az / ru
 
     
 
Ana səhifə > Biznes > Persona

Unikal abunəçi təcrübəsi və texnoloji yeniliklər dalğasında

18.12.2018

Azercell şirkətinin prezidenti V. Mürsəliyevlə müsahibə

– Vahid müəllim, bu il mobil rabitə bazarında hansı dəyişikliklər baş verib və bunlar Azercell şirkətinin işinə necə təsir göstərib?

– Son 2 il ölkədə balanslaşdırılmış makroiqtisadi siyasət və struktur islahatları sayəsində Azərbaycan iqtisadiyyatının sabitləşməsi ilə yadda qalıb ki, bu da, müvafiq olaraq, həm mobil rabitə bazarının lideri olan şirkətimizin fəaliyyətinə, həm də bütövlükdə telekommunikasiya sektorunun vəziyyətinə müsbət təsir göstərib.

Bundan başqa, 2018-ci ilin əvvəlində şirkətimizin idarəetməsində əhəmiyyətli dəyişikliklər baş verib. Bu ilin mart ayında Azercell şirkətinin əsas təsisçiləri dəyişib və mobil operatorun səhmlərinin ən böyük hissəsi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində yaradılan və fəaliyyət göstərən «AzInTelecom» Azərbaycan şirkəti tərəfindən alınıb.

Ölkədə mövcud olan biznes üçün əlverişli makroiqtisadi vəziyyət və yeni təsisçilərimizlə birgə iş artıq nəzərəçarpan müsbət nəticələrin mövcudluğundan danışmağa imkan verir. Gəlirlərdən və bazardakı mövqeyimizin möhkəmlənməsindən tutmuş, müştəri loyallığı indeksinə qədər - şirkətin fəaliyyətinin, demək olar ki, bütün istiqamətlərində müsbət tendensiyalar müşahidə olunur. Belə ki, 2018-ci ilin əvvəllərindən etibarən Azercell şirkətinin bazar payının 1% artaraq 49% yekun göstəriciyə çatmasını müşahidə edirik. Biz həmçinin Azercell şəbəkəsinə qoşulan yeni abonentlərin və cari ilin mobil internet istifadəçilərinin sayına görə də liderik. Bu, ölkə əhalisinin böyük bir qisminin Azercell xidmətlərinə üstünlük verdiyinin göstəricisidir.

Bütün yuxarıda sadalananlar, eləcə də bir çox digər təşəbbüs və layihələr müştəri loyallığı indeksimizə müsbət təsir göstərib ki, bu indeks də 78% təşkil etməklə mobil rabitə bazarının digər iştirakçılarının göstəricilərini əhəmiyyətli dərəcədə üstələyib.

Bu gün strategiyamız mobil rabitənin keyfiyyətinin yüksəldilməsi, regionlarda 4G şəbəkəsinin genişləndirilməsi, müasir xidmətlərin və yeni biznes həllərinin tətbiq edilməsi, abunəçi xidmətlərinin təkmilləşdirilməsi və modernləşdirilməsi, bazarın yüksək sürətli internet xidmətlərini dəstəkləyən əlçatan mobil cihazlarla təmin edilməsinə və abunəçilərimizin mobil texnologiyalar vasitəsilə öz həyatlarını yaxşılaşdırması və asanlaşdırmasına yardımçı olacaq digər hədəflərə yönəlib.

– Regionlarda mobil rabitə bazarının vəziyyətini necə qiymətləndirirsiniz? Hazırda paytaxtdan kənarda rəqabət vəziyyəti necədir?

– Ölkənin regionları mobil rabitə bazarının genişləndirilməsi üçün ən böyük potensiala malikdir. Regionlarda Azercell şəbəkəsinin qurulması və biznesin hərtərəfli inkişafı, o cümlədən müasir smartfonların penetrasiyasının artması bizim üçün prioritet istiqamətlər olub və olaraq qalır. 2018-ci ildə Azercell Azərbaycanın şəhər və kəndlərində 4G şəbəkəsinin genişləndirilməsini davam etdirib. 4G şəbəkəsinin coğrafi əhatə dairəsi son 1 il ərzində 2 dəfə genişlənib və ötən illə müqayisədə 29% güclənib. Eyni zamanda, ötən illə müqayisədə 4G şəbəkəmizin yüklənmə sürəti 18%, endirmə sürəti isə 42% artıb.

