az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Persona

Azad Rəhimov: "Bizə bütün komandanı öz arxasınca aparan idmançılar lazımdır”

29.12.2014 | Zarina Oruc

Azərbaycan materikin ən miqyaslı idman tədbirini tarixdə ilk dəfə olaraq Avropa oyunlarını qəbul etməyə hazırlaşır. Bu əlamətdar hadisəyə hazırlıq, Bakının idman strukturunun mövcud vəziyyəti və Azərbaycan idmanının uğurları haqqında bizə ölkənin gənclər və idman naziri Azad Rəhimov danışdı.

- Azad müəllim, tezliklə Bakı birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Təşkilatçılıq və maliyyələşdirmə nöqteyi-nəzərindən hazırlıq KİV-lərdə ətraflı işıqlandırılıb. Bizi daha çox bu sual maraqlandırır- “Avropaolimpiadası”ndan sonra tikilən arena və idman strukturlarının aqibəti necə olacaq?

- Bakı 2015 Avropa Oyunları – bütün xalqımız üçün çox böyük və vacib hadisədir. O, ölkənin iqtisadi inkişaf templərinə ancaq müsbət təsir göstərəcək. Tikilən idman arenaları da həmçinin bu məqsədə xidmət edir. Bakılılar dünya səviyyəli idman komplekslərindən istifadə etmək imkanı qazanacaqlar. Bunların arasında Bakı Su İdman Mərkəzini qeyd etmək olar. O, Azərbaycanda olimpiya standartlarına cavab verən ilk su hovuzu olacaq.  Paytaxtın bəzəyi kimi 68 min yerlik yeni olimpiya stadionunu da nəzərinizə çatdıırmaq istərdim. İnanıram ki, bu stadion futbol üzrə Azərbaycan yığmasının oyunu üçün doğma arenaya çevriləcək. Bildiyiniz kimi, bu stadion həm də futbol üzrə 2020-ci ildə Avropa Çempionatı çərçivəsində dördə bir oyunu da daxil olmaqla bu nüfuzlu turnirdə 4 oyunu qəbul edəcək. Daha bir innovativ idman tikilisi Milli Gimnastika Arenasıdır. Gələcəkdə o, gimnastika üzrə böyük milli və beynəlxalq yarışları qəbul etməkdə davam edəcək. Xatırlayırsınızsa, bir az əvvəl burada Bədii Gimnastika üzrə XXX Avropa Çempionatı keçirildi.

Beləliklə, Avropa Oyunları ilə əlaqədar tikilməkdə olan və ya artıq tikintisi yekunlaşmış bütün obyektlər tələbolunandır və daimi əsasda işləməyə davam edəcəklər. Bundan başqa, bunların hamısı Azərbaycanın gələcəyinə yatırılmış əhəmiyyətli sərmayələrdir.

- Futbol üzrə Avropa birinciliyi çərçivəsində bir neçə yarışın Azərbaycanda keçirilməsi üzrə UEFA-nın son qərarını necə qiymətləndirisiniz? Bu Azərbaycan futbolunun inkişafına təkan verə bilərmi?

- “EURO-2020” oyunlarının Bakıda keçirilməsi bütövlükdə ölkədə idman növlərindən biri kimi futbolun da inkişafına müsbət təsir göstərəcək. Hesab edirəm ki bu, bizim tərəfimizdən irəliyə doğru böyük bir sıçrayış olacaq. Beləliklə, məşqçilərimiz və idmançılarımız bu nüfuzlu yarışlarda iştirak edən futbolçuların oyunlarını və məşq proseslərini yaxından müşahidə etmək üçün əla imkan qazanacaqlar. Mən inanmıram ki, Azərbaycanda keçiriləcək “EURO-2020” oyunlarına kimsə laqeyd qala bilər.

- Nazir kimi yox, daha çox bir azarkeş kimi, necə hesab edirsiniz, futbol üzrə milli çempionat oyunlarında tribunaların boş olmasının səbəbi nədədir?

- Bugün Azərbaycan futbolunda çətinliklər az deyil. Bir neçə yaxşı futbolçumuz var, ancaq layiqli səviyyədə oyun yoxdur. Futbol ilk növbədə kollektiv işdir və bunsuz meydandaçada keyfiyyətli oyun təşkil etmək çətindir. Belə oxşar problemlərlə isə çox ölkələr qarşılaşırlar. Məsələn, Rusiya bir neçə ildir ki, futbol üzrə Avropa və dünya çempionatlarında ardıcılıq olaraq layiqli oyun və qələbə nəticələri göstərə bilmir.

Əgər köklü dəyişikliklərə gedərək, uşaq idman məktəblərindən başlasaq, hesab edirəm ki, bizim futbolçularımızın oyunlarının keyfiyyətinin artması ehtimalı dəfələrlə yüksəlib. Hərçənd bu bizdən uzun illər səbirli iş, böyük səy, maliyyə dəstəyi və xaricdən mütəxəssislərin cəlb olunmasını tələb edir. Azərbaycan futboluna bütün komandanı öz arxasınca aparmağı bacaran savadlı oyunçular lazımdır. Öz növbəsində bizim məşqçilərimiz tək-tək oyunçular deyil, vahid bir komanda yetişdirmək üçün maksimum qüvvə sərf etməlidirlər.    

