az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Persona

Elçin Səfərli: “Sübh çağını gözləmədən təslim olmayın!”

06.03.2014 | Zarina Oruc

Azərbaycanın gənc yazıçıları arasında məşhur isimlərdən biri, bu gün otuz yaşını qeyd edən Elçin Səfərlidir. Yubileyi ərəfəsində “ikinci Orxan Pamuk” şöhrətini qazanan müəllif xoşbəxtlik reseptləri ilə oxucularımızla bölüşdü. Əminik ki, Elçinin sevgi, həyat qadağaları, okeana yaxın omaq istəkləri və səmimi düşüncələri Biznesinfo`çular üçün maraqlı olacaq.

- Eçin, yazıçı kimi kifayət qədər məşhursunuz. Bəs, özünüz hansı kitabları oxuyursunuz?

- Bu yaxınlarda oxuduqlarım kitablar arasında bəzilərini məsləhət görə bilərəm. Sonunculardan türk yazıçısı Elif Şafakın “Sevginin 40 qanunu” kitabı məndə dərin təəssürat yaratdı. Skandinaviya yazıçısı Piter Xöqanın “Sükut” romanı əladır. Xaruki Murakamini oxumağı sevirəm, dönə-dönə ona qayıdıram. Məsələn, indi onun “Kafka çimərlikdə” əsərini oxuyuram.

- Bəs, məktəb ədəbiyyatı proqramından ən çox yadınızda qalan nə olub?

- Əlbəttə ki, Mixail Bulqakovun “Usta və Marqarita”-sı. Məktəbdən sonra Qarsia Markes. Onun qələmi mənim üçün çatmaq istədiyim ən yüksək səviyyədir.

- Sizin sonuncu kitabınız olan “Xoşbəxtliyin resepti” nədən bəhs edir?

- Xoşbəxtliyin resepti – yemək haqqında kitabdır, amma yalnız yemək barədə deyil... Xoşbəxtliyi hardasa uzaqda deyil, özümüzdə axtarmaqdan bəhs edir.

- Xoşbəxtlikdən söz düşmüşkən gəlin, sevgidən danışaq...

- Sevginin idarə etdiyi hər şey insanı daha yaxşı edir. Əgər bu hiss onu qəddar, aqressiv və məğlub edirsə, demək sevgidən daha çox eqoizmdən danişmaq olar. Uzun müddət başa düşmürdüm ki, mən xoşbəxt olmadığımı necə dilimə gətirmişəm. Ancaq indi ruhumun bir hissəsinə çevrilən olan təcrübəm məni həyatı dərk etməyə, xoşbəxtliyə qovuşdurdu.

Həyatda bəxtim gətirib, axı, mənim həyat hekayəm demək olar kı, Zoluşkanın taleyilə eynidir. Əyalət rayonlarından olan, ağ qarğa, hamı kimi olmayan, cəmiyyətdə ad qazanan şəxsə çevrilə bilən, öz ölkəsinin hüdudlarından kənarda nəyəsə nail olan bir oğlan.

İndi mən sakitəm, özümü və dünyanı daha yaxşı dərk edirəm.

- Ancaq Siz hələ də həyəcanlısınız…

- Daxilimdə okean çalxalanır. Dalğalar qayalara çırpılır. Ancaq bəzən tam sakitlik də olur və bu ən xoşbəxt günlərdir.

- Siz yalnız birini sevənlərdənsiz?

 - Bəli, yalnız birini.

- Həyata baxışınızda və ya yaradıcılıqda, nədəsə atanıza oxşayırsnızmı?

 - Atama böyük hörmətlə yanaşıram (fikrə getdi – redaksiyanın qeydi.), o güclü, iradəli adamdır. Öz dünyasını yaradıb və qoruyub saxlaya bilib – erkən yaşlarında valideynlərini itirib, ancaq ayaqları üstə dura bilib, kiçik qardaşlarını böyüdüb, bizi qaldırıb. Biz hələ də onun himayəsindəyik: həmişə düşünürük ki, bu barədə atamız nə deyəcək.

Buna baxmayaraq, atamla eyni keyfiyyətlərimizin olduğunu deməkdə çətinlik çəkirəm. Anamla oxşarlığım daha çoxdur – o, mənə ən yaxın insandır. Güclü qadındır, sanki qayadandır, yenilməzdir. Ananın öz övladına sevgisi ilahidir, o, istənilən digər hissərlə müqayisəyə belə gəlməz. Anam uşaqlıqdan məni rəhimli olmağı, ehtiyacı olanlara kömək etməyi, heyvanları sevməyi öyrədib. O, indi də hər həftə bazara gedib sahibsiz itlər üçün ət alır.

