az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > İqtisadiyyat

“Fitch Ratings” agentliyi ABB-nin reytiqnlərini yüksəldə bilər

06.09.2017 09:50 | Interfax.az

“Fitch Ratings” agentliyi Azərbaycan Beynəlxalq Bankının ( ABB) xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (EDR) və dayanıqlılıq reytinqini yüksəldə bilər. Bu barədə agentliyin məlumatında bildirilir.

Bundan əlavə, “Fitch Ratings” bankın xarici valyutada qısdamüddətli emitent defoltu reytinqini “B” səviyyəsində təsdiq edib.

Məlumata əsasən, bankın reytinqlərinin dəyişdirilməsinə yenidən baxılması hakimiyyətin bankın maliyyə vəziyyətinin sağlamlaşdırılması barədə qərarı və agentliyin bank rəhbərliyindən aldığı izahatla əlaqəlidir. Bank bildirib ki, bu prosesə 2015-ci ilin sonuna qədər bankın problemli aktivlərinin balans dəyəri üzrə əhəmiyyətli hissəsinin alınması daxildir.

Əgər aktivlərin təmizlənməsi planlaşdırıldığı kimi başa çatdırılsa, agentlik uzunmüddətli EDR dəstəklənməsi səviyyəsini, xarici valyutada uzunmüddətli EDR-in özünü və prioritet borc reytinqini “BB+” səviyyəsinə qədər yüksəldəcək. Bankın dayanıqlılıq reytinqi “b-“ səviyyəsindədir.

“ Bankın reytinqi dövlət tərəfindən lazım gələrsə dəstək göstərilməsi imkanını əks etdirir”,- deyə məlumatda qeyd edilir.

Azərbaycan prezidenti İlham Əliyev 2015-ci il iyulun 15-də bankın özəlləşdirməyə hazırlanması məqsədi ilə ABB-nin maliyyə mövqeyinin bərpa edilməsi üzrə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri təsdiq edilməlidir.

Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi bankı problemli aktivlərin həcmini müəyyənləşdirməlidirlər, Aktivlərin satınalınma müddəti və ya özəlləşdirmənin başlanma müddəti dəqiq göstərilməsə də problemli aktivlərin həcmi müəyyən edildikdən sonraq 15 gün ərzində problemli aktivlər satılmalıdır.

ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 51,07%-i dövlətə, 48,93%-i fiziki və hüquqi şəxslərə məxsusdur

 
Açar sözlər: Fitch Ratings ABB reytiq
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.