az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > İqtisadiyyat

Nəssar İbrahim Məhəmməd əl-Həbəşneyi: “İordaniya ilə Azərbaycan arasındakı əlaqələr düzgün istiqamətdə inkişaf edir”

15.12.2017 10:02 | Interfax.az

İordaniya Haşimilər Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Nəssar İbrahim Məhəmməd əl-Həbəşneyi Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktorunun rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

Görüşdə Caspian European Club və Caspian Energy İnternational Media Group çərçivəsində Azərbaycan İordaniya arasında informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub.

Səfir İordaniya şirkətlərinin Klub tərəfindən təşkil olunan biznes-forumlarda iştirakında maraqlı olduğunu bildirib. O həmçinin Caspian Energy-nin kollektivinin işini yüksək qiymətləndirib və jurnalda dərc olunan müsahibə və məqalələri maraqla oxuduğunu qeyd edib. Səfir İordaniyanın Caspian Energy çərçivəsində informasiya əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu söyləyib.

İkitərəfli əlaqələrə toxunan Səfir vurğulayıb ki, heç nəyə baxmayaraq, iqtisadi münasibətlər də daxil olmaqla İordaniya ilə Azərbaycan arasındakı əlaqələr düzgün istiqamətdə inkişaf edir və yaxın gələcəkdə biz iki ölkə arasında ticarət və investisiya sahələrində canlanmanın şahidi olacağıq. O həmçinin vurğulayıb ki, turizm ölkələr arasındakı ticari əlaqələrin inkişafını təmin etməyə qadir olan əsas perspektivli sahələrdən biridir.

“Hər iki ölkədə cəlbedici turizm obyektlərinin olması dövlətlərimizin turizm şirkətləri arasındakı əməkdaşlıq üçün geniş imkanlar açır”, - deyə səfir deyib.

“İki ölkə arasında turizm əlaqələrinin inkişafı təkcə əməkdaşlıq və viza prosedurları barədə sazişlə deyil, həm də hər iki ölkənin özəl sektorunun informasiya əməkdaşlığının təşviqi, turizmin inkişafı üzrə proqramın işlənib hazırlanması və irəliləyişi ilə bağlıdır. Bu, ilk növbədə Əmman və Bakı arasında çarter reysləri, daha sonra bilavasitə hava yolları ilə səyahətə həvəsləndirir”, - deyə o çıxışına davam edib.

Bakının Ələt qəsəbəsindəki dəniz ticarət limanının inkişafından danışan Səfir qeyd edib ki, Ələt Azad İqtisadi Zonasının, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması Azərbaycanın öz xüsusi coğrafi mövqeyindən yararlanaraq atdığı ilk addımdır. Onun sözlərinə görə, bu addım Bakını mühüm ticarət və logistik mərkəzinə çevirəcək.

Görüşün sonunda Səfir Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibədə iki ölkə arasındakı qarşılıqlı əlaqələrinin bütün aspektlərinə və onların iqtisadi potensialının inkişafına toxunulub.

 
Açar sözlər: İordaniya Azərbaycan
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (312)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (250)
+ Ev və ofis üçün mallar (141)
+ Geyim (318)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (71)
+ Hotels (216)
+ Hüquq xidmətləri (364)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (256)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (337)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (207)
+ Kurslar və Təlimlər (173)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (214)
+ Mebel və interyer (294)
+ Mətbuat (164)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (245)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (216)
+ Reklam və ictimai əlaqələr (232)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (283)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (294)
+ Tikinti və landşaft (570)
+ Tikinti, tədarük (251)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (380)
+ Təhlükəsizlik və mühafizə (124)
+ Təmir xidmətləri (101)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (120)
+ Xidmətlər (286)
+ Xüsusi avadanlıq (173)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.