Anam həmişə məni dəstəkləyib və bu gün də mən onun dayağını hiss edirəm. O, həmişə mənim yanımdadır. Tez-tez mənə xatırladır: “Mən sənə kömək edərəm, yanında olaram”. “Mən yanındayam”, bir çox insanlara məhz bu sadə, lakin zəruri sözlər çatışmır. Və hər dəfə çətin bir vəziyyətdə öz-özümə deyirəm ki, anam kimi mətin və güclü olmalıyam.

- Elçin insanlarda daha çox nəyi qəbul edə bilmirsiniz?

- Məzlumları təhqir edəndə qəbul edə bilmirəm. Heyvanları incidəndə dözə bilmirəm. Zülmkarlığı başa düşə, qəbul edə və bağışlaya bilmirəm.

- Əgər Bakını xeyir və şər, rahatlıq və dinclikdən uzaq məkanlara bölsək, Sizin üçün onlar hardadır?

 - Ancaq xeyir zonaları haqqında danışa bilərəm. Bakıda sevdiyim yer Nərimanov prospektidir, Politexnik universitetinin yerləşdiyi ərazilər. Burada mənim xoşbəxtliyim cəmləşib, həmin məkanlarda şəxsən mənim üçün əlamətdar olan hadisələr baş verib.

- Bəs, Abşeron barədə nə deyərdiniz? Axı, orada olmağı da sevirsiniz

 - Abşeronda güclü energetika var, necə də olsa, müqəddəs torpaqdır. Təsadüfi deyil ki, burada çoxlu məscid mövcuddur. Mən Abşeron gecələrini çox sevirəm: bu, samovar qoxusu, qara məxməri çay, xəzri küləyi, duzlu dəniz ətri, günəş altında çatlamış dodaqlardır. Vaxtımın çox hissəsini məhz orada keçirirəm. Evimiz də dəniz sahilinin 182 addımlığında yerləşir.

- Təsəvvür edək ki, böyük bir quş Xəzərin sahilində, evinizin yaxınlığında yerə enib və Sizə onunla birlikdə uçmağı təklif edir. Hara gedərdiniz?

 - Həmişə okeanı görməyi arzulamışam. Hələki orada olmamışam. Deyilənlərə görə, okean dənizdən çox fərqlənir. Bütün yollarım da elə dənizə aparır. Bakıdakı evimdən aşağı düşsəm dənizə gedib çatacam, Abşeronda darvazadan çıxmaq kifayətdir ki, bir qədər addımlayaraq, yenidən asanlıqla Xəzərin sahilində olum. İstanbulda da həmçinin, künc-bucaqla gedirsən, sonda yenə də mavi genişliyə çıxırsan. Bu, çox xoşuma gəlir.

- Elçin, özünüzə pis olmağı rəva görürsünüzmü? Tutaq ki, xuliqan oğlan kimi? Ən azı Siz nə vaxtsa belə bir gənc olmusunuz, düz deyilmi?

 - Nə vaxtsa olmuşam. Hər bir insanda cənnət və cəhənnəmin qarşıdurması var. Biz mühakimə edəndə, qəzəblənəndə, ümidsizliyə qapananda cəhənnəmdə yanırıq. Ancaq güləndə, qucaqlayanda, hədiyyə verəndə, paylaşanda, cənnətdə çiçək açırıq.

- Sizə ünvanlamadığım hansı suala cavab vermək istərdiniz?

 - Xoşbəxt olmağı öyrənmək mümkündürmü? Və mən ona cavab verərdim ki, mümkündür. Bunu hər gün öyrənirlər. İnsan özündə çox şeyi dəyişə bilər. Alaqaranlıqdan əvvəl zilqaranlıq gecə olur. Amma çoxları sübh çağını gözləmədən təslim olurlar. Başlıca məsləhətim də ondan ibarətdir ki, mütləq gözləmək lazımdır!

- 20 ildən sonra özünüzü necə təsəvvür edərdiniz – daha çox uğurları olan bir yazıçı və ya ayparçası kimi üç övladın atası...

 - Özümü, sakit, təvazökar, şüküredən görmək istərdim. İstərdim ki, mən və mənim dostlarım kimi insanların sayı daha çox olsun.

Həm də arzum odur ki, gələcəkdə maddi vəziyyətim uşaqları övladlığa götürməyə imkan versin. Bu ən böyük arzumdur. İstərdim ki, yanımda elə bir qadın olsun ki, atılmış uşaqları qəbul edib tərbiyə verməyə, onlara rahatlıq və ümid bəxş etməyə razılıq versin. Mənim üçün bu mənada böyük nümunə Mustafa Kamal Atatürkdür, o, xanımı ilə birlikdə 8 qızı övladlığa götürüb.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (231)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (350)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (176)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (216)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (338)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.