az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > Cəmiyyət

“Ernst & Young” - Beynəlxalq audit şirkəti “Meqa Sığorta” ASC-nin maliyyə hesabatlarına İFRS standartları üzrə müsbət rəy verdi!

17.07.2017 11:27

Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Meqa Sığorta” ASC, növbəti uğura imza atıb. Beləki verilən məlumata əsasən şirkət, Beynəlxalq Maliyyə Hesabatları Standardlarına (İFRS) uyğun hesabatların auditini müvəffəqiyyətlə tamamlamışdır.

Dünyanın ən nüfuzlu beynəlxalq audit şirkətlərindən biri hesab edilən “Ernst & Young” şirkəti  “Meqa Sığorta” ASC-nin 31 dekabr 2016-cı il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standardlarına uyğun hazırlanmış hesabatlarına müsbət rəy vermiş və həmin rəydə maliyyə hesabatlarının bütün mühüm aspektlər üzrə düzgün tərtib edilməsi qeyd edilmişdir.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlar üzrə hazırlanması və istifadəçilərə təqdim edilməsi şirkət üzrə bütün əməliyyatların tam şəffaf və transparant aparıldığını bir daha təsdiq edir.

Bundan əlavə Beynəlxalq Maliyyə Hesabatları Standardlarının tətbiqi, şirkətin səhmdarları, müştəriləri, həmçinin yerli və xarici sığorta və təkrarsığorta partnyorları üçün əhəmiyyətli sayılaraq, onun mövcud maliyyə vəziyyəti və fəaliyyəti haqqında məlumatların dəqiq, dürüst və şəffaf çatdırılmasını təmin edir və şirkətin gələcəkdə beynəlxalq kapital bazarlarına çıxışı üçün geniş imkanlar yaradır.

Xatırladırıq ki, “Meqa Sığorta” ASC öz fəaliyyətinə 01.10.2010-cu il tarixində başlamış, daima peşəkar və etibarlı tərəfdaş olmaqla müştərilərinə qayğısız və arxayın həyat təmin etməyi özünə başlıca məqsəd seçmişdir. Şirkət həm fiziki həm də hüquqi şəxslərə təqdim olunan 30 könüllü və 3 icbari sığorta növü üzrə, 15 filial və nümayəndəliklər vasitəsilə Bakıda və Azərbaycanın digər bölgələrində sığorta xidmətləri göstərir.

 
Açar sözlər: Ernst & Young Meqa Sığorta
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (304)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (212)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (333)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (84)
+ Mağazalar (214)
+ Mebel və interyer (278)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (235)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (282)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (286)
+ Tikinti və landşaft (546)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (357)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (132)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.