az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > Cəmiyyət

Bakıda beşinci “Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başladı

10.05.2018 10:38 | Trend.az

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti “Şəbəkə” xidmət mərkəzini istifadəyə verib.

Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən “Şəbəkə” xidmət mərkəzində bütün növ telekommunikasiya, poçt, bank və maliyyə əməliyyatları təşkil edilib.

Digər “Şəbəkə” xidmət mərkəzlərində olduğu kimi sakinlər telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi, aviabiletlərin və turizm xidmətlərinin sifarişi, sığorta və digər xidmətlər üçün bu mərkəzə müraciət edə bilərlər.

Mərkəzdə vətəndaşlara fasiləsiz olaraq həftənin iş günlərində səhər saat 9:00-dan axşam saat 19:00-dək, istirahət günləri saat 9:00-dan 18:00-dək xidmət göstərilir.

“Şəbəkə”nin yaradılmasında məqsəd əhaliyə mərkəzləşdirilmiş qaydada yüksək standartlara uyğun xidmət göstərməkdir.

Xidmətlərin vahid məkanda cəmlənməsi eyni zamanda, vətəndaşların vaxt itkisini aradan qaldırmağa və nağdsız ödənişləri stimullaşdırmağa hədəflənib.

Bu Bakıda sayca 5-ci xidmət mərkəzidir. Yaxın gələcəkdə paytaxtda və regionlarda yeni “Şəbəkə” xidmət mərkəzləri vətəndaşların ixtiyarına veriləcək.

 
Açar sözlər: Şəbəkə mərkəzi fəaliyyətə
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (318)
+ Ayaqqabı və aksesuarlar (152)
+ Banklar və sığorta (127)
+ Daşınmaz əmlak (261)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (224)
+ Hüquq xidmətləri (371)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (260)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (346)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (211)
+ Kurslar və Təlimlər (174)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (216)
+ Mebel və interyer (295)
+ Mətbuat (164)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (254)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (235)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (292)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (298)
+ Tikinti və landşaft (574)
+ Tikinti, tədarük (257)
+ Topdansatış ticarəti (140)
+ Turizm və istirahət (385)
+ Təhlükəsizlik və mühafizə (131)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (119)
+ Xidmətlər (293)
+ Xüsusi avadanlıq (175)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.