az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > İqtisadiyyat

Ekspert: “Azərbaycan fındığının qiyməti Türkiyə flndığından daha yüksəkdir”

04.12.2017 12:18 | Interfax.az

Hazırda Azərbaycan öz fındığını Türkiyə fındığından baha qiymətə satır.

“İndi meşə fındığı bazarı o qədər dinamikdir ki, qiymət qoyma dəyişilib. Ən iri fındıq istehsalçısı olan Türkiyə artıq qiymətləri müəyyən edə bilmir. Fındığa olan yüksək tələbat Azərbaycana öz fındığını Türkiyə fındığından baha qiymətə realizə etməyə imkan verir”, - www.freshplaza.com saytı qeyd edir.

“Avropa qiymətləri ilə müqayisədə qiymət fərqi 1 ABŞ dollarına qədər təşkil edəcək Rusiya bazarının mövcudluğu, Azərbaycanın fındıq istehsalçılarına Türkiyənin fındıq bazarının müəyyən etdiyi qiymətdən daha artıq məbləği ödəməyə hazır olan alıcı tapmaq imkanı yaradır. Dolların məzənnəsi səbəbindən qiymətlərimiz daha yüksək görünür, lakin biz Türkiyə fındıq ixracatçılarına qarşı çox rəqabətə davamlıyıq. Rusiya bazarından başqa son zamanlar Avropa bazarlarında da marağın artımı müşahidə olunur”, - Azerstar LLC Hazelnut Ind. Co şirkətinin nümayəndəsi Nizami Emreli bildirib.

Türkiyə fındıq ləpəsinin hazırki qiyməti (11-13 mm) $5,3/kq, Azərbaycan fındıq ləpəsinin qiyməti $5,3/kq təşkil edir.

INC-nin məlumatına görə, bu il Azərbaycanda 45 min tona yaxın fındıq istehsal olunacaq, bu da 17 min ton meşə fındığı ləpəsinə ekvivalentdir. İndiyədək Azərbaycan fındıq ləpəsinin 8 min tonu artıq satılıb.

“Azərbaycanda ASK sektorunda mühün artım müçahidə edilir. Son 3 il ərzində bütün iri beynəlxalq ticarət yarmarkalarında iştirak edirik. İqtisadiyyat Nazirliyi Dövlət Gömrük Komitəsinin iştirakı ilə beynəlxalq ticarətin stimullaşdırılması üçün vacib alətlər yaradıb - Zaqatalada yeni akkreditə olunan ISO 17025 laboratoriyası. Burada ixrac olunan hər fındıq partiyası aflatoksin maddəsinə yoxlanılır. Aflatoksin testindən keçməyən məhsul ixraca buraxılmır”, - N.Emreli vurğulayıb.

Hazırda Azərbaycanda 55 min hektar sahə fındıq ağacları üçün ayrılıb, hökumətin planlarına sahənin 80 min hektara qədər artırılması daxildir.

 
Açar sözlər: Fındığ qiymət
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (304)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (212)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (333)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (84)
+ Mağazalar (214)
+ Mebel və interyer (279)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (235)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (282)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (287)
+ Tikinti və landşaft (546)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (357)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (132)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.