az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > Hüquq

“Tibbi sığorta haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlara dəyişikliklər olunacaq

06.03.2014 09:57

“Tibbi sığorta”, “Bədən tərbiyəsi və idman” haqqında qanunlara dəyişikliklər ediləcək. Dəyişikliklər Milli Məclisin sosial-siyasət komitəsinin iclasında müzakirə olunub. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli dedi ki, “Tibbi sığorta haqqında” qanuna qanun yaradıcılığı texnikası baxımından dəyişikliklər ediləcək.  Ümumiyyətlə, son zamanlar ölkədə tibbi sığorta ilə bağlı ciddi addımlar atılır. Bu isə qanunun monitorinqinin aparılması və gələcəkdə sənədə zamanın tələbinə uyğun daha bir neçə dəyişikliyin edilməsi zərurətini yaradır.

Millət vəkilləri də icbari sığortanın tətbiqinə dair Nazirlər Kabinetində keçirilən  müşavirədən danışaraq bildirinlər ki, son illər ölkədə əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Hər kəsin marağında olan tibbi sığortanın tətbiqi bu işlərin yeni mərhələsi olacaq.  İclasda “Bədən tərbiyəsi və idman haqqında” qanuna təklif olunan dəyişikliklərə də baxılıb. Belə ki, paralimpiya, deflimpiya və xüsusi idman növləti üzrə respublika və beynəlxalq miqyaslı yarışlarda iştirak zamanı idmançılar Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri tərəfindən qanunun 60.1-ci maddəsinə uyğun olaraq icbari qaydada sığorta ediləcək. Yeni redaksiyada verilən həmin maddədə isə qeyd olunur ki, bədən tərbiyəsi ilə məşğul olan şəxslər, idmançılar, idman hakimləri, məşqçilər peşəkar fəaliyyətləri ilə əlaqədar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna uyğun olaraq icbari qaydada sığorta ediləcək. Müzakirələrdən sonra dəyişiklər Milli Məclisin plenar iclasında baxılmağa tövsiyyə olunub.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (304)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (333)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (84)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (235)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (282)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (286)
+ Tikinti və landşaft (546)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (355)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (132)
 
   
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.