az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > İqtisadiyyat

Kriptomanatın yaradılmasının ÜSTÜNLÜKLƏRİ

04.06.2018 09:16 | Trend.az

Blokçeyn və kriptovalyutalar kimi müasir texnologiyalardan imtina və onların tamamilə qadağan olunması mənfi nəticələrə səbəb ola bilər.

Bunu “eTORO” şirkətinin Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Georgi Verbeçki deyib.

O qeyd edib ki, öz bazarlarını kriptovalyutalara açan və onlarla işləməyi bacaran ölkələr xeyli mənfəət əldə ediblər: “Buna misal olaraq Yaponiyanı göstərmək olar. Son aylar ərzində Yaponiyanın kriptovalyuta bazarı əhəmiyyətli dərəcədə artıb, lakin bu, Çinin maynerlərlə bağlı tələbləri sərtləşdirməsi və nəticədə onların Yaponiyaya köçməsi səbəbindən baş verib”.

G.Verbeçkinin sözlərinə görə, dövlətlər bitkoin və digər kriptovalyutalarla bağlı nəzarət oluna bilməyən risklərlə qarşılaşmaq istəmirlər, lakin bu vəziyyətdə çıxış yolu rolunu mərkəzi banklar tərəfindən buraxılan milli kriptovalyutaların yaradılması oynaya bilər:

“Bu addım ölkənin bölgədə və dünyada rəqabətqabiliyyətliliyini xeyli artıra bilər. Təsəvvür edin ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən blokçeyn texnologiyası əsasında buraxılan, real ehtiyatlarla təmin edilən kriptomanat yaradıllır. Bu, sadəcə blokçeyn əsasında yaradılıb, şəffafdır və bütün tranzaksiyalar göz qabağındadır. Emissiya mərkəzləşdirilmiş şəkildə həyata keçirilə bilər və hansısa dövlət xidmətlərinə görə ödəniş əhalini bu kriptomanatdan istifadəyə təşviq etmək məqsədilə müəyyən güzəştlə kriptomanatla edilə bilər”.

İcraçı direktor bildirib ki, bu addımın açıq-aşkar müsbət tərəfləri var: “Pul çap etməyə, buna vəsait xərcləməyə ehtiyac qalmır. Hər şey elektron şəkildə, böyük sürətlə baş verir. Yəni biz texnologiyanı götürürük, lakin mərkəzləşdirməni saxlayırıq. Bəli, əhali tərəfindən emissiyaya etimadsızlıq qalacaq, çünki bitkoinlə bağlı olduğu kimi, desentralizasiya həyata keçirilməyib. Lakin bir addım irəli atıb, tamamilə qlobal bazara istiqamətlənmiş valyuta yaratmaq olar. Bu, azad şəkildə konvertasiya edilə biləcək və dollardan asılılığı azalda biləcək milli kritpovalyuta ola bilərdi. Bundan əlavə, bu hələ ki boş qalan sahəni tutmağa kömək edə bilərdi”.

Xatırladaq ki, bir müddət əvvəl Bakıda “Maliyyə texnologiyalarında yeni trendlər: blokçeyn, kriptovalyutalar və təhlükəsizlik” mövzusunda keçirilmiş konfransda maliyyə texnologiyaları, blokçeyn, kriptovalyutalar və bazardakı digər yeniliklər, həmçinin onların tətbiqi ilə bağlı mümkün risklər müzakirə edilib.

 
Açar sözlər: Blokçeyn kriptovalyuta
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (317)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (258)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (218)
+ Hüquq xidmətləri (371)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (256)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (342)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (211)
+ Kurslar və Təlimlər (173)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (215)
+ Mebel və interyer (295)
+ Mətbuat (164)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (250)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (235)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (292)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (296)
+ Tikinti və landşaft (570)
+ Tikinti, tədarük (253)
+ Topdansatış ticarəti (139)
+ Turizm və istirahət (384)
+ Təhlükəsizlik və mühafizə (128)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (120)
+ Xidmətlər (293)
+ Xüsusi avadanlıq (173)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.