az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > Cəmiyyət

Köhnə sürücülük vəsiqəsi olanlar “mexanika” sürə biləcəklərmi?

15.02.2017 12:22 | Oxu.az

Yol polisi sürücülərin vaxtı bitmiş sürücülük vəsiqələrini dəyişdirərkən həm mexaniki, həm də avtomatik sürətlər qutusu olan avtomobilləri idarə etmək hüququnun olub-olmayacağına aydınlıq gətirib. 

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, ilin əvvəlində praktiki idarəetmə üzrə imtahan verənlər arasında ilk dəfə sürücülük vəsiqəsi alan şəxslərdən mexaniki və ya avtomatik sürətlər qutusu olan avtomobildə imtahan vermək istədikləri soruşulur.  

“Müvafiq olaraq “avtomat”da imtahan verən sürücüyə verilən vəsiqədə onun yalnız avtomat sürətlər qutusu olan avtomobili idarə etmə hüququ olduğu qeyd edilir.

“Mexaniki” sürət qutusu olan avtomobil üzrə imtahan verən sürücü isə yalnız həm mexaniki, həm də avtomatik sürətlər qutusu olan avtomobili idarə etmək hüququna malikdir”, - idarədən bildiriblər.  

“Bu ilə qədər bu qayda tətbiq edilmirdi, vaxtı bitmiş vəsiqələri dəyişərkən alınan yeni vəsiqələr sürücülərə həm avtomat, həm də mexaniki sürətlər qutusu olan avtomobilləri idarə etmək hüququnu verir. Belə ki, daha öncə bütün imtahanlar mexaniki sürətlər qutusu olan avtomobil ilə götürülürdü”, - idarədən vurğulayıblar. 

Qeyd edək ki, yeni qaydalar, köhnə qaydalardan fərqlənmir, sadəcə bir qeyd var, avtomatik və ya mexaniki sürətlər qutusu. Vaxtı bitmiş sürücülük vəsiqələrinin dəyişdirilməsi həm Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin binasında, eləcə də “ASAN xidmət” mərkəzlərində aparılır.

 
Açar sözlər: Sürücü vəsiqə
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (330)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (219)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (279)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (282)
+ Tikinti və landşaft (543)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (345)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.