da  cavablandırıb.

Tədbirin sonunda aşpaz, media nümayəndələrini özlərinin hazırladığı desert və kekslərin dadına baxmağa dəvət edib. Mətbuat nümayəndələri, master-klassın nəticələrini müzakirə edə-edə, öz "kulinariya şedevrlərini" bir-biri ilə paylaşıblar. İki saat davam edən tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdirərək belə bir tədbirdə yenidən görüşmək istəklərini qeyd ediblər.

Şirkət bununla kifayətlənməyərək, aşpazın iştirakı ilə bu cür master-klassları istəyən hər bir kəs və uşaqlar üçün də təşkil edəcəyini bildirib.

https://www.youtube.com/watch?v=JmFtvEElkH8&feature=youtu.be

 
Açar sözlər: Milli Mətbuat günü WWW.1001dad.com 360 Marcom Live Kitchen master-klass
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (322)
+ Ayaqqabı və aksesuarlar (152)
+ Banklar və sığorta (127)
+ Daşınmaz əmlak (261)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (224)
+ Hüquq xidmətləri (372)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (260)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (347)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (212)
+ Kurslar və Təlimlər (174)
+ Kənd təsərrüfatı (95)
+ Mağazalar (216)
+ Mebel və interyer (295)
+ Mətbuat (167)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (256)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (239)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (292)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (299)
+ Tikinti və landşaft (576)
+ Tikinti, tədarük (257)
+ Topdansatış ticarəti (140)
+ Turizm və istirahət (385)
+ Təhlükəsizlik və mühafizə (131)
+ Təmir xidmətləri (104)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (121)
+ Xidmətlər (294)
+ Xüsusi avadanlıq (177)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
   
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.