az / ru
 
     
 
Ana səhifə > Xəbərlər > İqtisadiyyat

SOCAR kredit üçün Mərkəzi Banka müraciət edib

26.12.2014 15:58

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Bakının Qaradağ rayonunda neft-qaz emalı və neft-kimya kompleksinin (OGPC) tikinti layihəsinin I mərhələsini maliyyələşdirmək üçün Azərbaycan Mərkəzi Bankından (AMB) kredit cəlb etməyi planlaşdırır. Bu barədə şirkətin iqtisadi məsələlər üzrə vitse- prezidenti Süleyman Qasımov cümə axşamı mətbuat konfransında məlumat verib.

“Biz AMB-dən dövlət zəmanəti ilə kredit cəlb etmək istəyirik. Buna görə də SOCAR rəhbərliyi artıq AMB rəhbərliyinə rəsmi müraciət göndərib. Hazırda AMB-nin ekspertləri bizim layihəmizi nəzərdən keçirirlər”, - deyə S.Qasımov “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualını cavablandırıb.

Vitse-prezidentin sözlərinə görə, OGPC layihəsinin I mərhələsinin maliyyələşdirilməsi üçün $2,1 mlrd. vəsait lazımdır (I mərhələnin dəyərinin 30%-nin ödənilməsi üçün, qalan 70% xarici borc hesabına ödəniləcək - İF-Az).

“2018-ci ilə qədər bizə $1 mlrd.-a yaxın vəsait lazımdır”,- deyə S.Qasımov bildirib.

OGPC kompleksinin tikinti layihəsi iki mərhələdə həyata keçiriləcək, birinci mərhələdə qaz emalı zavodu və neft-kimya zavodunun tikintisi, ikinci mərhələdə neft emalı zavodunun tikintisi nəzərdə tutulub. Birinci mərhələ çərçivəsində tikinti işləri 2015-2020-ci illəri əhatə edəcək.

I mərhələnin dəyəri $7 mlrd. təşkil edir və onun 30%-nin dövlət vəsaiti, 70%-nin isə borc vəsait hesabına maliyyələşdirilməsi planlaşdırılır. Kreditlər üzrə faizlərin ödənilməsi nəzərə alınmaqla ümumilikdə bu layihənin dəyəri $8,45 mlrd. təşkil edir. Birinci mərhələnin gəlirliliyi 20%-dən çox, investisiya xərclərinin çıxarılma müddəti 4-5 ildir.

Birinci mərhələdə illik istehsal gücü 12 mlrd. kubmetr olan qaz emalı zavodunun və ildə 860 min ton polimer (yüksək və aşağı sıxlıqlı polietilen və polipropilen) istehsalını nəzərdə tutan neft-kimya zavodunun, avtonom enerji bloku daxil olmaqla ümumi zavod təsərrüfatının tikintisi planlaşdırılır.

8,6 mln. ton gücə malik yeni NEZ-in 2030-cu ildə istismara verilməsi nəzərdə tutulur. Neftin emal dərinliyi 95%-ə, açıq neft məhsullarının çıxımı 85%-ə çatacaq.

Xəbər verildiyi kimi, AMB 2009-cu ildə SOCAR-a 7 il müddətinə 750 mln. manat məbləğində kredit verib. Kredit qaz hasilatı və ixracının artırılmasını nəzərdə tutan bir sıra layihələrə sərf ediləcək. Bu vəsaitin 450 mln. manatı şirkətin xarici öhdəliklərinin ödənilməsinə yönəldilib.

 
Açar sözlər: OGPC kompleksi Socar Mərkəzi Bank
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (267)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (400)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.