az / ru
 
     
 
Ana səhifə > Biznes > Persona

Cavanlar ən çox evlərini bu üslubda inşa etdirirlər

01.11.2018

Hazırda Azərbaycanda hündürmərtəbəli binalar inşa edən MTK-larla yanaşı mənzil və villa təmir edən şirkətlər də var. Belə şirkətlərdən biri də “Meeras Group” – təmir-tikinti şirkətidir. Lakin “Meeras Group” digər şirkətlərdən bir qədər də irəli gedərək yalnız mənzil təmiri ilə deyil həmçinin həyət evləri və villalarının tikintisini də həyata keçirə bilirlər. Bu isə adı çəkilən şirkətin peşəkar kollektivinin hesabına başa gəlir. Təbii ki, müştərinin pulu da öz yerində.

Odur ki, özlərindən sonra insanlara miras qoyan bu şirkətin rəhbərliyi ilə olaraq maraqlı müsahibə etdik. Meeras şirkətinin baş direktoru A.Sabinə xanım ilə müsahibəni təqdim edirik.

– Bildiyimiz qədəri ilə sizə müraciət edənlər çoxdu. Müştəriləriniz kimlərdi?

– Bizə daha çox müraciət edənlər əsasən yeni tikilmiş binalarda mənzil sahibləri olanlar və villa tikdirmək istəyənlərdi. 5 mərtəbəli köhnə evlərə görə də müraciət edənlər olub. Amma bu tip mənzil sahiblərindən müraciətlər az daxil olur.

– Nə üçün müştəri məhz sizi seçməlidir? Nə üçün insanlar “Meeras” şirkətinə müraciət etməlidir?

– Biz hesab edirik ki, hər sahədə o işin peşəkarı işləməlidir. Bizim ustalar peşəkarlardı. Onlar bu sahədə uzun müddətdir ki, çalışırlar. Misal üçün əgər siz vəkil və ya təhsil ocağında müəllimsizsə o zaman sizin təmir üçün lazım olan tikinti materiallarından elə də çox anlayışınızın olmaması deməkdir. Bu isə sizin səhv və ya keyfiyyətsiz tikinti material almaqla iki qat xərc çəkməyiniz deməkdir. Həmçinin işi həvalə etdiyiniz ustanın da nə dərəcədə peşəkar olduğu haqqında məlumatınız olmayacaq təbii ki, əgər o sizing tanışınız deyilsə.

Bizim şirkət isə üzərinə götürdüyü işə görə qarşı tərəflə müqavilə imzalayır. Müqavilədə təmirin bitmə vaxtı ilə yanaşı keyfiyyətli olması barədə də öz üzərimizə öhdəlik götürürük. Təmir etdiyimiz mənzillərə minimum 5 il zəmanət veririk.

Təmir üçün istifadə edilən tikinti materiallarını Meeras şirkəti təmin edir. Amma müştərinin istəyindən asılı olaraq özü də ola bilər. Lakin bu zaman təmirə təminat vermirik.

– Nə üçün bəs tikinti materiallarını müştəri özü alanda təminat vermirsiz?

– Bəlkə müştəri qənaət etmək üçün fabrikada standartlara uyğun istehsal olunmuş materialları almayacaq. Ona görə bu zaman cavabdeh ola bilmərik.

– Smeta və təmir-tikinti işlərini neçəyə həyata keçirirsiz?

– Econom paket 179-210 (179 azn kv/m 70 kv metrdən çox sahəsi olan mənzillərə aiddi və əlbətdəki demontaj işləri yoxdursa) manatdır. Premium paketin qiymətləri müştərinin istəklərindən asılıdı, qeyd edimki apardığımız axırıncı statistikamıza görə ən populyar təmir paketlərindən biridir. Bundan başqa luxury təmir paketi də var ki, onun da qiyməti 450 manatdan başlayır. Sıfırdan bünövrədən tikilən villalara gəldikdə isə onların qiyməti 250 manatdan başlayır. Əlbətdəki hər müştəriyə individual olaraq yanaşırıq, çünki zövqlər fərqlidir, dəqiq desək qiymət müştərinin istəklərindən asılıdır.

Biz hər bir müştəri üçün smeta çıxarırıq. Smetanı pulsuz edirik. Bundan başqa təmirin sonunda mənzil sahiblərinə bəzi hədiyyələrimiz də olur.

Qiyməti isə çalışırıq ki, qısa zamanda hesablayıb müştəriyə deyək. Hətta elə olub ki, müştəri təcili xaricə getməli olub ona bir gün ərzində bütün smetanı tutub məlumat vermişik. Maksimum ən uzun müddət beş gün olub. Bütün hesablamanı aparıb müştəriyə təqdim edirik. Bəzən elə olur ki, müştəri bizdən sadəcə evi təmir etməyi xahiş edir. Dizaynı isə özü əlavə olaraq dizayner xidmətindən istifadə etməklə həyata keçirir. Bu da mümkündür.

– Bu günə kimi təmir etdiyiniz ən qeyri-adi ev və ya mənzil necə olub?

– Bir müştərimiz var idi. O birmərtəbəli 100 kv metrlik bir evin inşasını sifariş etmişdi Tikintiyə başlayıb evi inşa etdikdən sonra mənzil müştərinin elə xoşuna gəlmişdi ki, o evin ikinci mərtəbəsini də tikməyimizi xahiş etdi.

– Əsasən insanlar hansı cür təmirli evlərə üstünlük verirlər?

– 45-50 yaşda olan insanlar əsasən evi və ya villanı daha çox klassik üslubda təmir etdirməyə üstünlük verirlər.

Amma cavan nəsil əsasən modern üsluba üstünlük verirlər. Daha çox sadəliyi rəhbər tuturlar. Bu sadəlik və minimalizm insanı heyran edir. Çünki bu sadəliklə yanaşı gözəllik də olur.

Modern üslubda tikilən evlər bir qədər böyük olmalıdır. Əks təqdirdə bu evlər qutuya oxşayacaq. Bizim üçün əsas məqsədimiz müştərimizin razı olmasıdır.

 
Açar sözlər: Mənzil villa Meeras Group tikinti
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (232)
+ Avtomobillər (319)
+ Ayaqqabı və aksesuarlar (152)
+ Banklar və sığorta (127)
+ Daşınmaz əmlak (261)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (319)
+ Gözəllik və sağlamlıq (311)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (224)
+ Hüquq xidmətləri (371)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (260)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (346)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (211)
+ Kurslar və Təlimlər (174)
+ Kənd təsərrüfatı (93)
+ Mağazalar (216)
+ Mebel və interyer (295)
+ Mətbuat (167)
+ Neft və qaz (93)
+ Nəqliyyat və logistika (254)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (224)
+ Reklam və ictimai əlaqələr (235)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (292)
+ Telekommunikasiya (93)
+ Tikinti avadanlığı (298)
+ Tikinti və landşaft (574)
+ Tikinti, tədarük (257)
+ Topdansatış ticarəti (140)
+ Turizm və istirahət (385)
+ Təhlükəsizlik və mühafizə (131)
+ Təmir xidmətləri (102)
+ Uşaq və analar üçün mallar (86)
+ Veb saytlar (119)
+ Xidmətlər (293)
+ Xüsusi avadanlıq (175)
+ Yeməklərin hazırlanması (151)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.