az / ru
 
     
 
Ana səhifə > Biznes > Persona

İnna Kvirtiya: “Uğur pulla ölçülmür!”

24.06.2014

İnna Kvirtiya – ölkəmizdə tanınmış modellərdən biri, Azərbaycanın məşhur futbolçusu Nuzqar Kvirtinin həyat yoldaşı, həyatsevərlik və optimizmin hərəkətverici qüvvəsi. Əksər həmkarlarından fərqli olaraq, öz həyatının ən uğurlu layihəsini ailəsi hesab edir. Əri, doğmaları və əzizləri İnna Kvirtinin dəyər sistemində başlıca yeri tuturlar. Bu barədə İnna Biznesinfo portalına müsahibəsində danışdı.

 - İnna bahar əhval-ruhiyyəniz var? Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

 - Əhval-ruhiyyəm əladır. Sizinlə İnna Kvirtiyadır, hündürboy, hazırcavab, əlləri qızıl və artıq hiss etdiyiniz kimi, yumşaq qəlbli insan… (gülür – redaksiyanın qeydi)

 - Deyirlər ki, modellik ömrü çox qısadır, ancaq Siz buna baxmayaraq, podiumda inamla addımlamaqda davam edirsiniz …

 - Bu, məlumatsız insanların iddialarıdır. Model ömrü ömürboyu uzana bilər. Bu, sənin insanlara maraqlı olmağından asılıdır. İnsan bütün yaşlarında gözəl ola bilər: həm 5 yaşında, həm də 70 yaşında. Buna misal olaraq, VOGUE jurnalının fotoşəbəkəsini, “Zövqlə qoşalmaq” və ya 62 yaşlı modelin gecə paltarlarının reklamına çəkildiyi American Apparel üçün “Seksuallıq vaxt tanımır” və s. göstərə bilərəm. 48 yaşlı Sindi Krouf haqqında nə deyəcəksiniz? Bəs, eyni vaxtda bir neçə brendin siması olan 41 yaşlı Yeva Gerçiqova?

Mənim hələ 32 yaşım tamam olub, halbuki yaş barədə tez-tez eşidirəm. Fikrimcə, bugün peşəmin ən yaxşı dövrünü yaşayıram. Təcrübə podiumda, səhnələrdə, çəkiliş meydançalarında özünə əminlik hissi yaradır.

 - İnna, can atdığınız həyatı tapmısınızmı? Həmişə məşhur olmaq istəyirdinizmi?

 - Özümü məşhur hesab etmirəm. Ən azı buna can atmamışam. Çox sakitcə küçələri dolaşa bilərəm və məni tanımazlar.Hətta bu məni sevindirir.

Düzünü etiraf edim ki, kifayət qədər qalmaqalı olsam, indikindən çox tanınardım, ancaq bu artıq mən olmayacaqdım. Mənim üçün ailəmə çox vaxt ayırmaq daha vacibdir.

 - Uğur qazanandan sonra, həyat tərziniz çoxmu dəyişdi?

 - Məgər onu tapmışam? (ətrafına baxır və gülür – redaksiyanın qeydi). Bir qədər kənara çəkilək və baxaq. Bizim uğur adlandırdığımız ancaq əlavə bir effektdir. Və nəyisə sevərək edirsənsə, buna nail olursan. Sevgi ilə yerinə yetirilən istənilən əmək yaradıcılıq qabiliyyətini yüksəldir, bu da öz növbəsində zamanla uğur gətirir.

Sualınızın məğzinə qayıdıram. Həyat tərzimi elə qurmağa çalışıram ki, bir şəxsiyyət kimi hərtərəfli inkişafa nail olum. Bununla yanaşı, mənim dəyərlər sistemimdə üst mövqedə dayananlara da vaxt saxlayıram. Mənim dünyamda uğur pulla, mənzillə, evlərlə və avtomobillərlə, popularıqla ölçülmür, başqa nüanslara söykənir. Daha çox insanlığa.

 - Peşəniz Sizə nəyi öyrətdi?

 - İlk növbədə səbirli olmağı. İkinci nizam-intizamı və dəqiqliyi. Bir də ümidləri doğrultmağa can atmağı. Bundan başqa, özümü başqa insanların yerinə qoymağı öyrəndim ki, onları daha yaxşı başa düşüm. Bu vacibdir. İş sayəsində hər hansı vəziyyətdə qarşılıqlı köməyin nə olduğunu öyrəndim.

 - Model sənayesi və ya dizayn – hansı Sizə daha yaxındır?

 - Əlbəttə, dizayn. Ancaq bu iki sənaye nəinki sıx bağlıdır, hətta biri digəri olmadan mövcud ola da bilməz.

 - Öz biznesinizi açmaq istəmirsinizmi?

 - İstəyirəm. Sponsorluq etmək istərdinizmi? (gülür – redaksiyanın qeydi) İndi mən təcrübə toplayıram, bu mənə faydalı olacaq, ümid edirəm ki, yaxın gələcəkdə biznesimi də aça bilərəm. Hələki çəkirəm, planlaşdırıram.

 -Düzdürmü ki, bir çox məşhurlar sonadək dözmürlər və qırsaqqız jurnalistlərin ünvanını “döyməyə” başlayırlar?