Qabaqcıl mobil operator olaraq, biz təkcə ən yeni nəsil texnologiyaları tətbiq etmirik, həm də onları əlçatan etməyə çalışırıq. Məsələn, biz HSS (Home Subscriber Service) layihəsini təqdim etdik: bu texnologiyanın sayəsində abunəçinin 4G şəbəkəsinə qoşulmaq üçün Müştəri Xidmətlərinə müraciət etməsinə ehtiyac qalmır. O, mobil cihaz ayarlarından LTE rejimini seçməkləsərbəst şəkildə 4G şəbəkəsinə keçə bilər. Bundan başqa, biz regionlarda LTE şəbəkəsinə keçmək istəyən abunəçilərimiz üçün sərfəli internet-paketlər (5 Gb) təklif edirik.

Burada «Azercell Exclusive» konsepsiyasına uyğun olaraq Azərbaycanın bütün regionlarına xidmət göstərən ofislər şəbəkəsinin genişləndirilməsini xüsusilə vurğulamaq lazımdır. Biz artıq çoxfunksiyalı xidmət göstərən sayca 20-ci ofisimizi açmışıq və bu ofislərin böyük əksəriyyəti regionların payına düşür. Bu cür müştəri xidmətləri mərkəzləri ofis məkanının geniş olması, xidmətin rahatlığı və geniş seçim imkanları ilə fərqlənir.

Bir neçə il bundan əvvəl Azercell şirkətinin məhz respublikanın regionları üçün başlatdığı eksklüziv «Bölgə» tarifini qeyd etməmək olmaz. Bu tarifin unikallığı ondan ibarətdir ki, o, paytaxtdan kənarda yaşayan abunəçilərə dəqiqəsi 5 qəpiyə bir-biri ilə ünsiyyət qurmağa imkan verir və bu zaman onlar üçüncü dəqiqədən sonra tamamilə pulsuz danışmağa davam edə bilirlər.

Biz Azercell-in bölgələrin inkişafına verdiyi və bizi bazarın digər iştirakçıları arasında fərqləndirən böyük töhfəsindən dolayı qürur duyuruq. Bizim məqsədimiz - rəqəmsal maneəni aradan qaldırmaq və ölkənin hər bir vətəndaşını informasiya texnologiyaları ilə təmin etməkdir.     

– «BakuTel 2018» sərgisində Azercell stendinin leytmotivi nə olacaq?

– Artıq 24-cü dəfədir ki, «Azercell Telekom» MMC bu telekommunikasiya sərgisində fəal iştirak edir. Ötən il olduğu kimi,bu il də biz «Bakutel» sərgisinin baş sponsoruyuq və sərginin «fəxri qonağı», süni intellekt texnologiyasının ən parlaq nümayəndəsi - smart-qapıçı «Robokiper»in də iştirak etdiyi yarışların iştirakçıları üçün xüsusi hədiyyələr təqdim edirik. Yeri gəlmişkən, «Robokiper» bilavasitə Azercell şirkətinin sərgidəki stendinin konsepsiyası ilə əlaqəlidir. Bu il Azercell stendinin leytmotivi “IoT” texnologiyası, daha doğrusu, “Əşyaların İnterneti” kimi (Internet of Things) heyrətamiz aləm olduğundan, biz çox sayda ağıllı texnologiya, innovativ həllər və smart-cihazlar nümayiş etdirəcəyik.

Bu il Azercell stendində ziyarətçiləri çevik əlləri, ötürmə sistemi və obyektlərin tanınması üçün xüsusi kamerası olan ikiəlli universal robot-köməkçi qarşılayacaq. “YuMi” adlı bu robot - uzun illər davam edən tədqiqatların və insanın təhlükəsizliyini təmin edən robotlaşdırılmış köməkçilərin yeni nəslinin işlənib hazırlanmasının nəticəsidir.

Avropada uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün yeni texnoloji qurğular - 4 yaşdan böyük istifadəçilər üçün nəzərdə tutulmuş «MyKiTouch» adlı ağıllı GSM-saatlar məşhurlaşır. Bu cihazlar GPS peykləri ilə bağlantıya malikdir, həyəcan siqnalı düyməsi ilə təchiz olunub və valideynin smartfonuna quraşdırılmış ödənişsiz «MyKiWatch» proqramından istifadə edərək onlara uşağın hərəkətini izləmək və günün istənilən vaxtında onun olduğu yeri görmək imkanı verən SIM-kartla işləyir. Proqram həm Android, həm də iOS platformalarında olan telefonlar üçün uyğundur.

