az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Persona

Günay Malikqızı: Gözəl insan xeyirxah olmalıdır!

10.04.2014

Həyatsevər, müsbət auralı, səmimi. Bu sözlərlə Günay Malikqızını xarakterizə etmək olar. Yaxın keçmişdə ölkənin məşhur teleaparıcısı, hazırda isə Bakının ən iri ticarət mərkəzlərindən birində PR meneceri vəzifəsində çalışan bu xanım, həm yaxşı ana, həm gözəl həyat yoldaşıdır. Sadalanan bütün işlərin öhdəsindən necə gəldiyi barədə Günay xanım Biznesinfo-ya verdiyi son müsahibəsində danışır.

 - İnsanlar Sizi tanınmış teleaparıcı və iri bir ticarət mərkəzinin PR meneceri kimi tanımasaydılar, özünüz barədə söhbəti nə ilə başlayardınız?

 - Sənətkar ailəsində dünyaya göz açmışam. Atam şair idi, həmçinin jurnalistika ilə məşğul olurdu, ancaq mən onu şair kimi xatırlayıram. Hər dəfə atamın sözlərinə yazılmış mahnıları dinləyəndə onun mənə dayaq olduğunu hiss edirəm.

 - Onda elə çıxır ki, peşə seçiminizə məhz atanızın təsiri olub?

 - Yox, o, mənim jurnalist olmağımı istəmirdi. Yəqin ki, mənim qızım da jurnalist olmaq istəsə, mən də əleyhinə olacağam. Ən azı ona görə ki, bu çox məsuliyyətli və kifayət dərəcədə dəyərləndirilməyən bir işdir. Mən 17 yaşımda «Virtuoz» teleradio şirkətinin təşkil etdiyi müsabiqə seçimindən keçdim. O məni idman müxbiri vəzifəsinə cəlb etdilər. Orada iki il çalışdım. Sonra isə «Space» telekanalının kastinqində iştirak etdim. Dəqiq bilirəm ki, 365 nəfərdən cəmi beş nəfər seçildi, həmin xoşbəxtlərin arasında mən də vardım. Beləliklə 19 yaşımda «Space»-də xəbərlərin əsas buraxılışını aparıcısı oldum. Yeddi il işləyəndən sonra «Lider TV»-yə dəvət aldım, elə orada da yeddi il çalışdım.

- İlk efir günündə hansı hissləri yaşamısınız? Qorxmurdunuzki?

 - Birinci efirdən sonra hamı məni təbrik edirdi, hətta şokalad, şirniyyatlar hədiyyə verirdilər. Canlı efirə məni Nərgiz Cəlilova hazırlayırdı. Yadımdadır ki, o mənim aparıcı olmağımı çox istəyirdi. Amma kanalın rəhbərliyi israr edirdi ki, məndə uşaq siması var və mən bu işə tam uyğun gəlmirəm. Onda Nərgiz xanım öz pomadasını götürüb mənim dodaqlarıma çəkməyə başladı. Mənə makiyaj etdilər və yaşca bir az böyük göründüm. Yalnız bundan sonra kanalın o vaxtki rəhbərliyi razılaşdı ki, az-maz böyümüşəm və artıq birbaşa efirə çıxa bilərəm.

Demək istərdim ki, birinci və ya sonuncu efir anlayışı olmur, şəxsən mənim üçün efir hər dəfə birinci kimi idi.

 - Necə düşünürsünüz, xəbərlərin aparıcısı danışdığı problemlə bağlı efirdə öz mövqeyini nümayiş etdirə bilərmi?

 - Elə anlar olur ki, xəbər verdiyin hadisə və yaxud olaya qarşı öz münasibətini gizlədə bilmirsən. Bu halda sadəcə aparıcı kimi yox, səni dinləyən xalqın bir nümayəndəsi olursan. Mən, məsələn Xocalı hadisələrdindən danışanda bitərəf qala bilmirdim. Bu faciə günündə heç vaxt efirə çıxmırdım, qorxurdum ki göz yaşlarımı saxlaya bilməyəcəm.

 - Nitq mədəniyyəti – bu müasir medianın ən ciddi problemidir. Onun həll yollarını necə görürsünüz?

 - Mənə elə gəlirki nitq mədəniyyəti problemini həll etmək üçün jurnalistlər və televiziya aparıcıları üçün xüsusi təlim kursları təşkil edilməlidir. Bu kurslara teleaparıcı və jurnalistlərə lazımi bilik və bacarıqları nüfuzlu filoloq və digəq peşəkarlar dəvət olunmalıdırlar.

