az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Persona

Babək Şamilov: “Yalnız zaman yaşamağa hüququ olan sənət nümunələrini seçir”

04.07.2014 | İlhamə Abdullayeva

Yaradıcılıq, peşəkarlıq, səmimiyyət. Bunların üçü də bir şəxsdə cəmləşəndə onunla ünsiyyətdə olmaq və yaxud müsahibə hazırlamaq, eləcə də danışdıqlarını oxumaq belə zövqvericidir. Oxucularımızı zövq alaraq dinlədiyimiz müsahibimiz - memar Babək Şamilovun ailəmi, yaradıcılığı və sənətə baxışları ilə yaxından tanış olmağa dəvət edirik.

- Fərdi mermarlıqda əldə etdiyiniz nailiyyətlərə görə “UĞUR” Milli Mükafatına layiq görülməyiniz münasibətilə Sizi təbrik edirik. Yaradıcılığınıza nəzər salsaq, bir neçə istiqamət görə bilərik - memarlıq, heykəltaraşlıq, rəssamlıq. Deyirlər ki, istedadlı insan hər sahədə özünü göstərir, bu doğurdanmı belədir?

- Təbii ki, bu deyimdə bir həqiqət var. İstedadlı insan çoxşaxəli olsa da, insan ömrü yalnız bir sahədə özünü təsdiqə çatır. Tarixdən də belə məlumdur ki, bütün məşhurların – istər siyasət, istərsə də incəsənət sahəsində, bir çox istedadları olub. Böyük Azərbaycanın Səfəvi tarixini qılınc və qələmlə yazan Şah İsmayıl Xətai həm gözəl şair, həm də istedadlı insanların himayəçisi idi. Uluqbəy kimi bir hökmdarın astronomik hesablarından bugünkü elm hələ də istifadə edir. Osmanlı sultanlarının da əksəriyyəti siyasət kimi böyük bacarıq və əziyyət tələb edən bir işlə yanaşı, öz istedadlarını şer yazmaq, astronomiya, xəttatlıq və rəssamlıq kimi sahələrdə göstərmişlər.

- Bəs, onda Siz özünüzü necə təqdim etməyi xoşlayırsınız?

- Özümü çox adi, amma bununla belə çalışqan bir memar sayıram. Memarlığa yolum isə lap uşaqlıq illərdən başlanıb. Hələ orta məktəbdə oxuyarkən pionerlər evində rəssamlıqla məşğul olurdum. Valideynlərim məni gələcəyin riyaziyyatçısı kimi görsələr də, vaxtımı məhz heykəl və rəngkarlığa, mütaliəyə sərf edirdim. Məktəbi bitirən kimi Moskvaya – Surikov adına Rəssamlıq Akademiyasına getdim. Bəzi səbəblər üzündən təcili Bakıya qayıtmalı oldum və sənədlərimi Memarlıq və İnşaat İnstitutuna təqdim etdim. Memarlıq fakültəsinin birinci kursundan artıq əmək fəaliyyətinə başladım. Xoşbəxtlikdən tələbəlik illərim çox səmimi, əsl ziyalı və peşəkar müəllimlərin əhatəsində keçib. Onlar mənə yorulmadan çalışmağın – elə yaradıcılığın və peşəkarlığın özü olduğunu öyrədiblər.

- Bildiymizə görə, bir müddət müəllimlik etmisiniz?

- Doğrudur, 1998-2004 illərdə Memarlıq və inşaat universitetində müəllim olmuşam. Amma sonra kasıbçılığın vahiməsi məni həddən artıq vicdan tələb edən bu məsuliyyətli işi tərk etməyə məcbur etdi. Gözəl bir pedaqoji kollektivdən ayrılmalı oldum. İndiyədək o dövr üçün çox darıxsam da, universitetə qayıda bilməmişəm. Çünki son on il ərzində davamlı olaraq Azərbaycandan kənarda işləyirəm. Təsadüfi deyil ki, dünyanın bir çox yerlərindəki müştərilərim artıq yaxın dostlarıma çevriliblər.

- Elə çıxır ki, xarici sifarişlərə üstünlük verirsiniz?

- Belə deməzdim, əslində Azərbaycanda daha çox işləyirəm, amma xaricdə də layihələrim var. Sadəcə son illər xarici səfərlərim artıb, maraqlı işlər üçün tez-tez Avropa ölkələrinə getməli oluram. Bundan başqa xaricdə yaxından tanış olduğum çoxlu sayda memar dostlarım da var. Onların arasında çox tanınmış memarlar da var. Onu da qeyd edim ki, bu memarlar təcrübəli peşəkar olmaqla yanaşı, həmçinin yüksək insani keyfiyyətlərə malik, səmiyyəti və mehribanlığı ilə seçilən insanlardır. Bilirsiniz, peşəkarların milliyyəti olmur. Təcrübəli və peşəkar insanları milli mənsubiyyət ayırmr, onlar dünyanın hər yerində bir-birinə daxilən çox bənzərdirlər.

- Səhv etmiriksə, 1997-ci ildə Moskvada təqdim etdiyiniz bir layihə ilə tanındınız. Bu ölkədə işləriniz çoxdurmu?

- O zaman işimi məşhur olmaq naminə yox, sadəcə çox səliqə və vicdanla yerinə yetirdim. Layihəm bəyənildi və layiqincə dəyərləndirildi. Buralara gəlib-çıxmamış bir hadisə baş verdi – mənə, necə deyərlər, əli ürəyində çox səmimi bir şəkildə təşəkkür etdilər. Yaddımdadır ki, o dərəcədə sevindim ki, hətta iki illik işimi ödənişsiz belə təhvil verməyə hazır idim. Bir neçə ay sonra isə həmin müştərimlə əlaqəli bir çox Avropa və Rusiya şəhərlərindən təkliflər aldım.

