az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > Hüquq

"Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər ediləcək

19.04.2012 11:39 | trend.az

Azərbaycanda dövlət orqanlarının kateqoriyalarının və inzibati vəzifələrin təsnifatında dəyişiklik ediləcək.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihəsi parlamentə təqdim olunub.

Layihədə qeyd olunur ki, dövlət orqanlarının ali və 5 kateqoriya üzrə təsnifatı aparılsın. Hazırda dövlət orqanlarının təsnifatı 7 kateqoriya üzrə aparılır.

Azərbaycanda qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları ali təsnifata daxil ediləcək. Belə ki, Prezident Administrasiyası, Milli Məclis və Konstitusiya Məhkəməsi ali kateqoriyalı dövlət orqanları təsnifatına daxil edilir.

Ali Məhkəmə, Naxçıvan MR-in Ali Məclisi, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, İnsan Hüquqlan üzrə Müvəkkilin (Ombudsman) Aparatı isə 1-ci kateqoriyaya daxil edilir.

Digər bir dəyişiklik isə mərkəzi icra hakimiyyəti orqanlarının 5-ci kateqoriyadan 2-ci kateqoriyaya keçirilməsi ilə bağlıdır.

Naxçıvan MR-in Ali Məhkəməsi, Naxçıvan MR-in müvafiq icra hakimiyyəti orqanı, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Milli Televiziya və Radio Şurasının Aparatı isə 2-ci kateqoriya dövlət orqanlarına aiddir.

Müvafiq icra hakimiyyəti orqanları, onların yerli bölmələri, yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri 4-cü kateqoriya dövlət orqanlarına, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri 5-ci kateqoriya dövlət orqanlarına daxil ediləcək.

Təklif olunan dəyişikliklərdə yerli rayon, şəhər məhkəmələri 7-ci kateqoriyadan 4-ə, ağır cinayətlər məhkəmələri, inzibati-iqtisadi və hərbi məhkəmələr isə 3-cü kateqoriya dövlət orqanlarına daxil ediləcək.

İnzibati vəzifələrin ali və 7 təsnifatının aparılması təklif olunur. Hazırda inzibati vəzifələr 9 təsnifat üzrə çəmləşib.

İinzibati vəzifələrin ali təsnifatına Prezident Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi, Milli Məclisin Aparat rəhbərinin vəzifəsi, Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası dövlət müşavirlərinin vəzifəsi daxil ediləcək.

Yerli rayon, şəhər məhkəmələrinin mütəxəssisləri 9-cu təsnifatdan 7-ci təsnifata, ağır cinayətlər məhkəmələri, inzibati-iqtisadi və hərbi məhkəmələrin mütəxəssisləri isə 6-cı təsnifatdan 3-cü təsnifata daxil ediləcək.

Yardımçı vəzifələrin də təsnifatında dəyişiklik edilməsi və onların ali və 3 təsnifata ayrılması təklif olunur. Hazırda yardımçı vəzifələr 5 təsnifatda qruplaşdırılır.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (210)
+ Avtomobillər (255)
+ Ayaqqabı və aksesuarlar (120)
+ Banklar və sığorta (123)
+ Daşınmaz əmlak (219)
+ Ev və ofis üçün mallar (134)
+ Geyim (275)
+ Gözəllik və sağlamlıq (192)
+ Heyvanlar və bitkilər (61)
+ Hotels (168)
+ Hüquq xidmətləri (302)
+ İdman (63)
+ İnformasiya texnologiyaları (201)
+ İnteryer əşyaları (47)
+ İşgüzar xidmətlər (273)
+ İstirahət və əyləncə (195)
+ Kafe və barlar (127)
+ Kompüter texnikası (180)
+ Kurslar və Təlimlər (153)
+ Kənd təsərrüfatı (87)
+ Mağazalar (213)
+ Mebel və interyer (248)
+ Mətbuat (167)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (189)
+ Özəl tibb müəssisələri (163)
+ Özəl təhsil (159)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (207)
+ Restoranlar (203)
+ Stomatologiya (106)
+ Sənaye (298)
+ Telekommunikasiya (90)
+ Tikinti avadanlığı (287)
+ Tikinti və landşaft (511)
+ Tikinti, tədarük (222)
+ Topdansatış ticarəti (135)
+ Turizm və istirahət (314)
+ Təhlükəsizlik və mühafizə (97)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (80)
+ Veb saytlar (80)
+ Xidmətlər (219)
+ Xüsusi avadanlıq (159)
+ Yeməklərin hazırlanması (76)
+ Ərzaq məhsulları (153)
 
 
Developed with Investment Climate Advisory Services of the World Bank Group
     
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.