az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > İqtisadiyyat

Bu il sahibkarlara 100 milyon manata yaxın güzəştli kredit verilib

06.10.2017 10:00 | Trend.az

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xırdalanda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Forum çərçivəsində Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, müasir istixana kompleksinin, zeytunçuluq və badamçılıq təsərrüfatlarının, tara istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Forum çərçivəsində həmçinin, sahibkarlara startap layihələrinin mahiyyəti və dövlətin güzəştli kreditləri hesabına dəstəklənməsinə dair təqdimat keçirilib və belə layihələrin güzəştli qaydada maliyyələşdiriləcəyi bildirilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev tədbir iştirakçılarına güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhəri və onun qəsəbələrində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində 1270 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 96,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə reallaşdırılan investisiya layihələri 3900-dək yeni iş yerinin açılmasına imkan yaradır.

İşgüzar forum çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 5,6 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, quşçuluq, müasir istixana kompleksinin yaradılması, tara, tikinti materialları, yapışqan lent istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 160-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

Tədbir çərçivəsində Abşeron rayonunda tikinti materiallarının istehsalı müəssisəsinə və müasir istixana kompleksinə baxış keçirilib.

Ümumilikdə, Abşeron rayonu və Bakı qəsəbələrində 37 müasir istixana kompleksinin yaradılmasına 116,3 milyon manat güzəştli kredit verilib. Artıq 32 istixana istifadəyə verilib.

 
Açar sözlər: Biznes sahibkarlıq
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (330)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (219)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (279)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (282)
+ Tikinti və landşaft (543)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (345)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.