az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > Cəmiyyət

Azərenerji: Yaxın dəqiqələrdə “Azərbaycan” İES-in 2 bloku istismara veriləcək

03.07.2018 14:53

Yaxın dəqiqələrdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 2 bloku istismara veriləcək.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı bildirib ki, hazırda respublikanın regionları üzrə elektrik enerjisinin təchizatı 90 faizə çatdırılıb.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevirdəki “Azərbaycan” İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Azərbaycan Prezidentini məlumatlandırmaq, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat vermək tapşırılıb.

 
Açar sözlər: Azərbaycan İES
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (317)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (258)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (216)
+ Hüquq xidmətləri (371)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (256)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (339)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (211)
+ Kurslar və Təlimlər (173)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (215)
+ Mebel və interyer (295)
+ Mətbuat (164)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (250)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (222)
+ Reklam və ictimai əlaqələr (234)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (286)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (296)
+ Tikinti və landşaft (570)
+ Tikinti, tədarük (251)
+ Topdansatış ticarəti (139)
+ Turizm və istirahət (384)
+ Təhlükəsizlik və mühafizə (124)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (120)
+ Xidmətlər (290)
+ Xüsusi avadanlıq (173)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.