az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > Hüquq

Azərbaycanda «Ticarət haqqında» qanunun qəbul edilməsi təklif olunur

27.11.2013 15:16 | apa.az

Azərbaycanda kiçik sahibkarlıq fəaliyyəti və ticarət sektorunun inkişaf etdirilməsi üçün «Ticarət haqqında» qanunun qəbul edilməsi vacibdir. Bunu açıqlamasında Azərbaycan Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov bildirib: «Azərbaycanda ticarət siyasətini müəyyənləşdirən dövlət qurum da yoxdur. Hələ 1999-cu ildə Ticarət Nazirliyinin bazasında İqtisadi İnkişaf Nazirliyi yaradılmışdı və orada belə bir sektor olub. Lakin hazırkı Nazirliyin adına dəyişiklik edilib və yenə də bu qurumun adında «ticarət» sözü yoxdur. Həmçinin, vaxtı ikən mövcud olan ticarət sektoru da bu gün mövcud deyil. Ticarət sektorunun kim tərəfindən kuratorluq edildiyi məlum deyil».
 
S.Rəhmanov deyib ki, məsələ ilə bağlı o, dəfələrlə İqtisadiyyat və Sənaye Nazirliyinə və Nazirlər Kabinetinə müraciət edib: «Lakin müraciətlərim 15 ildir cavabsız qalır. Bu gün Azərbaycanın ticarət sektorunda 1 mln.-a yaxın insan çalışır. Bütün istehlakımız ticarətdən asılıdır. Xatırladım ki, Nazirlər Kabinetinin 1998-ci ildə ticarətlə bağlı qərar qəbul edib və bu sənəddə reallıqda işləmir. Həmin qərara əsasən, ticarətdə mal dövriyyəsi hesab-faktura sisteminə əsaslanmalıdır. Lakin bu gün onlar yoxdur. Bu səbəbdən də vergidən yayınma halları baş verir, gizli iqtisadiyyat formalaşır. Ona görə də, belə bir qanunun qəbul edilməsi labüddür».
 
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Əli Məsimli Tacirlər və İstehsalçılar Birliyinin rəhbəri S.Rəhmanova belə bir qanun layihəsini hazırlamağı tövsiyə edib. Ə.Məsimli bu sənədin parlamentdə müzakirəyə çıxarılmasına əllərindən gələni əsirgəməyəcəyini bildirib.
 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (235)
+ Avtomobillər (323)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (321)
+ Gözəllik və sağlamlıq (313)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (236)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (267)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (349)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (216)
+ Kurslar və Təlimlər (183)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (169)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (232)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (584)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.