az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Persona

Günel Babayeva: “Oyun steriotipləri aşmağı öyrədir”

08.09.2014

"Gözəl insanlar” rubrikasının qonağını seşəndə biz “Büllur Bayquş”un daha bir sahibini redaksiyamıza dəvət etmək arzusundan daşına bilmədik. Söhbət “Kim? Harada? Necə?” intellektual oyunundan yaxşı tanıdığınız Günel Babayevadan gedir. Müsahibə parlaq, səmimi və faydalı alındı, çünki biz ədəbi qiraətdən tutmuş, ağıllı qadını təəccübləndirə biləcək anlaradək hamısını öyrənməyə çalışdıq.

- Bugün Azərbaycanda qiraətçi xanım, demək olar ki, nonsensdir. Kitablara olan sevgini Sizə kim aşılayıb?

- Şübhəsiz ki, anam. O, uşaqlığımızdan bizim üçün çoxlu kitab oxuyub. İndi isə evə kitabları daha çox mən gətirirəm və biz yenə də oxunanları əvvəlki kimi birlikdə müzakirə edirik. Sırf bədii ədəbiyyata sevgini anam yalnız məndə oyadıb, qardaşım elmi-populyar nəşrlərə, bir də elmi fantastikaya üstünlük verir. Mən isə sadəcə bütün mövzulardakı kitabları oxuyuram, demək olar ki, onları “su kimi” içirəm. Hərçənd vaxt keçdikcə zövq dəyişir və mənə elə gəlir ki, daha tələbkar oluram: ilk növbədə mətnlərin keyfiyyətinə tələblər yüksəlir. Hesab edirəm ki, çox oxumaq – özündə “öyrəşmək” və “kefsizlik” yaradan pis vərdişdir. Buna baxmayaraq, konlümü almaq üçün ən yaxşı üsul – yaxşı bir kitab hədiyyə vermək və yaxud oxumağa məsləhət etməkdir.

- Bildiyimiz kimi, “intellektual” və “erudit” terminləri bir-birindən fərqlənir. Erudit yalnız dərin və əhatəli biliklərə sahib olur, intellektual isə - ideya yaradır, inkişaf etdirir və təhlil aparır. Bu terminlərdən hansını özünüzə şamil edə bilərsiniz?

- Əgər, sualı bu şəkildə qoysaq, onda daha çox intellektualam. Dəqiq bilirəm ki, özümü erudit hesab etmirəm. İnanmaq istərdim ki, öz sahəmdə kifayət qədər dərin biliklərə sahibəm. Digərlərinə gəlincə isə, müxtəlif əşyalar haqqında ətraflı məlumat toplamağa çalışıram. Əgər məni nəsə maraqlandırırsa, bu o deməkdir ki, həmin suala mütləq cavab tapacam. Əsrimiz yüksək texnologiyalar əsridir, informasiya axını fasiləsizdir. “Kim? Harada? Necə?” oyunu daxil olmaqla mənim iş fəaliyyətimin özəlliyi analitik biliklər, təhlil etmək bacarığı, düşünmək və mövcud göstəricilər əsasında məntiqi yolla düzgün qərarlar verməyi tələb edir. Bəzən mən buna nail oluram.

- Bəs, “KHN” oyunçularından kimi erudit, kimi intellektual hesab edirsiniz?

- Elə insanlar var ki, bu keyfiyyətlərin hər ikisi onda cəmləşib. Məsələn, mənim komanda yoldaşım, “KHN” güclü oyunçularından biri İlya Novikov. Müxtəlif sahələr üzrə zəngin biliklərə malikdir, ancaq eyni zamanda onun təhlil etmək bacarığı əsl möcüzədir. Məhz bu sintez İ.Novikovu ən güclü oyunçulardan biri edir. Ümumilikdə oyunçuların yaşlı nəslini daha çox erudit adlandırmaq olar – onlar ensiklopedik biliklərilə, gənc nəsil isə daha çox intellektləri ilə fəxr edə bilərlər.

