az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Persona

Cəmil Qasımov: STP mükəmməl mühəndis həllər təklif edir

24.06.2015

İnnovasiyaların, yeni texnologiyaların tətbiqində Azərbaycanın sənaye liderinə çevrilən Sumqayıt Texnologiyalar Parkı (STP) ilin ikinci rübündən başlayaraq, xarici əlaqələrini genişləndirəcək.  STP-nin Biznes İnkişafı İdarəsinin rəisi Cəmil Qasımov hesab edir ki, daxili bazarın sənaye məhsullarına olan tələbatının 90 faizini yerli müəssisələr ödəyə bilir və bu, fəxr ediləcək bir reallıqdır.     

- 2015-ci ilin birinci rübü yekunlaşıb. STP üçün ilin başlanğıcı hansı hadisələrlə yadda qaldı?  

- Məlumdur ki, ölkəmiz I Avropa Oyunlarına hazırlaşır. Bu hadisə Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır və ölkənin böyük istehsalçılarından biri olan STP də öz üzərinə düşən öhdəliklərin icrasını uğurla başa vurmağa nail oldu. Olimpiya  Stadionunun tikintisində metal-konstruksiyalarla təchizat, elektrik gərginlik kabelləri, sendviç panellərə olan tələbat bizim müəssisə tərəfindən ödənildi. Qeyd edim ki, Avropa Oyunları ilə əlaqədar digər  tikililərin də inşası üçün lazım olan tikinti materiallarının təminatında STP böyük rola malikdir və biz bu iştirakımızla fəxr edir, Azərbaycana bu oyunlarda böyük-böyük uğurlar arzulayırıq. 

- Bəs, bu sifarişlər müəssisənin istehsal həcminin artmasına səbəb oldumu? 

- Sözsüz ki, ölkəmizdə həyata kəçirilən hər bir layihə istehsalçılara satışını artırmağa kömək edir. Həmçinin burada vacib bir nüans da yeni iş yerlərinin açılmasıdır. STP-nin istehsal gücü böyük olduğundan bu, bizim işimizə heç bir maneəçilik törətmədi. Deyə bilərəm ki, istehsalımız gərgin iş rejiminə keçmədən çox rahat şəkildə sifarişlərin icrasını vaxtlı vaxtında yerinə yetirdi.

- Dolların kursunun yüksəlməsi STP-nin məhsullarının maya dəyərinə təsir göstərdimi?

- Təbiidir ki, manatın məzənnəsinin düşməsi aldığımız xammalın dəyərində artıma səbəb olub. Məlumdur ki, STP xammalı əsasən Avropanın ən qabaqcıl və nüfuzlu istehsalçılarından, qismən Rusiya və Türkiyədən tədarük edir. Bu zaman ödənişlər ABŞ dolları ilə həyata keçirilir, məhsul isə bazara manatla çıxarılır. Lakin biz daxili bazarın sabitliyinin qorunması üçün istehsal etdiyimiz məhsulların satış qiymətində cüzi dəyişikliklərə yol vermişik. Yəni devalvasiyanın 34 faiz təşkil etdiyi halda, bizim qiymətlərimizdəki artım 5 faizi ötmür. Bu isə onunla əlaqədardır ki, müəssisə öz gəlirlərini azaldaraq, bazarın qorunması naminə belə bir addım atmağı qərara aldı.

- Yerli bazarda bu xammalların analoqu yoxdurmu?

- STP-nin müəssisələrində istifadə olunan xammalın əfsuslar olsun ki, yerli bazarda analoqları olsa belə, bizim istədiyimiz keyfiyyət standartlarına cavab vermir. Buna baxmayaraq, hansısa tikintilərdə, məsələn taxtaxtanın, armaturun alınmasında biz xammalı yerli bazardan istehlak etməyə çalışırıq.

- Yeni bazarlara çıxış üçün aparılan danışıqların nəticələri varmı və STP-nin ixrac potensialını necə dəyərləndirirsiniz?

- Bu gün Azərbaycanda Avropa Oyunları ilə bağlı tikintilərlə əlaqədar bütün yerli istehsalçılar ixrac planlarını dəyişib daha çox daxili tələbatı ödməyə istiqamətləndilər. Burada vaxt məhduduiyyəti, keyfiyyət amili bizim bütün gücümüzü qarşıya qoyulan sifarişlərin yüksək səviyyədə yerinə yetirilməsinə yönəlmişdi. Ona görə də ixracla bağlı danışıqlar hələki davam edir. Bununla yanaşı, Gürcüstana və Rusiyaya məhsul ixracımız stabilliyiniz qoruyub saxlayır. Bilirsiniz ki, STP Gürcüstana boru və kabellər, Rusiyaya isə metal konstruksiya satır. Rusiya həmçinin kabel almaq istəyini bildirib və hazırda bu mövzuda danışıqlar gedir. Düşünürəm ki, Rusiya bazarı bizim üçün çox cəlbedicidir. Maraqlıdır ki, artıq Türkiyədən də bizə kabel sifarişləri daxil olur, baxmayaraq ki, Türkiyə özü bütün dünyaya kabel istehsalçısı kimi tanınır. Beləliklə, ilin ortasından sonra biz artıq gücümüzün bir hissəsini ixracata yönəltməyi düşünürük.

