az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > Cəmiyyət

Bakıda tullantılardan hazırlanmış sənət əsərlərinin muzeyi açılıb

17.06.2015 13:36

Bakıda lazımsız əşyalardan, məişət tullantılarından istifadə olunaraq hazırlanmış sənət əsərlərinin təqdim olunduğu IV Beynəlxalq “Tullantıdan Sənətə” sərgisi keçirilir.

“Təmiz Şəhər” ASC-dən  verilən məlumata görə, Qala qəsəbəsində keçirilən sərgidə 17 ölkədən 23 incəsənət nümayəndəsinin əl işləri nümayiş edilir.

Burada istifadə olunmuş avtomobil təkərləri flaminqo quşlarına çevrilib. Kompüter klaviaturaları dünyanın elektronlaşmasını göstərən bir qlobusa dönüb. Qəzetlər nara, elektron çiplər balığa çevrilib. Yəni, əşya kimi belə yararsız hesab edilərək atılmış tullantı materialları sənətkarların əllərində “canlanıb”.

“Tullantıdan Sənətə” sərgisi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə təşkil olunur.

Sərginin məqsədi tullantılara dəyər qazandırmaq, onlarla rəftarda məsuliyyətli yanaşmanı təbliğ etməkdir. Bu gün Bakıda tullantılar təkrar istehsal üçün xammal kimi istifadə olunur, həmçinin tərkibindəki enerji bərpa olunaraq elektrik əldə edilr. “Tullantıdan Sənətə” sərgisi isə tullantı materiallarından hətta üçüncü məqsədlə -  incəsənətdə istifadə etməyin mümkünlüyünü göstərərək onun dəyərini bir daha xatırlatmış olur. Tullantıların lazımsız əşyalar toplusu olmadığını, hətta onlardan sənət əsərləri yaratmağın mümkün olduğunu sərgi əyani formada sübut edir.

Ziyarətçilərin reaksiyasından, fikirlərindən, sayının çoxluğundan sərginin məqsədinə nail olduğu görünür. İnsanlar hazırlanmış eksponatlara baxaraq şəxsi əşyalarından maksimum qənaətlə istifadə edəcəklərini deyirlər. Bəzi ziyarətçilər isə ilhamlanaraq özlərinin bəzi lazımsız əşyalardan sənət əsərləri hazırlayacaqlarını bildirirlər.  Hətta gələn il keçiriləcək “Tullantıdan Sənətə” sərgisi üçün əl işlərini təqdim etmək istəyənlər də var.

Hər il ənənəvi formada təşkil olunan sərginin dördüncü ilində həm də Qala qəsəbəsində “Tullantıdan Sənətə” muzeyi istifadəyə verilib. Əvvəlki sərgilər zamanı bir neçə gün müddətində nümayiş olunan əsərlər artıq bu muzeydə daim sərgilənəcək. Yəni, artıq ziyarətçilər ötən 3 ildə keçirilən “Tullantıdan Sənətə” sərgilərində hazırlanmış əsərləri də bu muzeydə görə bilər.

 “Tullantıdan Sənətə” sərgisi 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC-nin Qala qəsəbəsində icra etdiyi “Təmiz Qala” adlı pilot layihə çərçivəsində təşkil olunub. Həmin layihə ilə qəsəbədə tullantıların idarə olunması alternativ üsulla həyata keçirilir.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (318)
+ Ayaqqabı və aksesuarlar (152)
+ Banklar və sığorta (127)
+ Daşınmaz əmlak (261)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (224)
+ Hüquq xidmətləri (371)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (260)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (346)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (211)
+ Kurslar və Təlimlər (174)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (216)
+ Mebel və interyer (295)
+ Mətbuat (164)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (254)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (235)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (292)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (296)
+ Tikinti və landşaft (574)
+ Tikinti, tədarük (255)
+ Topdansatış ticarəti (139)
+ Turizm və istirahət (385)
+ Təhlükəsizlik və mühafizə (131)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (119)
+ Xidmətlər (294)
+ Xüsusi avadanlıq (175)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.