az / ru
 
     
 
Ana səhifə > Biznes > Persona

Cəmilə Həşimova: “İncəsənətdə sadəlik vacibdir”

05.03.2014 | Zarina Oruc

Rubrikamızın qonağı tanınmış rəssam, “ ART Group” qalereyasının direktoru, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Rəssamlıq Akademiyasının müəllimi Cəmilə Həşimovadır. Onun tabloları öz-özlüyündə nəsə deyir, həyata sevgi rəngləri ilə doludur. Biznesinfo-ya müsahibəsində Cəmilə xanım incəsənət “sərvət”indən, şəkillərindəki səmimiyyətdən və yaradıcı gənclərin problemlərindən danışdı.

 - Mümkündürsə, yaradıclıq bioqrafiyanızdan danışın. Necə oldu ki, rəssam olmaq qərarına gəldiniz?

 - Elə, öz-özünə alındı. Özümü dərk edəndən yadımdadır ki, çəkirəm. Uşaqlığım karandaşlarla, kağızlarla, flomasterlərlə, mellərlə, kartonlarla assosasiya olunur. Yadımdadır ki, həmişə mənə rəsm çəkmək üçün hədiyyələr gətirmələrini xahiş edirdim. Xüsusən qeyd edim ki, heç bir dərnəyə getməmişəm. Mənim uşaqlıq yaradıcılığım müəyyən çərçivələrlə də məhdudlaşmayıb... Sonra Əzim Əzimzadə adına Rəssamlıq Texnikomunda, İncəsənət Universitetində təhsil aldım.

İndi isə özüm dərs verirəm. Və müəllim kimi demək istəyirəm ki, yaradıcı gənclərin özünü təsdiqləməsi üçün şərait yoxdur. Onlara nəsə etmək çox çətin gəlir, çünki işləri materiallarla bilavasitə bağlıdır. Məsələn, rəng tübikləri 10 AZN-dir, halbuki uşaqlar rənglərlə oynamalı, həm də lazımi rəngi seçmək üçün təcrübə  aparmalıdırlar.

 - Çəkməyə başlayanda, heç fikirləşirdinizmi ki, mütləq rəssam olacaqsınız? 

 - Əlbəttə, bilirdim ki, həmişə rəsm çəkəcəyəm. Və təbii ki, rəssam olmaq istəyirdim, məqsədli şəkildə bu arzuma doğru irəliləyirdim.

 - Cəmilə, deyə bilərsinizmi ki, bizim ölkəmizdə rəssamlar necə varlanır və ümumiyyətlə varlana bilirmi?

 - Varlanır?! Bu bizim rəssamlarımıza aid deyil, daha doğrusu bu reallıqdan uzaqdır və nadir hallarda baş verə bilər. İnkar etmirəm ki, Azərbaycanda da yaxşı təmin olunmuş rəssamlar var, onlar inkişaf edirlər, məşhurlaşırlar, amma əsl varlılar düşünürəm ki, yoxdur. Yaxşı sponsor lazımdır ki, rəssamlar azad olsunlar və yaratsınlar.

 - Xeyriyyəçilər və ya kolleksiyaçı-sponsorlar rəssam üçün uğuru şərtləndirən əsas amildir?

 - Hesab edirəm ki, bəli. Amma incəsənətin bu növünə sponsor yardımı hazırda primitiv inkişaf mərhələsindədir. O, hələki Qərbi Avropada messenatların fəaliyyət göstərdiyi miqyasda deyil. Əsasən qalereyalar istedadlı rəssamlara sponsor dəstəyi göstərirlər.

 - Deyirlər ki, yaradıcı insanlar üçün sərt “dedlayn”larla işləmək anormallıqdır, Siz istisna deyilsinizki?

 - Xeyr, mən qətiyyən istisna deyiləm.

 - Azərbaycanda fərdi sərgi təşkil etmək nə qədər çətindir?

 - Əgər həqiqətən də istedadlı işlər təqdim edirsə, çətin deyil. Hər şey fərdi sərgi təşkil etmək istəyən rəssamın özündən, onun yaradıcılıq baxışlarından asılıdır. İstedadlı rəssam həmişə görünməyi bacarar. Yaradıcı gənclər üçün daha çox çətindir – onlar kömək və dəstək olmadan özlərini göstərə, üzə çıxa bilmirlər.

- İlk peşəkar sərginiz harada və nə vaxt olub?

- Hələ tələbəlik illərində, Türkiyədə. Tez-tez işlərim ümumi sərgilərdə nümayiş olunur, şəkillərim Türkiyədə, Вelçikada, Almaniyada sərgilənib. Bakıda ilk fərdi sərgim isə beş il əvvəl olub. Auditoriya hər yerdə demək olar ki, eynidir, ziyarətçilərin arasında rəssam yaradıcılığını qiymətləndirənlər, alıcılar və sadəcə izləyicilər olur. Xaricdə incəsənətin bu növünə diqqət böyükdür, yerigəlmişkən qeyd edim ki, son illər Azərbaycanda da təsviri incəsənətlə daha çox və tez-tez maraqlanmağa başlayıblar. Daim maraqlı sərgilər keçiriləndə belə deyərdim ki, ölkə yaradıcılıq bumu yaşayır.

- Öz işlərini internetdə təqdim edənlərə münasibətiniz necədir?

 - Mənim işlərim də internetdə nümayiş olunur. Buna çox normal baxıram, başa düşürəm ki, bu zamanın tələbidir.

 - Yaradıcılığınızı tənqid edirlərmi və Siz tənqidi necə qarşılayırsınız?

 - Elə olur ki, məni də tənqid edirlər (gülür – redaksiyanın qeydi). Ancaq işlərimə qarşı açıq tənqidə hələki rast gəlməmişəm. Bütövlükdə, məsləhət xarakterli tənqidə uğurun təkanverici amili kimi baxıram, nəyəsə qulaq asmağa çalışıram.

 - Yaradıcı sahibkarlara hansı biliklər vacibdir?

 - Hər şeydə olduğu kimi öz işinin peşəkarı olmaq...

 - Sizin incəsənətdə öz qadağalarınız varmı?

 - Əlbəttə var. Öz şəkillərimdə sensasiyalar axtarmıram, hesab edirəm ki, incəsənət ruh üçün olmalıdır, gözü sevindirməlidir, epataj olmamalıdır. O, həmçinin sənətkarlıq tələb edir. Tez-tez bacarızsızlıq, adilik parlaq fasad arxasında gizlədilir. Belə işlər artıq incəsənətdən uzaq, sanki böyük bir aksiya xarakteri daşıyır. Öz işlərinə bər-bəzək vermeyə fokuslanan rəssam, əsl incəsənət bilicisi ola bilməz. Daha doğrusu, bu yaradıcılıq oyunudur. Həqiqi, səmimi incəsənətdə sadəlik, rəng, fırça, mənəvi dəyərlər, daimi axtarışlar... lazımdır.

 

 

 
Açar sözlər: Cəmilə Həşimova rəssam
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (302)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (334)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (233)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (281)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (284)
+ Tikinti və landşaft (544)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (351)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.