az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > İqtisadiyyat

ARDNŞ-in idarəsi Ukraynanın Elektrik Qaynağı İnstitutu ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurmaq niyyətindədir

02.12.2011 10:58 | azertag.com

ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində (TTSİ) Ukrayna Milli Elmlər Akademiyasının E.O.Paton adına Elektrik Qaynağı İnstitutunun qaynaq texnologiyası şöbəsinin rəhbər heyəti ilə görüş keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən bildirmişlər ki, görüşdə idarənin rəisi Fuad Süleymanov şirkətdə həyata keçirilən kadr hazırlığı proqramlarından və bu proqramlar çərçivəsində gənc neftçi mütəxəssislərin hazırlanması istiqamətində yerinə yetirilən kompleks işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, TTSİ tərəfindən qaynaqçılara verilən beynəlxalq sertifikatlar dünyanın bütün ölkələrində tanınır. F.Süleymanov əmin olduğunu bildirmişdir ki, Ukraynanın E.O.Paton adına Elektrik Qaynağı İnstitutu ilə ikitərəfli əməkdaşlığın qurulması, institutun yüksək ixtisaslı qaynaq mütəxəssislərinin TTSİ-yə dəvət olunması bu sahədə aparılan işləri daha da təkmilləşdirəcək və sürətləndirəcəkdir.
İnstitutun qaynaq texnologiyası şöbəsinin rəisi Leonid Kopılov qaynaq mühəndislərinin və defektoskopçuların hazırlanması, qaynaq birləşmələrinin keyfiyyətinin yoxlanılması üçün proseduraların tərtibi, habelə sualtı qaynaq metodlarının tətbiqi sahəsində Elektrik Qaynağı İnstitutunun praktiki təcrübəyə malik olduğunu vurğulayaraq, ARDNŞ tərəfindən həyata keçirilən qaynaq işlərinin keyfiyyətinin artırılması istiqamətində ikitərəfli əməkdaşlığa hazır olduqlarını söyləmişdir.
Sonda qonaqlar idarənin nəzdində yerləşən kadr hazırlığının təşkili mərkəzi ilə tanış olmuşlar.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (326)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (313)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.