az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > İqtisadiyyat

IV Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək

04.04.2013 10:55 | apa.az

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə 20-21 iyun tarixlərində “Jumeirah Bilgah Beach Hotel”-də IVAzərbaycan Beynəlxalq Sığorta Forumu baş tutacaq.

İki gün davam edəcək Forumda “Qafqaz Regionunun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri”, “Qafqaz ölkələrinin sığorta bazarı üçün təkrar sığorta həlləri”, “Kənd təsərrüfatı sığortası – dövlət tənzimləmələri və bazar reallıqları”, “Tibbi sığorta – Köhnə problemlərin yeni həlləri” və “Avtomobil sığortası” panelləri üzrə müxtəlif mövzularda müzakirələr aparılacaq.

Panellər həm yerli, həm də xarici ekspertlər tərəfindən idarə olunacaq.

Tədbirdə Qafqaz regionunun, həmçinin Türkiyə, Mərkəzi və Cənubi Asiya, Avropa, Rusiya və MDB-nin sığorta, təkrar sığorta və broker şirkətlərinin 250-dən yuxarı yüksək struktur nümayəndələrinin iştirakı gözlənilir.

Xatırlatmaq istərdik ki, bu, Azərbaycan Sığortaçılar Assosiasiyasının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə təşkil edəcəyi sayca dördüncü Forumdur.

2008, 2011 və 2012-ci illərdə keçirilmiş Forumlarda 20-dən çox ölkədən ümumilikdə 500-dən yuxarı nümayəndə iştirak etmişdir.

Qeyd edək ki, AIIF – Qafqaz regionunda sığorta və təkrar sığorta bazarlarına həsr olunmuş ən mühüm tədbir olmaqla, sözügedən regionun ən vacib istiqamət və perspektivlərini özündə əks etdirir.

Forum iştirakçılar arasında interaktiv ünsiyyətə yönəlmiş platforma olub, ölkələr arasında sığorta sahəsindəki əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmişdir.

Əlavə məlumat üçün Forumun rəsmi saytına (www.aiif.az) daxil ola bilərsiniz.

 
Açar sözlər: sığorta forum
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (230)
+ Avtomobillər (311)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (127)
+ Daşınmaz əmlak (248)
+ Ev və ofis üçün mallar (141)
+ Geyim (318)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (71)
+ Hotels (216)
+ Hüquq xidmətləri (363)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (256)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (336)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (207)
+ Kurslar və Təlimlər (173)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (214)
+ Mebel və interyer (294)
+ Mətbuat (164)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (245)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (216)
+ Reklam və ictimai əlaqələr (232)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (283)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (291)
+ Tikinti və landşaft (566)
+ Tikinti, tədarük (251)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (380)
+ Təhlükəsizlik və mühafizə (119)
+ Təmir xidmətləri (101)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (117)
+ Xidmətlər (285)
+ Xüsusi avadanlıq (173)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.