- STP ağır sənaye üzrə istehsal sahələrinin inkişafı ilə bağlı hansı hədəfləri seçib? 

- Ümumiyyətlə, STP ağır sənaye məhsulları üzrə regionda həm liderdir, həm də, yeni, müasir texnologiyalar əsasında qurulmuş ağır sənaye istehsalçısıdır. Burada olan dəzgahlar bü gün danyanın ən qabaqcıl istehsalçılarında olan avadanlıqlarla eynidir. Həmçinin mütəxəssislərimiz xaricdə təhsil almış və ixtisasartırma kurslarından keçmiş əməkdaşlardır. Hazırda istənilən mürəkkəb detalların hazırlanması və bütövlükdə metal konstruksiya sayəsində regionda liderik. Bunu dəfələrlə müəssisəmizə qonaq gələn xarici həmkarlarımız da etiraf ediblər.

- Təhlilləriniz əsasında ölkəmizin hansı sənaye məhsullarına olan tələbatının daha yüksək olduğunu demək mümkündür?

- Azərbaycan böyük bir inkişaf yolu keçib və yeni-yeni müasir tikinti layihələri sürətlə artır. Regionlarda, Bakıda yeni istehsal sahələri, yaşyaış binaları, komplekslər tikilir. Bu işlər isə nəticə etibarilə inşaat məmulatlarına tələbatı yüksəldir. Hazırda tikinti sektoru üçün nəzərdə tutulan məhsul növlərinin 90 faizi STP-də istehsal olunur. STP brendi ilə buraxılan kabellər, borular, kabel kanalları, elektrik yuvaları, sendviç panellər, alkapon, asma tavanlar yüksək keyfiyyəti sayəsində müştəri məmnuniyyəti qazanıb. Məhsullarımız həm Avropa, həm də “QOST” standartlarına cavab verir.

Müəssisəmizdə istehsal olunan qapı, pəncərə profillərinin satış həcmi getdikcə yüksəlir. Bir neçə il əvvəl Türkiyə məhsulları Azərbaycan bazarında liderlik edirdisə, indi STP öz mükəmməl keyfiyyətli məhsulları ilə birinciliyi öz əlinə alıb və onların Azərbaycan bazarındakı payını alır. Şüşə istehsalı üçün bizdə olan temper avadanlığı Azərbaycanda yeganədir. Xüsusi vurğulamaq istərdim ki, STP sadəcə istehsalçı deyil, yeni texnologiyalar əsasında çalışan istehsalçıdır. Və STP-nin ən böyük gücü, potensialı odur ki, biz mükəmməl mühəndis həlləri təqdim edirik. Yəni istənilən sifarişçiyə onun tələbləri əsasında mühəndis həllər verilir. Məsələn, yaşayış konteyneri istəyən müştəri üçün enerjiyə qənaət, funksionallıq və s. parametrlər üzrə ən optimal mühəndis və dizayn variantları verə bilir. Hər zaman avadanlığı yeniləyir, dünyada yeni texnoloji avadanlıqların yaranması tendensiyasını yaxından izləyirik və öz sahəmizdə tətbiqini araşdırırıq.

- 2015-ci ildə müəsisisə hansı istiqamətlər üzrə yeni istehsal sahələri açmağı düşünürsünüz?

- Hazırda müəssisəmizdə kabel istehsalı ilə bağlı ciddi nəticələr əldə olunur, 110, 220 kilovoltluq kabellər buraxılır. Yenilik kimi qeyd edə bilərəm ki, 330 kilovoltluq kabel də hazırlanıb və test sınaqlarından keçirilir. Bu yaxınlarda 500 kilovoltluq kabelin istehsalına başlayacağıq. Bu sahədə istehsalçı kimi bir neçə Rusiya müəssisəsinin adı çəkilir, amma faktiki olaraq, istehsalla məşğul olmurlar.

Qeyd edim ki, güc kabellərində ortalama mühüm amildir. Türkiyənin bir neçə şirkəti kabel istehsalında tanınmış imic daşısalar da, 500 kilovoltluq gücə malik məhsul istehsal etmirlər. Bunun üçün mükəmməl sınaq laboratoriyası lazımdır və dünyanın tək-tük istehsalçısında olan 172 metrlik bu laboratoriyadan biri məhz STP-dədir.

STP bu yaxınlarda Azərbaycanda ilk dəfə bank sektoru üçün inkasasiya maşınları hazırladı. Gələcəkdə zirehli şüşələrin istehsalına başlamağı düşünürük. Perspektiv planda yeni istehsal sahələrinin açılması üzərində araşdırmalar, təhlillər aparılır.

- Müsahibəyə görə təşəkkür edirik.

 
Açar sözlər: STP Cəmil Qasımov innovativ həllər Sumqayıt
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.