az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Persona

Rasmina Qürbətova: “Həyat eşqi bəxş etməkdən çəkinməyin!”

27.03.2014 | Zarina Oruc

Rəssam, dizayner, orijinal zövqə malik zərgər, yaxın keçmişdə isə Beynəlxalq Maliyyə Korporasiyanın Bakıdakı nümayəndəliyində kommunikasiya üzrə mütəxəssis. Bütün bu peşələrə aidiyyatı olan istedadlı və peşəkar xanım Rasmina Qürbətovadır. Gözəl bir kolleksiyanın müəllifi və art-biznes sahibi Biznesinfo-ya biznesmen-ananın qarşısına çıxan “sualtı daşlar”-dan danışdı.

 - Rasmina xanım, necə düşünürsünüz ,uğurlu biznes qurmaq üçün vacib qaydalar varmı?

 - Bilirsinizmi, Azərbaycanda biznes açmaq çətin deyil. Biznes yaratmaq proseduru ölkəmizdə kifayət qədər açıq və şəffafdır. Biznesin idarə edilməsinə gəlincə, nəzərə almaq lazımdır ki, hər bir sahənin öz spesifik xüsusiyyətləri ola bilər. Hər şey biznesinizin nə dərəcədə savadlı təşkil edilməsindən, həm də gördüyünüz işə yanaşmağınızdan asılıdır. Mütləq vurğulamalıyam ki, biznesin idarəolunması ona qadının və ya kişinin rəhbərlik etməsindən heç də asılı deyil. Vacib şərt – səbr və səylə çalışmaqdır.

Biznesin idarəedilməsi nəzəriyyəsi praktik tərəfdən çox fərqlənir. Amma müəyyən müstəsna qaydaları da istisna etmək olmaz. Misal üçün, sahibkar güclü nizam-intizama malik olmalıdır. Ən azı ona görə ki, biznesdə nizamsız hər şey nizamsızlığa gətirib çıxarar.

 - Biznes həmçinin çoxlu vaxt və enerji tələb edir. Onları necə bərpa edirsiniz?

 - Ailə üzvlərimin mənə verdiyi dəstək və gördüyüm işə hörmətlə yanaşması mənim üçün vacibdir. Çünki biznes şəxsi vaxtımın mühüm bir hissəsini əhatə edir. Şadam ki, böyük qızım mənim işimə maraq göstərir, zinət əşyalarının yeni eskizlərinin axtarışında mənə kömək edir. Onun artıq mənim üçün maraqlı olan düşüncələri var, çox vaxt mənə orijinal ideyalar verir.

 - Biznesmen-ana digərlərindən nə ilə fərqlənir?

 - Təəssüf ki, onunla ki uşaqları az görürsən. Bugün mən ailəmlə kifayət qədər vaxt keçirə bilmirəm, mətbəxtdə az oluram. Təbii ki, özümə tez-tez sual da verirəm ki, daha çox nə vacibdir – ailə yoxsa iş? Amma böyük qızımın mənimlə məhz biznesmen-ana kimi fəxr etməsi artıq dərəcədə ruhlandırır. Ona görə də işləri həvəslə davam etdirirəm.

 - İdarəetmə – bu daha çox təhsildir, yoxsa xasiyyət?

 - Deyə bilmərəm ki, bu bacarıqlar tam xasiyyətlə bağlı deyil, çünki təhsil də əhəmiyyət daşıyır. Hər şey təcrübə ilə gəlir. Şəxsən mən anadangəlmə rəhbər olduğumu söyləyə bilmərəm. Ancaq nə vaxt ki nəyi necə etməyi bilirsən, onda bədii şəkildə desək, hər şeyi gözüyumlu edirsən.

Təbii ki, arxamda beynəlxalq şirkətdə, müxtəlif sahələrdə çalışdığım on illik iş təcrübəsi dayanır. Bu təcrübə mənə çox faydalı oldu.

- İndiki biznesiniz karyeranızda ilkin və yaxud zirvə mərhələsidir?