- Belə...təlaşa qapılmayın. Ərimlə birlikdə yalnız bir dəfə zəhlətökən jurnalistlərlə qarşılaşmışıq, onlar da moskvalı olublar. Onlar bizim toyumuzdan dərhal sonra zəng edib xahiş etdilər ki, ziyafət şəkillərini göndərək, çünki orada Arşavini görmək istəyirdilər. O, bizim toyumuzda yox idi, vəziyyətlə əlaqədar olaraq, həmin vaxt o Bakıda, başqa bir toyda iştirak edirdi. Rusiyalı jurnalistlər niyəsə bizə inanmadılar və onlar daimi zəngləri ilə bizi bezdirdilər.

 - İnna Kvirtiya hansı ən iri layihə barədə xəyallar qurur?

 - Düşüncələrim daha çox yoldaşmla bağlıdır. Mən onun üçün müqavilə arzulayıram. Özümün isə azad olmağı üstün tuturam ki, onuna dayaq olum.

 - Uşqalıqda öz ətrafında fırlanan, sözəbaxan qız olmusunuz? Yoxsa valideynlərinizə “siqaret çəkdirmisiniz”?

 - Olar, mən düzəlişlər edim. Uşaqlıqda daha çox oğlansayağı olmuşam. Mənə ancaq onlarla dostluq etmək maraqlı idi. Qarajdan tullanmaq,qızlarla rezin üzərində hoppanmaqdan maraqlı idi. Mən qadın cinsinə aid olduğumu yalnız məktəb illərində, 10-cu sinifdə oxuyanda başa düşdüm...

 - Valideynlərlə münasibətiniz yaxşıdırmı?

- Bəli, bizim qarşılıqlı sevgimiz və hörmətimiz var, həm mənim, həm də Nuqinin (Nuzqar Kvirtiya – İnnanın həyat yoldaşı – redaksiyanın qeydi) valideynlərinə qarşı. Bunda bizim bəxtimiz çox gətirib.

 - Kimsə Sizə “dayan” deyib və ya deyir?

 - Mənə heç vaxt heç nəyi qadağan etməyiblər, mənimlə bu sadəcə olaraq, işləmir. Buna heç gərək də olmayıb. Mənim daxili “dayan” əmrim var və bu mənim yaxınlarıma, həyat yoldaşıma dərin hörmətimə əsaslanır. Onlar tərəfdən mən həmişə yalnız 100% dəstək görmüşəm.

 - İnna Siz həyat yoldaşınızla xoşbəxt və gözəl Hollivud cütlüklərini xatırladırsınız.  Gündəlik həyat qayğılarınızı, müxtəlif iş sahələrini, xarakterlərə, ölkələrə baxmayaraq xoşbəxtliyinizi və sevgili münasibətlərinizi necə qoruyub saxlayırsınız?

 - Bizim həyatımızın mühafizəkar xarakter daşıdığını demək çətindir. Belə alınıb ki, cəmi 3 ilə biz inanılmaz xoşbəxtlik, uğur və bolluq, həm də dəhşətli sarsıntılar, uzunsürən stresslər yaşamışıq, uşağımızı itirmişik və uzun sürən ayrılığı birlikdə dəf etmişik. Başımıza gələn bütün bu hadisələr bizə diqqətli olmağı və bir-birimizin hisslərinə həssas yanaşmağı öyrətdi. Və sizə deyim ki, yollardakı qayğısız günlər, birgə istirahət və səyahətlər sevgini isidirsə, çətin anlar onu daha da möhkəmləndirir.

Mən şadam ki, öz həyat yoldaşımın elə tərəflərini tanımışam ki, “qara zolağa” düşməmiş onları görmək mümkün deyil. Və mən ona bir daha təşəkkür etmək üçün bu imkanı əldən verməyəcəyəm.

 - Maraqlıdır, həyat yoldaşınızın klubundan olan qızlarla, tanışları ilə, həmkarlarının həyat yoldaşları ilə dostluq edirsinizmi?

 - Əlbəttə. Mənim ən yaxşı rəfiqələrimdən biri hələ də “Azal” futbol klubunda oynayan braziliyalı hücumçunun yoldaşı Alini Şultsdur. Biz ildən çox ayrılmaz dost olmuşuq, təəssüf ki, bugun bizi böyük məsafələr ayırır. Onlar Hon-Konqda yaşayırlar və biz “Skype” vasitəsilə əlaqə saxlayırıq. Onun üçün çox darıxıram və ümid edirəm ki, onları tezliklə görə bilmək bizə nəsib olacaq.

 - Bəs özün meydançada top qovmağı xoşlayırsınızmı?

 - Məktəb illərində bizim orijinal komandamızın xəyali qapısını müdafiə etmişəm. O zaman mən əla qutardım – topla burnumdan zərbə aldım. Bununla mənim futbol sahəsinə bağlılığım bitdi.

Sirr kimi deyim ki, topu çiləməyi öyrətməsi üçün indi nadir hallarda həyat yoldaşımın zəhləsini tökürəm. 

 - 10 ildən sonra özünüzü necə görmək istərdiniz?

 - Öz yeganə həyat yoldaşının xoşbəxt arvadı, gözəl ana, uğurlu dizayner və mümkünsə, model olaraq!

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (302)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (334)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (233)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (281)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (286)
+ Tikinti və landşaft (544)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (351)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.