az / ru
 
     
 
Ana səhifə > Biznes > Persona

Keysəriyyə əməliyyatı zamanı abdominoplastika icra oluna biləməz

23.09.2015

Cərrahiyyənin son illərdə hansı ölkələrdə geniş tətbiq olunduğuna və ümumiyyətlə inkişaf tarixinə baxsaq, əminliklə demək olar ki, bu sahə insanların maddi rtifah halının yüksəlməsi, inkişafla bağlıdır. Müsahibimiz Rusiyada və Azərbaycanda tanınmış estetik plastik cərrah Abduləli Əliyevdir. 

– Belə hesab edirlər ki, estetik əməliyyatlar ilk növbədə insanın psixoloji durumunun diqtəsidir. Səbəb yalnız budurmu, insanlar zahirən niyə bu qədər dəyişməyə meyilli olublar?

– Estetik cərrahiyyə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə daha çox yayılır. Azərbaycanda son 15-20 ildə estetik plastik əməliyyat üçün müraciət edənlərin sayı artmaqdadır. Yəni, insanlar bir sıra məişət, sosial problemlərini həll edərək, maliyyə nöqteyi-nəzərdən özünü hazır hiss etdiyi məqamda artıq bədənin xarici konturlarına ciddi şəkildə fikir verməyə başlayırlar. Müəyyən dövrdə plastik cərrahiyyə aktuallaşıbsa və ətrafda bunu uğurla həyata keçirən insanların olması artıq digərlərində də bir stimul yaradır. Səbəblərindən biri də insanların öz həyatına yenilik, rəng qatmaq istəyidir. Əgər əvvəllər idman, pəhrizlər vasitəsilə insanlar bədən ölçülərində nəyəsə nail olmağı düşünürdüsə, indi real nəticələri estetik əməliyyatlarda görməyə başlayıblar.

– Estetik əməliyyatlar arasında ən çox yayılanlar hansılardır?

– Qadınlarda və ya kişilərdə fərqi yoxdur, burun əməliyyatı ən çox icra olunanlar arasdındadır. Liposaksiya, qadınlarda süd vəzilərinin kiçildilməsi və böyüdülməsi, abdominoplastika, üzdartma, bud, baldır nahiyyələrinin estetik əməliyyatlarının artması tendensiyası müşahidə olunmaqdadır. Əvvəllər bu sahədə mütəxəssis az idisə, bu gün əksinə artır və deyə bilərəm ki, yerli kadrlarımız daha da peşəkarlaşıb. Nəticədə plastik cərrahiyyədə problemə yanaşma yolları artıb.

– Amma insanlar sanki bir-birinə bənzəməyə başlayıblar. Xüsusən də xanımlar.. eyni burun forması, dartılmış sima, eyni dodaqlar və qaşlar. Lap klonlaşdırma kimi...

– Unutmayın ki, plastik cərrahiyyə bir sənət, əl işidir. İndi sadə insan belə kənardan müşahidə etdikdə pasientin simasında əməliyyat olunduğunu anlayır. Hətta mütəxəssis fikir verdikdə cərrahiyyə olunmuş burunun hansı həkimin əl işi olduğunu da söyləyə bilər. Bu danılmazdır ki, plastik cərrahiyyədə oxşar izlər tapa bilərsiniz. Mən paralel olaraq Rusiyada (Moskva şəhərində) fəaliyyət göstərdiyim üçün belə bir məqamı qeyd edə bilərəm ki, orada pasientlər dik burun formasına üstünlük verirlər. Azərbaycanda isə əksəriyyət estetik olaraq bu formanı qəbul etmir. Başqa bir misal çəkim, estetik parametrlərə uyğun sinəni müayinə etdikdə həkim dərhal onun əməliyyat keçirib-keçirmədiyini bilir. Eyniliyə gəlincə, üzdartma əməliyyatlarında yumşaq toxumalarda icra olunan düzəlişlər müəyyən bir qanunauyğunluq əsasında aparıldığından burada oxşar çırtalar tapa bilərsiniz. Plastik cərrahın ustalığı ondadır ki, fərqli sifət quruluşuna malik insanlarda simaya yaraşan burun, dodaq, yanaq-almacıq forması seçsin, etdiyi əməliyyatlar bir dəzgahdan çıxma təəssüratı yaratmasın. Çünki estetik cərrahın səliqəliliyinin də müəyyən bir standartı var. Qoy sual doğursun ki, gözəl burundu, görəsən əməliyyat olunubmu? Bu daha xoş təəssüratdır, nəinki, deməsinlər bu burun əməliyyat olunub və hətta deyim həkimi kimdir! Bu dərəcədə oxşarlığın ilk növbədə plastik cərrah və sadə insan kimi mən də əleyhinəyəm. Məsələn, xəzin  bir neçə növü olsa da, böyük ehtimalla bir ziyafətdə 2 insan eyni xəzi geyinə bilər...

