az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > İqtisadiyyat

“UĞUR-2016” Milli Mükafatının laureatları elan olundular

21.12.2016 11:59

Hər il biznes və iqtisadiyyat sahəsində uğurlu fəaliyyətləri və yenilikləri ilə seçilən, ölkə iqtisadiyyatının inkişafına töhfə verən, yeni iş yerlərinin açılmasında fəallıq göstərən şirkətlər və təşkilatlar nüfuzlu “Uğur” milli mükafatı ilə dəyərləndirirlər. Dünən möhtəşəm Boulevard Hotel Baku mehmanxanasında mükafatı 2016-cı il üzrə qaliblərinin təltifetmə mərasimi keçirildi.

Xatırladaq ki, nüfuzlu "Consulting & Business" jurnalı tərəfindən təsis olunan "Uğur-2016" bu dəfə də iqtisadiyyatın müxtəlif sahələri üzrə aparıcı şirkətləri əhatə edirdi.

Təqdimat mərasimini giriş nitqi ilə "Uğur" milli mükafatının Təşkilat Komitəsinin rəhbəri İbrahim Baharov açdı: "2016-cı il Azərbaycan iqtisadiyyatı üçün çətin bir il oldu: üzən məzənnə rejiminin tətbiqi nəticəsində dolların nəzərəçarpacaq bahalaşması əlbəttə ki, əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərdi, neftin ucuzlaşması isə ölkənin neft gəlirlərini azaltdı, nəticədə dövlət investisiyaları və tikinti sektoruna sərmayə yatırımları da zəiflədi. Ancaq bu gərginliyə baxmayaraq, ölkədə sənayenin, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı müşahidə olunur. Ölkənin gələcək inkişafı və perspektiv sahələrlə bağlı ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanan “Yol Xəritəsi” milli iqtisadiyyatın inkişafına təkan verəcək. Mən əminəm ki, bu siyasi dəstəyi davam etdirməklə Azərbaycan yenidən iqtisadi inkişaf templərinə görə dünyanın aparıcı dövlətləri sırasına çıxacaq... Bu yolda Sahibkarlığın üzərinə də böyük vəzifələr düşür və mən Sizə bol-bol uğurlar arzulayıram”.

"Uğur" mükafatı növbəti dəfə biznes sferasında ən yaxşılarını nümayiş etdirdi. Artıq 16 ildir ki, təqdim edilən bu mükafat böyük uğurlar qazanan yerli şirkətlərin dünya standartlarına uyğun fəaliyyət göstərmələrinə verilən bir  dəyərdir.

Bu dəfəki təqdimatda 17 laureat müxtəlif nominasiyalar üzrə yaxşıların yaxşısı seçildi.

Qeyd edək ki, “UĞUR” milli mükafatı Consalting&Business jurnalı tərəfindən 2000-ci ildə təsis olunub. “UĞUR” Azərbaycanda biznes və iqtisadiyyat sahəsində ilk və ən nüfuzlu mükafatdır, milli iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmiş, yeni iş yerlərinin yaradılmasına və bununla da hər bir ailənin rifahının yüksəlməsinə töhfə verən iş adamlarına, dövlət və ictimai xadimlərə təqdim olunur.

 
Açar sözlər: Uğur Milli Mükafat National award Boulevard Hotel Baku Consulting & Business
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (223)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (334)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.