az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > İqtisadiyyat

Azərbaycanda 100 min nəfər sosial ipoteka almaq istəyir

23.11.2011 17:23 | anspress.com

Azərbaycanda 100 min nəfər sosial ipoteka almaq istəyir. Bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün parlamentdə 2012-ci il üçün dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı məlumat verib.

"Azərbaycanda sosial ipotekaya böyük tələb var. 100 min nəfər sosial ipoteka almaq istəyir", - deyə bildirib.

Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsində sosial ipotekanın verilməsi üçün 20 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

E.Rüstəmov əlavə edib ki, bütovlükdə, 2011-ci ilin əvvəlindən Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları tərəfindən ümumi məbləği 80 mln. manat olan ipoteka kreditləri (o cümlədən sosial) verilib.

AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 26 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 35 min manat təşkil edir.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (230)
+ Avtomobillər (307)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (238)
+ Ev və ofis üçün mallar (141)
+ Geyim (317)
+ Gözəllik və sağlamlıq (309)
+ Heyvanlar və bitkilər (73)
+ Hotels (213)
+ Hüquq xidmətləri (354)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (252)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (334)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (86)
+ Mağazalar (216)
+ Mebel və interyer (284)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (244)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (216)
+ Reklam və ictimai əlaqələr (224)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (282)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (290)
+ Tikinti və landşaft (552)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (363)
+ Təhlükəsizlik və mühafizə (116)
+ Təmir xidmətləri (95)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (115)
+ Xidmətlər (281)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (132)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.