– Ancaq eyni libası bir ziyafətdə iki nəfər geyinəndə o, individuallığını itirir, elə deyilmi?!

– Nəzərə alın ki, Azərbaycanda plastik cərrahların sayı o qədər də çox deyil və bir məclisdə təsadüfən bir plastik cərrahın əməliyyat etdiyi 5 pasientin də olması da mümkündür. Bununla belə düşünürəm ki, yüzdə-yüz eyniləşmə halları yoxdur. Fizioloji cəhətdən qəbulolunan formalar var, bəzən pasientlər plastik cərrahın təklif etdiyi formanı deyil, kimdəsə gördüyü burunun və ya süd vəzilərinin formasının eynisini istəyir. Bu zaman cərrahın borcudur ki, nəticədə bədən formasında gözəllik effekti verən uyğun formanı ona ətraflı izah etsin və fikrindən daşındırmağa çalışsın. Təcrübəmdə belə hallar az olmayıb və nəticəsini görən pasientlərimdən sonda ancaq minnətdarlıq eşitmişəm. Biz hər gördüyümüz işə imza atırıq, ona görə də xanıma və ya bəyə yaraşan formanı seçib, individuallığın qorunmasına çalışmaq lazımdır. Eyni formanı müxtəlif bədən quruluşuna tətbiq etmək əlbəttə, düzgün deyil.

– Süd vəzilərinin kiçildilməısi və böyüdülməsi ailə qurmamış xanımlarda tibbi və ya funksional fəsadlar verə bilərmi?

– Hər bir əməliyyat funksional baxımdan izah olunmalıdır. Süd vəziləri anotomik quruluşuna görə dərialtı toxumadan başqa, vəz toxumasına malikdir və yaş dövrünə, hamiləliyin olub-olmamasına, süd vəziləri ilə qidalandırma, hormonal parametrlərinə uyğun şəkildə təhlil aparılmalıdır. Fərqli ölçülərə görə icra olunan fərqli əməliyyatlar var. Bizə elə pasientlər müraciət edir ki, ailə qurmayıb, övlad dünyaya gətirməyib, ancaq süd vəziləri bədən ölçülərinə proporsional deyil. Qeyd edim ki, süd vəzilərinin kiçildilməsi əməliyyatı zamanı seçilən metodikadan asılı olaraq gələcəkdə hamiləlikdən sonra süd vəzi ilə qidalandırmanı proqnozlaşdırmaq mümkündür. Ümumiyyətlə hesab edirəm ki, cərrahın borcudur ki, bütün xırda məqamları pasientə dəqiqliklə izah etsin. Elə pasientlər olur ki, süd vəziləri 50-55 sm sallanıb. Bu halda kiçildilmə əməliyyatı icra edilərkən estetik görünüşlə yanaşı, metodika, hissiyyat, funksional nüanslar pasientin diqqətinə çatdırılır. Eləcə də süd vəzilərinin böyüdülməsi zamanı 2-6 ay ərzində, implant ətrafında kapsula formalaşan müddətdə qadının hamilə qalması məsləhət görülmür. Elə pasinetlər var ki, süd vəzilərinin həddən artıq böyük ölçüləri və ya qarın nahiyəsində nəzərəçarpan irilik onların sağlamlığı üçün estetik cərrahın müdaxiləsini zəruri edir.

– Yəni, plastik cərrahiyyənin aktualığı bəzən hər hansı fizioloji dəyişikliklərin və xəstəliklərin qarşısının alınmasında tibbi göstəriş ola bilər?

– Bəli, belə əməliyyatları biz “Sağlıqlı estetik əməliyyatlar” adlandırırıq. Bu əməliyyatlar nəinki görüntü olaraq insanı komplekslərdən azad edir, həm də orqanizmdə yarana biləcək fizioloji çatışmazlıqların, xəstəliklərin profilaktikası üçün vacibdir. Təsəvvür edin ki, praktikamızda süd vəzlərinin kiçildilməsi zamanı elə əməliyyatları olub ki, hər iki tərəfdən toplam 5 kiloqramdan yuxarı kütlə kənar edilib. Hər iki tərəfdən daima sallanan bu yükün insan orqanizminə vurduğu ziyanı düşünün. Bu onurğanın boyun və döş hissəsində problem yaradır, müvafiq depormasiyalar əmələ gətirir. Və yaxud qarın nahiyəsindən 10 kiloqrama yaxın kütlənin kənarlaşdırılması onurğanın bel hissəsinə düşən təzyiqin nə qədər azalması deməkdir.

