az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > İqtisadiyyat

Masallıda sahibkarlar üçün treninqlər keçirilib

21.09.2012 16:24

Masallı rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Masallı rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün "Biznes planların və investisiya layihələrinin hazırlanması" və "Mövcud və yeni ixrac bazarlana çıxış imkanları" mövzularında treninqlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, treninqlərdə Masallı rayonunda fəaliyyət göstərən 30-dan çox sahibkar iştirak edib.

Tədbir iştirakçılarına biznes ideyanın yaradılması, biznes-planın tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, məhsul istehsalının, satışının və reklamının təşkili, Avropa İttifaqı ölkələrinə ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+" proqramı, ("GSP+") və onun biznes üçün potensial faydası və s. barədə geniş məlumat verilib.

Bununla yanaşı, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portallardan istifadə qaydaları və s. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

 
Açar sözlər: forum masallı trening
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (317)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (258)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (216)
+ Hüquq xidmətləri (371)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (256)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (339)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (211)
+ Kurslar və Təlimlər (173)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (215)
+ Mebel və interyer (295)
+ Mətbuat (164)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (250)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (218)
+ Reklam və ictimai əlaqələr (234)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (286)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (296)
+ Tikinti və landşaft (570)
+ Tikinti, tədarük (251)
+ Topdansatış ticarəti (139)
+ Turizm və istirahət (384)
+ Təhlükəsizlik və mühafizə (124)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (120)
+ Xidmətlər (290)
+ Xüsusi avadanlıq (173)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.