Xüsusi «ağıllı» xaltanın köməyilə ev heyvanlarının davranışının real vaxt rejimində izlənilməsi üçün nəzərdə tutulmuş «MyKiPet» cihazı təhlükəsiz zonaları əvvəlcədən müəyyənləşdirməkdə və ev heyvanının bu zonadan kənara çıxdığı təqdirdə bildiriş almaqda yardımçı olacaq.

«MyKiAuto» - daxilə quraşdırılmış GPS və peyk bağlantısı ilə təchiz edilmiş, avtomobilin təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulmuş xüsusi proqramdır. O, real vaxt rejimində avtomobilin yerini müəyyən etməyə, siqnalizasiyalı xəbərdarlıq sisteminin köməyilə avtomobilin oğurlanmasının qarşısını almağa imkan verir, eləcə də qət edilmiş kilometrlərlə bağlı ətraflı məlumatla təmin edir.

Azercell öz stendində həmçinin bulud həllərinin köməyilə bütün ev və ofis avadanlığına nəzarət üçün «Shelly» məhsulları seriyasını təqdim edəcək. Bu universal sistem M2M «ağıllı ev» texnologiyası əsasında tamamilə avtomatlaşdırılmış həll təklif edir və mövcud avadanlığı yenisi, daha bahalısı ilə əvəzləmədən elektrik enerjisi istehlakını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. «Shelly» məhsulları istifadəçinin smartfonu ilə yaxşı inteqrasiya olunur və istifadəçidən sadəcə «Shelly Cloud» ödənişsiz proqramını yükləmək tələb olunur. «Shelly» avtomatik olaraq işığı yandırıb-söndürməklə özü sübh və qürub çağlarını müəyyən edir. «Shelly» sistemi ilə siz söndürülməmiş ütü və ya digər elektrik cihazına görə narahat olmaya bilərsiniz: əgər cihazdan istifadə edilməzsə, o, müəyyən müddətdən sonra avtomatik olaraq sönəcək. Mobil internet və ya WiFi olduqda işləyən xüsusi olaraq quraşdırılmış «ShellyEye» simsiz kamerasının köməyi ilə isə evinizi və ya digər əmlakınızı məsafədən izləyə bilərsiniz. Bu zaman evə çağırılmamış qonaq daxil olduqda və ya hər hansı qəza vəziyyəti baş verdikdə,  həm gündüz, həm də gecə rejimində çalışan bu kamera avtomatik olaraq ev sahibinin smartfonuna bildiriş göndərir. 

– Azercell stendinin ziyarətçilərini - həm korporativ müştəriləri, həm də adi istifadəçiləri başqa hansı yeniliklər gözləyir?

– Ənənəyə uyğun olaraq, Azercell öz stendinin ziyarətçiləri üçün xüsusi bir smartfon zonası hazırlamışdır ki, burada da ziyarətçilər ən yeni mobil cihazları test edə bilərlər.

Həmçinin, Azercell Plus xidmətləri daxilində Zvooq və Bookmate xidmətləri də ziyarətçilərin ixtiyarına veriləcək.

«MySim» sistemindən istifadə etməklə Azercell sərginin ziyarətçilərinə almaq istədikləri mobil nömrəni monitorda tapmaq və seçmək imkanı verir. Bu zaman istifadəçi tərəfindən yığılmış rəqəmlərin istənilən kombinasiyası (belə bir nömrə mövcuddursa) dərhal ekranda nümayiş etdiriləcək və abunəçinin nömrələrin pərakəndə satışı mərkəzlərinə müraciət etmədən seçim etməsinə imkan verəcək.

Korporativ abunəçilər üçün isə Azercell şirkətlərə smartfonlar üçün çoxkanallı qaynar xətt yaratmaq, abunəçilər üçün xidmət mərkəzi açmağa və reklam kampaniyaları keçirməyə imkanı verən «virtual ATS» həlli təqdim edəcək. Bundan başqa, «virtual ATS» biznes üçün şəxsi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi kimi eksklüziv imkanlar və 10-a yaxın digər funksiya təqdim edir. Nəzərə alsaq ki, hazırda vəsaitlərə qənaət aktual mövzudur, o zaman bu həll şirkətlərin yeni avadanlıq üçün əlavə xərclər olmadan biznesin səmərəliliyini artırmasına yardımçı olacaq.