– Həkim, makromastiya ilə müraciət edənlərin sayı çoxdurmu?

– Süd vəzilərinin böyük olması (makromastiya) ilə bağlı müraciət edən xanımlar var, ancaq müəyyən mental səbəblərdən onların sayı o qədər də çox deyil. Bu, eynilə üzdartma əməliyyatlarında da belədir. Yaşlaşan və bu əməliyyatlar aktuallıq kəsb edən xanımlarımız ətrafındakı insanların rəyindən sıxılaraq əməliyyatları ertələməli olurlar. Düşünürəm ki, bu zamana bağlı bir tendensiyadır və tədricən dəyişəcək.

– Keysəriyyə əməliyyatı zamanı abdominoplastika icra oluna bilərmi?

– Qətiyyətlə bildirirəm ki, xeyr. Çünki hamiləlik dövründə qarın nə qədər böyüsə də doğuş və keysəriyyə əməliyyatından sonra geriyə yığılma baş verir. Bunun üçün minimum 6 ay müddət keçməlidir, əks halda fiziologiyaya uyğun reablitasiya tam başa çatmır və plastik cərrah hesablamanı düzgün apara və normal estetik görüntü alına bilməz. Bu cərrahi yanaşma olsa da, plastik cərrahi yanaşma deyil.  Bəzən konsultasiya zamanı pasientlərdə dezinformasiya formalaşdırılır ki, burun əməliyyatları hətta zərurət olduqda belə sümüyə müdaxilə edilmədən, göyərmədən, heç bir cərrahi iz buraxılmadan həyata keçirilir. Nəzərə alın ki, çox az bir qism pasientdə dəri toxumasının quruluşundan asılı olaraq, deyilən məqamlar mümkündür, amma bu bütün hallara şamil olunmur.

– İstifadə etdiyiniz süd vəzi implantları haqqında nə deyə bilərsiniz? Bu yaxınlarda elektron mediada implantın orqanizmə zərəri haqqında açıqlama olmuşdu...

– Mövcud məlumat istehsalçı firmanın implantın tərkibindəki tibbi deyil, sənaye selikonundan istifadə etməsi ilə bağlı idi. Bu fakt aşkar edildikdən sonra istehsalçı şirkətin qarşısında süd vəzilərinin böyüdülməsində bu implantdan istifadə edən pasientlərə müraciət ünvanlanması və onların dəyişdirilməsi tələbi qoyuldu. Azərbaycanda da həmin firmanın implantlarından istifadə hallarını qeydə almışıq. Bir qrup pasientdə forma ilə bağlı təkrar plastik cərrahi müdaxilə zamanı təsadüfən həmin implantın olduğu müşahidə olunub. Vurğulamaq istərdim ki, süd vəzi implantı dünyada çox inkişaf etmiş bir sahədir bizz ömürlük zəmanət əsasında ən tanınmış firmaların implantlarından istifadə edirik. 

– Əməliyyatdan sonra pasientin reabilitasiya dövrü başlanır. Bu dövr nə üçündür?

– Pasienti 6 ay, 1 il müddətində nəzarətdə saxlayırıq. Praktikamızda bir sıra hallarda müvafiq dəyişikliklərin nəzərdə tutulduğu zamandan bir qədər çox vaxt tələb etməsinə də rast gəlinir. Bu müddət həm də pasientin dəyişikliyə adaptasiya olunmasına kömək edir. Özünü həkim nəzarətində hiss etməsi  onları  psixoloji cəhətdən sakitləşdirir. Xüsusi olaraq qeyd etmək istərdim ki, bizim vətəndaşlarımız estetik əməliyyatlar baxımından çox punktual və tələbkardırlar. Nə qədər gülüş doğursa da deyim ki, Qərbdə aparılan əməliyyatları heç bizim xanımlarımız bəyənməzlər də.

Hesab edirəm ki, gözəl bir estetik əməliyyat peşəkar estetik plastik cərrah üçün bir fəxrdirsə, pasient üçün daha önəmli nəticələrə malikdir. İlk növbədə bu insanlar psixoloji komplekslərdən azad olunurlar, onlarda özünü təsdiqetmə meyilləri güclənir, görünüşündəki dəyişikliklər onları xoşbəxt edir və həyatlarına rəng qatır.

– Çox maraqlı bir müsahibə üçün Sizə təşəkkür edirik.

– Buyurun.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (302)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (334)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (233)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (281)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (286)
+ Tikinti və landşaft (544)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (351)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.