Digər tərəfdən müasir adaptasiya olunmuş suallar təhlil etmək və məntiqi şəkildə cavabı tapmağı tələb edir. “Kim? Harada? Necə?” oyununda məhz bunu bəyənirəm. Şəxsən mən 90-cı illərdən bu oyunlarda iştirak etməyə başlamışam və indiki suallara baxanda o zamanki tapşırıqlar daha çox bilik viktorinalarını xatırladır. Əgər “KHN” sadəcə viktorina kimi konkret biliklər üzərində qurulsaydı, inanmıram ki, orada uzun müddət qala bilərdim.

- “KHN” təsisçisi Vladimir Voroşilov söyləyərdi ki, 1000 sual fikirləşib tapmaq olar, amma onların birinə belə cavab vermək çətindir. Siz necə, suallar düşünüb yarada bilərsiniz?

- Bu və ya digər halda, “KHN” həmişə maraqlı suallar tərtib etmək bacarığı tələb edir. Məsələn, Qazaxstanda oyunun televersiyası çəkiləndə orada Moskva və Azərbaycan nümayəndələri də daxil omaqla klubun bütün üzvlərindən birinci mövsüm üçün suallar hazırlamaq xahiş olundu. O zaman qısa bir müddət ərzində mövqeyimi dəyişməli oldum. Amma düzünü desəm, daha çox cavablandırmağı xoşlayıram, sualların hazırlanmasına isə bir öyrənmə prosesi kimi qəbul edirəm. Yerigəlmişkən, onu da etiraf etməliyəm ki, sualların tərtibi və yazılması müəyyən dərəcədə müəlliflərin məntiqini anlamağa kömək edir. Nəticədə, sonra qarşılaşa biləcəyim sualların strukturu ilə tanış olaraq, düzgün cavabı tapmağa daha asan olur.

- İlk oyunlarınızı xatırlasaq, aydın olar ki, indi sualları cavablandırma səviyyəniz yüksəlib, amma məsələn Alxazovun əksinə, düşüb. Bunu necə izah edərdiniz? Yoxsa biliklər uçub gedir?

- Alxazovla bağlı fikirlərlə heç də razı deyiləm, o əla oyunçudur! İş nə biliklərdə, nə də ki onların səviyyəsində deyil. Dediyniz komandada Novikov kimi bir peşəkarla çiyin-çiyin oynamaqla Alxazov başqa keyfiyyətlərini inkişaf etdirir. Şəxsən mən deməzdim ki, ötən müddətdə öz səviyyəmdə çox güclü irəliləyiş etmişəm. Sadəcə müəyyən insanlarla oynamağa öyrəşmişəm. Özü də üstəlik Novikovla...Onun yanında nəfəs almaq çətindir, hələ öz fikirini söyləməyi demirəm. İki ili masa arxasında danışmağı öyrənməyə və qərar verməyə sərf etdim. Düşüncəmi kapitana çatdırmağı sevirəm. Bu səviyyənin dəyişməsindən daha çox adaptasiyadır, mövcud olma bacarığıdır. İlk vaxtlarda onlar Azərbaycandan olan balaca bir qıza inanmırdılar, çünki onda mən heç özüm-özümə də inanmırdım. Ancaq indi, iki il keçəndən sonra öz komandama gərəkli olduğuma daha çox əminəm.

- Emosional cəhətdən harada oynamaq daha çox rahatdır- Azərbaycan, yoxsa Rusiya televersiyasında?

