az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > İqtisadiyyat

Azərbaycan prezidenti 2018-ci il dövlət büdcəsini ÜDM-in 1,3% səviyyəsində kəsir ilə təsdiq edib

26.12.2017 10:23

Prezident İlham Əliyev bazar ertəsi “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Sənədin mətni dövlət başçısının rəsmi saytında dərc olunub.

Sənədə əsasən, 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat (2017-ci ilin proqnoz ilə müqayisədə artım 20%), xərcləri 21 mlrd. 47 mln. manat (artım 17,3%) təşkil edəcək.

Beləliklə, 2018-ci ilə dövlət büdcəsinin kəsiri 920 mln. manat və ya ÜDM-in 1,3% səviyyəsində proqnozlaşdırılır.

Gəlirlərin strukturunda Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə daxilolmalar 9 mlrd. 216 mln. manat və ya bütün büdcə gəlirlərinin 45,8% səviyyəsində nəzərdə tutulur.

Xərclər strukturunda 2018-ci ildə müdafiə sahəsinə 2 mlrd. 738,722 mln. manat, sosial müdafiə və sosial təminat sahəsinə 2 mlrd. 197,182 mln. manat, təhsil sahəsinə 2 mlrd. 1,978 mln. manat, səhiyyə sahəsinə 739,334 mln. manat, ümumi dövlət xidmətləri 3 mlrd. 622,839 mln. manat yönəltmək planlaşdırılır.

Gələn il 4 mlrd. 824,2 mln. manat məbləğində dövlət kapital qoyuluşları nəzərdə tutulur.

2018-ci ilin dövlət büdcəsində neftin 1 bareli 45 dollardan hesablanıb.

Gələn il ÜDM-in artımı 1,5%, orta illik inflyasiya 6,1% səviyyəsində proqnozlaşdırılır.

2017-ci ildə dövlət büdcəsinin gəlirləri 16 mlrd. 766 mln. manat, xərcləri 17 nlrd. 941 mln. manat səviyyəsində təsdiq olunub. Dövlət büdcəsinin kəsiri 1 mlrd. 175 mln. manat və ya ÜDM-in 1,8% səviyyəsində proqnozlaşdırılır.

 
Açar sözlər: Dövlət büdcəsi 2018 il
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (230)
+ Avtomobillər (309)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (127)
+ Daşınmaz əmlak (244)
+ Ev və ofis üçün mallar (141)
+ Geyim (318)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (71)
+ Hotels (215)
+ Hüquq xidmətləri (357)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (256)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (334)
+ İstirahət və əyləncə (245)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (172)
+ Kənd təsərrüfatı (89)
+ Mağazalar (214)
+ Mebel və interyer (290)
+ Mətbuat (162)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (245)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (216)
+ Reklam və ictimai əlaqələr (225)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (282)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (290)
+ Tikinti və landşaft (559)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (372)
+ Təhlükəsizlik və mühafizə (117)
+ Təmir xidmətləri (99)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (115)
+ Xidmətlər (284)
+ Xüsusi avadanlıq (171)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.