az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > Hüquq

"Aqrolizinq" ASC tərəfindən büdcə vəsaitlərinin qanunsuz istifadəsi ilə bağlı materiallar Baş Prokurorluğa göndəriləcək

27.05.2014 09:48 | trend.az

Hesablama Palatasının növbəti Kollegiya iclasında Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin gəlir və xərclərinin və şöbənin saxlanılması xərclərinin icrasına və "Aqrolizinq" ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit tədbirlərinin nəticələri üzrə hesabatlar və rəylər geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Trend palatanın rəsmi saytına istinadən məlumat verir ki, Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin gəlir və xərclərinin və şöbənin saxlanılması xərclərinin icrası ilə bağlı həyata keçirilmiş audit üzrə müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirinin nəticələri barədə məlumatın, qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

"Aqrolizinq" ASC tərəfindən dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq nəzarət tədbiri üzrə yoxlama materiallarının "Hesablama Palatası haqqında" qanunun 2-ci maddəsinin on ikinci abzasının və Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun 103 nömrəli fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Azərbaycan Baş Prokurorluğuna göndərilməsi və nəzarət tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim edilməsi qərar alınıb.

Kollegiyada, həmçinin dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılan vəsaitlərin icrasına və Azərbaycan Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinə dair, habelə dövlət büdcəsi xərclərinin funksional təsnifatının "Ümumi dövlət xidmətləri" bölməsinin "Elm" köməkçi bölməsi üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin saxlanılmasına və dövlət büdcəsi xərclərinin funksional təsnifatının "Sosial müdafiə və sosial təminat xərcləri" bölməsinin "Sosial təminat" köməkçi bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan MR Əlillərin Bərpa Mərkəzinin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi ilə bağlı nəzarət tədbirlərinin proqramları da təsdiq edilib.

Kollegiyada bir sıra carı məsələlər də müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

 
Açar sözlər: "Aqrolizinq" ASC Baş Prokurorlug
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (213)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (534)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.