az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > İqtisadiyyat

Prezident arıçılığın inkişafı ilə bağlı sərəncam imzalayıb

06.03.2018 09:18

Prezident İlham Əliyev Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycanda bal verən 600-ə qədər bitki növü mövcuddur ki, bunların da təxminən 200-ü nektar və çiçək tozu mənbəyi kimi arıçılığın genişləndirilməsi üçün daha böyük təbii imkanlar yaradır. Bu imkanlar sayəsində arıçılığın inkişaf etdirilməsi kənd əhalisinin gəlirlərinin artmasına və məşğulluğunun təmin edilməsinə töhfə verə bilər.

Ölkədə arıçılığı inkişaf etdirmək məqsədi ilə son illərdə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılmış, habelə Azərbaycan Arıçılar Assosiasiyası təsis edilmişdir. Hazırda damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genofond arıxanaların yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili və s. istiqamətlərdə məqsədyönlü tədbirlər görülür. Bu tədbirlərin nəticəsi olaraq, arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında və bal ixracında əhəmiyyətli artım müşahidə edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə arıçılığın inkişafının stimullaşdırılması, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsi məqsədi ilə qərara alıram:

1. Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla 5 (beş) il müddətində ildə 10,0 (on) manat məbləğində subsidiya müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydasını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;

2.2. bu Sərəncamın 1-ci hissəsində müəyyən edilmiş subsidiyanın maliyyələşdirilməsinin 2018-ci il üçün “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.10.1.10-cu yarımbəndində “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi sahəsində islahatlar” üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini, növbəti illərdə tələb olunacaq vəsaitin isə hər il dövlət büdcəsində müvafiq qaydada nəzərə alınmasını təmin etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

3.1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə birlikdə arı ailələrinin ilin əvvəlinə və sonuna sayı, verilmiş subsidiyanın məbləği, habelə bal istehsalı həcminin dinamikası barədə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan müddətdə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin;

3.2. yüksək məhsuldar bal arılarının yetişdirilməsi və arıçılıq məhsullarının istehsalının artırılması üçün arıçılıqda seleksiya-damazlıq işinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görsün.

 
Açar sözlər: Arıçılığın inkişaf
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (317)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (256)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (318)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (71)
+ Hotels (216)
+ Hüquq xidmətləri (367)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (256)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (339)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (211)
+ Kurslar və Təlimlər (173)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (214)
+ Mebel və interyer (294)
+ Mətbuat (164)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (247)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (216)
+ Reklam və ictimai əlaqələr (232)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (284)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (294)
+ Tikinti və landşaft (571)
+ Tikinti, tədarük (251)
+ Topdansatış ticarəti (139)
+ Turizm və istirahət (385)
+ Təhlükəsizlik və mühafizə (124)
+ Təmir xidmətləri (101)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (118)
+ Xidmətlər (289)
+ Xüsusi avadanlıq (173)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.