Bundan əlavə, korporativ müştərilərə ilk dəfə yeni rouminq paketi xidməti təqdim olunacaq. Cəmi 16 AZN qiyməti olan Azercell eksklüziv rouminq paketi korporativ abunəçilərə dünyanın 50-dən çox ölkəsində mobil internetdən istifadə etmə imkanı verəcək. 

Korporasiyalar üçün daha bir məhsul - ayda cəmi 15 AZN-ə şəbəkəyə yeni qoşulmuş korporativ abunəçilərin istifadəsinə bir sıra servislər, o cümlədən 3GB mobil internet, ölkədaxili zənglər üçün 1000 dəqiqə danışıq və bütün Azercell korporativ abunəçiləri arasında ödənişsiz danışıq təqdim edən «Şirkətim» biznes-paketidir.

Ölkəmizdə startapların inkişafı və texnoloji həllər vasitəsilə maraqlı biznes ideyalarının həyata keçirilməsi üçün əlverişli imkanlar yaratmaqla, «Barama» İnnovasiya və Sahibkarlıq Mərkəzi üçün gənc proqram tərtibatçılarının orijinal təkliflərinin nümayiş etdiriləcəyi xüsusi yer ayırmışıq.

Əlavə etmək istəyirəm ki, Azercell şirkətinin stendi müxtəlif ziyarətçi kateqoriyaları, o cümlədən mütəxəssislər, innovasiya həvəskarları, eləcə də sadəcə viktorina və əyləncəli müsabiqələrdə iştirak etmək istəyənlər üçün interaktiv platforma olacaq. Müsabiqələrin qalibləri bizdən dəyərli hədiyyələr qazanacaqlar.

Hər kəsi müasir texnologiyalar aləminin ən yeni trendləri ilə tanış olmaq və bol-bol xoş təəssüratlar qazanmaq üçün Azercell stendinə dəvət edirik!

– Vahid müəllim, şirkətin rəhbəri olaraq hazırda qarşınızda hansı vəzifələr dayanır?

– Telekommunikasiya sektoru reallığın bizə məlum olmayan yeni cəhətlərini üzə çıxarmaqla hər ötən gün dəyişir, buna görə də daim özünə qarşı tələbləri yüksəltməklə zamanın nəbzini tutmaq çox vacib bir amilə çevrilir.. Öz fəaliyyətimizi müştərilərin gündəlik tələbatları ilə məhdudlaşdırmırıq, istəklərini öncədən təxmin etməklə onları müasir texnologiyalar aləmi ilə  daha da yaxından tanış etməyə çalışırıq.

Telekommunikasiya yüksək sürətli mobil internet, əşyaların interneti, rəqəmsallaşma kimi konsepsiyaların əsasını təşkil edir. Bunlar olmadan artıq bəşəriyyətin gələcəyini, iqtisadiyyat, təhsil, tibb və biznesin bütün sahələrinin tərəqqisini təsəvvür etmək qeyri-mümkündür. Cəmiyyətin inkişafına təkan verən bu tendensiyalar bizim özümüzü dəyişir və zamanın tələbləri ilə ayaqlaşmağımıza kömək edir. Müasir trendləri nəzərə alaraq, qarşımızda növbəti il üçün bir sıra hədəflər qoymuşuq və onlara nail olmaq üçün çalışacağıq.

Mən əminəm ki, abunəçilərimizin, strateji tərəfdaşlarımızın, əməkdaşlarımızın və digər iştirakçıların da daxil olduğu bütün ekosistemimiz, mobil kommunikasiya bazarının lideri və innovatoru olaraq qalmaqda və bundan sonra da öz planlarımızı həyata keçirməkdə bizə imkan yaradacaq.

 
Açar sözlər: Azercell prezident V. Mürsəliyev
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (235)
+ Avtomobillər (323)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (267)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (321)
+ Gözəllik və sağlamlıq (313)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (236)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (267)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (349)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (216)
+ Kurslar və Təlimlər (183)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (169)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (232)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (584)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.