- Daha çox fərdi layihələri bəyənirsiniz. Sankt-Peterburqda Azərbaycan Kulinariya Mərkəzinin memarı olmusunuz. Bəs, dövlət səviyyəli layihələrdə Sizi qane etməyən nədir?

- Dövlət səviyyəli layihələr daha məşhur və daha tanınmış memarlara həvalə olunur. Memarlıqda 40 yaş hələ çox cavan olmaq deməkdir. Təbii ki, peşəmizdə hal-hazırda məndən də böyük və təcrübəli insanlar var. İnanıram ki, gələcəkdə ölkəmiqyaslı işləri həmin böyük memarların məsləhətilə mənə də həvalə edəcəklər. Amma onu da deyim ki, say etibarilə çox iş görməyin tərəfdarı deyiləm, gücüm çatan, yəni gözəl sonluqla bitirə biləcəyim işləri öz öhdəmə götürürəm.

- İşlərinizdə əsasən hansı üsluba üstünlük verirsiniz?

- Bilirsiniz, heç bu barədə düşünməmişəm. Bütün üslublar insanlar tərəfindən elə insanlar üçün də yaradılıb. Memarlıqda üslub zamanına görə zərurətdən yaranır. Hər dövrün özunəxas xüsusiyyəti, yəni qoyulmuş çərçivələrin müəyyən etdiyi bir yaradıcılıq forması var. Bu cür üslub forması özunu hər yerdə - memarlıqda, incəsənətdə, poeziya və musiqidə göstərir.

Bizə qədər bütün üslubların adı və yaranma tarixinə aid çoxlu ədəbi və elektron məlumatlar var. Memarlar əski memarlıq nümunələrinə böyük maraq və sevgilə yanaşır, yaradıcılıqlarında dönə-dönə istifadə edirlər. İndiyədək yaranmış bütün üslublarda səmimiyyət, yüksək zövq, peşəkarlıq, təbiətə, insana, bir sözlə yaradılışa böyük sevgi əks olunub. Ona görə də şəxsən mənim üçün bütün üslublar gözəldir, əlbəttə ki, istedadlı və peşəkar insanın təqdimatında.

- Ötən il Bakıda tarixi memarlıq üslubuna görə dəyərli sayılan bir bina sökülmədi, onu böyük vəsait hesabına yerləşdiyi ərazidən bir qədər geriyə çəkdilər. Sizcə, bugün yeni tikililər arasında həmin statusu qazanacaq nümunələr varmı?

- Yeni tikililər arasında memarlıq abidələrinin olub-olmamasını deyə bilmərəm, ancaq memarlığı peşəkar əlindən çıxmış bir neçə tikili layihə var ki, onlardan zövq alıram. Azərbaycanda təcrübəli və sənətini sevən memarlar çoxdur. Lakin bugünün işlərinə bir qədər sonra tarix qiymət verəcək. Yalnız zaman və tarix yaşamağa hüququ olan sənət nümunələrini seçir.

Sualınıza tam cavab vermək üçün bir məsələni də yaddan çıxarmamalıyıq. Bizdə artıq dəb halını almış - işin sonunda mükafat əvəzinə əsl sifətini göstərən insanlar da var. Elə buna görə də təcrübəli memarların əksəriyyəti, gördüyü işi qəbul olunsun deyə, müştərilərin yekəxana göstərişləri əsasında qururlar. Əlbətdə ki, bunun nəticəsində gülünc və qeyri-peşəkar binaların sayı artır.

- Şəxsən Sizin müştərilərlə bağlı təcrübənizdə belə hallar olub?

- Yox, çox ağıllı, səmimi və şəxsiyyəti bitkin insanlarla qarşılaşdığım üçün layihələrimdəki bilmədiyim bütün xətalar mənim özümə aiddir. Xoş təsadüfdən heç bir müştərim hazırladığım layihələrə müdaxilə etməyib. Təcrübəni və peşəkarlığı qiymətləndirən bütün insanlara təşəkkür edirəm.

- Rəsmlərinizi və heykəltaraşlıq işlərinizi sərgilərə çıxarırsınızmı?

- Rəsm və heykəl işlərim tamam başqa bir mövzudur. Özüm üçün yaratdığım çox çətin və zəngin bir iş cədvəlim var. Gəzməyə, dincəlməyə, hətta doyunca yatmağa belə öyrəşmədiyim üçün gərgin iş mənim üçün həyat tərzinə çevrilib. Bundan çox razıyam. Bu yorğunluğu və təkrarlanan iş prosesini, kiçik bir vaxt ayırdığım rəngkarlıq və heykəltaraşlıq vasitəsilə aradan qaldırıram. Özümü rəssam, yaxud heykəltaraş saymıram. Sadəcə, bu sahədə çox məlumatım və təcrübəm olduğu üçün sevə-sevə, böyük ilhamla işləyirəm. Bəzi işlərim artıq qiymətləndirilib və şəxsi kolleksiyalarda yer tutub. Amma mən buna çox böyük uğur kimi baxmıram, eyni düşüncəli insanların mənim işlərimi alması və qoruması heç də mənim peşəkar rəssam olmağım demək deyil.

- Maraqlı və səmimi müsahibəyə görə təşəkkür edirik. Arzumuz budur ki, uğurlarınız daha böyük olsun.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.