- Hisslər çox oxşardır, amma buna baxmayaraq fərqlər də var. Oyun zamanı tez-tez elə bir nüanslar ortaya çıxır ki, müzakirələrin ilk dəqiqələrindən “nəhəng”lərdən birinin öz versiyası yaranır. Bir qayda olaraq, bütün komandanı bir səmtə yönəldir və sonrakı müzakirələr yalnız bu versiyanın ətrafında cərəyan edir. Amma bəzən steriotiplərə qalib gəlmək və bu səddi aşmaq, bizim dediyimiz kimi “çərçivədən çıxmaq” lazım gəlir. Rövşən Əsgərovun komandasında bunu etmək asandır. Rövşən kapitan kimi, müzakirələri müxtəlif istiqamətlərdə stimullaşdırır. Ümumən mənə hər ikisi, bütün klublar və oyunun idman versiyası da yaxındır.

- Xatırlayıram ki, oyun öncəsi Siz demişdiniz ki, məşq etmisiniz. Bu məşq nədən ibarətdir?

- Məşq təxminən oyunun özü kimidir. Suallar – cavablar. Redaktorlar əvvəlcədən elə oyun üçün seçdikləri kimi xüsusən məşqlər üçün də suallar seçirlər. Ancaq onlar bir qədər fərqli olur. Məşq sualları daha çox oyunçunu “isindirmək”, təxəyyülün inkişafı və versiyaların hazırlanması üçün lazımdır. Başqa sözlə, məqsəd bir dəqiqə ərzində komandanın daha çox versiya icad etməsini stimullaşdırmaqdır. Belə bir bacarıq yarananda, real oyunda çoxlu versiyalar irəli sürülür və kapitanda da onlar arasında ən doğrusunu seçmək imkanı yaranır.

- Deyin, ağıllı qadını necə təəccübləndirmək olar?

- Hesab edirəm ki, ağıllı qadının da bütün baza reaksiyaları elə digərlərində olduğu kimidir. Yəni xoşagələn sürpirizlərlə və alicənab hərəkətlərlə konlünü almaq olar. Hərçənd, nəciblik və zövqlər barədə təsəvvürlər fərqlidir.

- Deyirlər ki, həyat yoldaşları eyni bir işlə məşğul olanda, onlar həmişə bir-birini daha yaxşı başa düşürlər. Bəs, Elmanla Sizin cütlük münasibətləriniz necə, qoşalaşırmı?

- Belə alındı ki, artıq bu cütlük yoxdur. Buna baxmayaraq, mən hələ də Elmanla əlaqə saxlayıram, əvvəlki kimi birlikdə bizə darıxdıcı deyil. Biz dost kimi qalmışıq, birlikdə işləyir, bir komandada oynayırıq. Aramızda problemlər, çətinliklər oldu, ancaq bu yaxşıdır ki, bir-birimizə qarşı olan hörmətimizi itirmədik. Birlikdə çox şeylər yaşadıq, hərçənd 3 illik ailə həyatı kiməsə böyük müddət kimi görünməyə bilər. Mən ayrılandan sonra bir-birinə nifrət edən insanları başa düşmürəm. Axı, o doğma və yaxın insandır, sadəcə hansısa səbəblərdən siz artıq həyat yolunda birlikdə addımlamırsınız. Bu səbəbdən isti dostluq münasibətlərimizi qoruyub saxlamağa çalışıram.

Bilirsinizmi, mən çox şeyə görə Elmana minnətdaram. Onun məndən böyük və təcrübəli olması münasibətlərimizdə məni həmişə akseptor mövqeyinə çıxarıb, mənə çox şey öyrədib. O, beyin mən isə ürək olmuşam. Əgər oyun üslubuma və səviyyəmə nəsə təsir göstəribsə, bu mənim hansısa komandada oyunum deyil, bizim Ellmanla birliyimizdir – birlikdə keçirdiyimiz vaxtlar, birgə film nümayişlərinə getməyimiz, kitabların müzakirəsi və demək olar ki, gündəlik məşqlərimiz.

Blis-sorğu

Sonuncu oxunan kitab – “Qaranlıqdan sonra” Haruki Murakami

Səyahət üçün sevimli yer – Avropa

Rəng – Narıncı

Kino janrı - Fantastika

Arzu – Kitab yazmaq

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (334)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.