 - Televiziyadan niyə getdiniz? Jurnalistikadan da həmişəlik uzaqlaşmısınız?

 - Bilirsiniz öz sahəm üzrə dərs demişəm və hətta Bakı Avrasiya Universitetində reportyor işi üzrə mühazirələr oxumuşam. Bu yaxınlarda “Yaddan çıxmaz Qarabağ” kitabını yazdım. Bir çox saytlar və nəşrlər məni müstəqil bir müəllif kimi dəvət edirlər. Ancaq təəssüf ki, hələ mənim vaxtım yoxdur.

Televiziyadan getməyimin səbəbinə gəlincə, onu deyə bilərəm ki, sadəcə darıxdıcı oldu. Bir hadisədən sonra televiziyada qala bilməyəcəyimə qərar verdim. Bizə təcrübə keçməyə gələnlərin arasında gənc xanımlardan birinə Xocalı haqqında yazmaq tapşırığı verdim. O isə mənə «Nə yazım?» sualı ilə müraciət etdi. Təsəvvür edin ki, belə bir sual verən insan jurnalist olmaq istəyirdi. O zaman düşündüm ki, yaxın bir zamanda həmin xanım kimilər mənə tay tutularaq efirə çıxacaq!

 - Heç kim üçün sirr deyil ki, bugün bakılıların çox bir hissəsi yerli kanalları az izləyir. Necə düşünürsünüz, bunun əsas səbəbi nə ilə bağlıdır?

 - Təəssüf ki, mən də televiziya kanallarımızdakı verilişlərə şəxsi vaxtımı ayıra bilmirəm. Artıq indi mən bir vaxtlar efirə çıxmış bir insan kimi deyil, adi bir tamaşaçı qismində bunu tam səmimi etiraf edə bilərəm.

- Azərbaycanlı tamaşaçıları qaytarmaq üçün hansı islahatları həyata keçirmək lazımdır?

 - Peşəkar jurnalistlər və televiziya aparıcılarını yetişdirmək üçün böyük vəsait və əmək sərf etmək lazımdır. Verilişləri peşəkar aparıcılar təqdim etməlidirlər, televiziyada öz işini əla bacaran mütəxəssislər çalışmalıdır.

 - Bəs PR-a necə gəldiniz? Niyə məhz ictimai əlaqələr sahəsini seçdiniz?

 - Fəaliyyət sahəmi dəyişmək istəyirdim, PR isə jurnalistikaya çox yaxın bir sahədir. Əvvəlcə bir qədər çətin idi. O zaman qorxurdum ki, nəyisə düzgün etmərəm. Düşünürdüm ki, 15 illik televiziya fəaliyyətindən sonra yeni sahədə özümü doğrulda bilməyəcəm və bütün təcrübə ehtiyatım hədər gedər.

 - Öz ailəniz barədə də danışın...

 - Həyat yoldaşım Azərbaycanın əməkdar jurnalisti Bəhruz Nəzərovdur. Biz onunla birlikdə «Space» televiziya kanalında çalışmışıq. Yeddi yaşında Zeynəb adında qızım var. Mən onu dünyalar qədər çox istəyirəm. Bu yaxınlarda onun ucbatından hətta pəhrizə başlamışam. İstəyir ki, arıqlayım, özü də don geyinim.

 - Yəqin ki, bilirsiniz, rubrikamız «Persona» adlanır. Necə hesab edirsiniz, hansı insanı gözəl persona adlandırmaq olar?

 - Gözəl insan məncə xeyirxah olan insandır. O sevir və həyatı, eləcə də ətrafındakıları qiymətləndirir. Zənnimcə, xarici gözəllik – daxili gözəlliyin təzahürüdür.

 - Bəs, özünüzü gözəl insan hesab edirsinizmi?

 - Bəli (gülür – redaksiyanın qeydi). Görəsən, elə insan varmı ki, özünü gözəl hesab etməsin? Həmişə düşünürdüm ki, mənim burnum pisdir və hətta plastik əməliyyat etdirmək istəyirdim. Bu fikirdən məni həyat yodaşım daşındırdı. Hesab etmirəm ki, , zahirən çox gözəl qadınam, məndən çox gözəl olanlar da var. Ancaq mən öz həyat yoldaşım, qızım, məni sevən və sevdiyim insanlar üçün çox gözələm.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (231)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (350)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (176)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (216)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (338)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.