az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > Cəmiyyət

7 sentyabr tarixində “Hyatt Regency” otelinin İclas və Konfrans Mərkəzində “Sərgilərdə daha səmərəli iştirak üçün nə etməli” mövzusunda praktiki seminar keçiriləcək

18.08.2017 11:52

Azərbaycanda bir sıra beynəlxalq səviyyəli sərgi və konfransların təşkilatçısı “Caspian Event Organisers” (“CEO”) şirkəti payız sərgi mövsümü ərəfəsində “Sərgilərdə daha səmərəli iştirak üçün nə etməli” mövzusunda seminar keçirmək üçün “Sərgilərdən maksimum faydalanmanın yolları” adlı praktiki tədris vəsaitinin müəllifi,  “EkspoEffekt” (“ЭкспоЭффект”) sərgilər üzrə məsləhət agentliyinin Baş direktoru Nikolay Karasevi (Rusiya) Bakıya dəvət edib.

Nikolay Karasev 2006-cı ildən bəri eksponentlər üçün 500-dən çox uğurlu praktiki seminar keçirib və onun sərgi sənayesindəki çoxillik iş təcrübəsi, peşəkar pedaqoji təhsili və natiqlik məharəti seminarın yüksək keyfiyyətinə zəmanət verir. Bu, N. Karasev tərəfindən ölkəmizdə keçirilən artıq sayca ikinci seminardır və bu qəbildən olan seminarların təşkili hər il sərgiyə daha çox sayda qatılan şirkətlərin sərgidə iştirakdan maksimum faydalanması üçün lazımı şərait yaradır.   

Bu gün sərgi sənayesi nəinki Azərbaycanda, eləcə də bütün dünyada böyük templə inkişaf edir və həm Bakıda keçirilən yerli sərgilərdə, həm də xaricdə təşkil olunan beynəlxalq səviyyəli sərgilərdə fəal iştirak edən yerli şirkətlərin sayı sürətlə artır. Bununla əlaqədar olaraq, bu qəbildən olan seminarların təşkili şirkətlərin təcrübə toplamasına köməklik edir.  Beləliklə, seminarın əsas məqsədi sərgilərdə iştirak təcrübənizi sistemləşdirmək və daha da zənginləşdirmək, “özünüzə kənardan nəzər salmaq” və geniş yayılmış xəta və stereotiplərdən uzaqlaşmağınıza şərait yaratmaq, habelə sərgilərdə maksimum nəticə naminə nə etmək, ən əsası isə NECƏ etmək lazım olduğunu göstərməkdir.  

Seminar yalnız tətbiqi xarakter daşıyır. Bu isə o deməkdir ki, tədbirdə cansıxıcı nəzəriyyə və məzmunsuz “boş” danışıqların əvəzinə sadə dildə izah, maksimum faydalı və əyani məlumatlar, eləcə də sərgilərdə uğurlu iştirak ilə bağlı real həyatdan götürülmüş misallarla müşayiət olunan praktiki təcrübə üstünlük təşkil edəcək! Seminar şirkət rəhbərləri, direktorlar və marketinq, reklam, təşviqat və satış üzrə menecerlər, eləcə də sərgidə iştiraka görə cavabdeh olan şirkət əməkdaşları üçün tövsiyə olunur.   

Seminar çərçivəsində aşağıdakı aktual mövzulara toxunulacaq:

  • Sərgidə iştirak konsepsiyasının formalaşdırılması;
  • Sərgidən əvvəl reklam kampaniyasının keçirilməsi;
  • Sərgidə iştirak barədə necə və nə vaxt elan verməli;
  • Şirkəti xarakterizə edən ekspo-üslubun hazırlanması;
  • Sərgi ziyarətçilərini daim cəlb edən və maraqlandıran amillər;
  • Sərgi ziyarətçiləri ilə “fayda dilində” ünsiyyət və s.

Seminar səhər saat 10:00-dan axşam saat 18:00-a kimi keçiriləcək. Təşkilatçılar əmindirlər ki, seminar sərgilərə yeni nəzər salmaq, eləcə də asanlıqla həyata keçirilə bilən ideya və məsləhətlər baxımından faydalı olacaqdır.

 
Açar sözlər: Seminar Hyatt Regency Caspian Event Organisers EkspoEffekt Nikolay Karasev
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (302)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (334)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (233)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (281)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (286)
+ Tikinti və landşaft (544)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (351)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.