 - Belə deyək, bu açıq-aydın final deyil (gülür – redaksiyanın qeydi).

 - Özünə əminlik hissini hardan götürürsünüz?

 - Əminlik üçün qayda yoxdur, bu daxili hissdir. Təsəvvür edin ki, mən art-biznes ideyası ilə o qədər ilhamlanmışdım ki, hətta onun kommersiya tərəfi barədə düşünməmişdim. Yaxınlarımın skeptik münasibətinə baxmayaraq, son dərəcədə nikbin idim.

 - Azərbaycanda ilkin kapitalı olmadan biznes açmaq mümkündürmü?

 - Bu bir çox amillərdən, hər şeydən əvvəl işə başladığın sferadan, onun miqyasından asılıdır. Məsələn, xidmət sferasında biznesə başlamaq üçün böyük həcmdə yatırım və ya ilkin kapital lazım olmayacaq. Amma təbii ki, ilkin kapital mövcuddursa, istənilən işi açmaq və inkişaf etdirmək daha asandır.

 - Belə fikir var ki, işi başlamazdan əvvəl onun demo-versiyasını həyata keçirmək lazımdır…

 - Razıyam, son zaman biznesin inkişafının bu modelindən tez-tez istifadə edilir. Bu çox yaxşı ideyadır, əvvəlcə kiçik bir biznes açmaqla onun nə dərəcədə səmərəli olduğunu görmək mümkündür.

 - Media-dairədə əvvəlki populyarlığınız biznesinizin inkişafına yaxşı təsir edir?

 - Əlbətdə ki, ictimai əlaqələr sahəsində iş təcrübəm işimin qurulması və inkişafında öz rolunu oynadı. Təcrübə, bazarın strukturunu daha yaxşı başa düşməyə, onu düzgün görməyə və işi savadlı şəkildə davam etdirməyə kömək edir.

 - Deyirlər ki, əgər biznesdə xoşbəxt olmağı və təmkinini qorumağı öyrənməsən, sahibkar olmaq çətindir. Bu mülahizə barədə nə düşünürsünüz?

 - Bəzən doğrudanda ağır olur. Bizneslə məşğul olmayan istənilən insan kimi sahibkarın da problemləri ola bilər və bunların həlli inam, çoxlu güc tələb edir. Bu zaman fikirləşirsən, ümumiyyətlə bu işi davam etdirmək lazımdırmı? Başqa tərəfdən isə, yeni bəzək əşyalarımı alan müştərinin heyranlıq hissələrini görəndə, özüm belə onun pozitiv emosiyaları ilə “yüklənirəm” və yeni sifarişə daha həvəslənirəm.

 - Arzularınız reallığa çevrilibmi, yoxsa hələ ki arzu olaraq qalır?

 - Bilirsiniz, mənim bir arzum olub – böyük səhnə. Dəfələrlə özümü böyük səhnədə sınamaq fürsətlərim də olub, lakin onların hamısı istifadə edilməmiş qalıb. Və bu daha çox arzularımla mənim hazırki həyatım arasında şüurlu bir seçim nəticəsində baş verib. Buna baxmayaraq inanıram ki, əgər insanın özünü həsr etmək istədiyi bir arzusu varsa, o mütləq həyata keçəcək.

 - Rasminə Qürbətovanın “həyat qanunu” necə səslənir?

 - İlk növbədə özün öz qarşında dürüst olmalısan. Bu çox vacibdir, biznesdə isə dürüstlük əsas keyfiyyətlərdən sayılır. Dürüstlükdən əlavə işdə həmçinin həyatsevərlik də vacibdir. Bəli, bəli, iş mütləq insana zövq verməlidir, əgər komandanız dostluq mühitində işləyirsə, gəlirlik də yüksəlir. Ona görə heç zaman insanlara entuziazm və həyat eşqi bəxş etməkdən çəkinməyin.

 - Biznes açan oxucularımıza nə tövsiyyə edərdiniz?

 - Çalışmaq və öz işi ilə yaşamaq! Onda mütləq nəticəsini görəcəklər.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.