Azərbaycan futbolunun inkişafında ən yaddaqalan dövrlərdən biri 1966-cı ildir, bu zaman ölkənin əsas klubu futbol üzrə SSRİ-də üçüncü yeri tutdu. Ona görə də unutmaq lazım deyil ki, Azərbaycan Anatoli Banişevski, Ələkpər Məmmədov, İskəndər Cavadov kimi məşhur futbolçuların Vətənidir.

- Azad müəllim, idman totalizatoruna necə münasibət bəsləyirsiniz? Bu idmana düzgün və kütləvi halda diqqəti cəlb etməyə nə qədər kömək edir?

- İdman totalizatorları həmişə olub, ancaq əvvəllər onlar qanundan kənarda “xəlvət” şəkildə gizli fəaliyyət göstərirdilər. Böyük məbləğlərdə pul ortaya qoyulandan sonra həmin bukmekerlərin pulla birlikdə yoxa çıxmaları halları az deyildi. Onları tapmaq və günahlarını sübut etmək o zaman mümkünsüz idi. Beləliklə, insanlar -  qeyri-leqal totalizator iştirakçıları öz pullarını itirirdilər. Bugün isə tam başqa mənzərədir. Azərbaycanda totalizatorlar leqallaşdırılıb, hazırda pul qoymaq istəyən istənilən şəxs bunun üçün müvafiq məntəqəyə müraciət edə bilər – proses  son dərəcə şəffafdır. Mənim fikrimcə, totalizatorlar öz növbəsində idmanın bu və ya başqa növünə marağını özünəməxsus şəkildə ifadə edən katalizatorlardır. Axı özününz düşünün, yəqin ki, hər bir pul qoyan şəxs idmanla maraqlanmağa başlayacaq, idman hadisələrini və yeniliklərini izləyəcək. Mənim fikrimcə, leqal totalizator milli idmana real köməyini göstərir, xüsusən də nəzərər alsaq ki, bu kommeresiya fəaliyyətindən əldə olunan vəsaitin bir hissəsi Azərbaycanda idmanın inkişafına xərclənir.

- Bu il üzrə ictimai federasiyaların inkişafına verdiyiniz qiymət bizi maraqlandırır. İdmanın hansı növündə daha böyük proqresin olduğunu qeyd edə bilərsiniz?

- Qazanılmış Olimpiya medallarının sayına görə Azərbaycan Güləş Federasiyası liderlik edir. Taekvando, boks, yüngül atletika, su idman növləri üzrə milli federasiyaların fəaliyyətini də xüsusi vurğulamaq yerinə düşər. Bunu həm də gənclərin idman seksiyalarına maraqlarının yüksəlməsindən də hiss etmək olar. Təəssüf ki, idmanın oyun növləri – futbol, kişi voleybolu və bosketbol üzrə uğurlar müqayisədə daha zəif görünürlər.

- Hansı idman növlərini qədim Azərbaycan idmanı hesab etmək olar? Onlar prioritet olaraq qalırmı?

- Qədim azərbaycan idman növləri arasında ilk növbədə güləşi qeyd etmək lazımdır. Əsrlər boyu əlbəyaxa idman növü xalq idmanı kimi böyük şöhrət qazanıb. Keçmişlərdə Azərbaycanda heç bir təntənəli hadisə pəhləvan döyüşçülərin çıxışları olmadan keçmirdi. Çox yüzilliklər atalar öz oğullarında əsl igidlik ruhu yetişdiriblər. Təbii ki, əlbəyaxa idman növünün inkişafındakı çoxəsirlik ənənələr nəticəsində azərbaycanlı idmançılar üçün dünyadakı boks, taekvondo kimi idman növləri daha populyar olmağa başladı.

- Milli komandanın siyahısına xarici ölkələrdən olan və bizim vətəndaşlığı qəbul edən idmançıların daxil olmasına necə baxırsınız?

- Azərbaycan yüksək templərlə inkişaf edir, o cümlədən də idman sahəsində. Bizim idman arenalarında çıxış etmək məqsədilə ölkəmizə başqa dövlətlərdən idmançılar gəlir. Onları milli çempionatlarda və bigər yarışlarda sınaqdan keçirir, bir qayda olaraq, bundan sonra ölkədə saxlayıb-saxlamamaq barədə qərar veririk. Əgər idmançılar Azərbaycan vətəndaşlığını qəbul edirlərsə, bu zaman onlar ölkəmiz adından, bizim bayrağımız altında iştirak edirlər.

Hesab edirəm ki, əcnəbi idmançıların Azərbaycan idmanına gəlməsi onun inkişafına təkan verir. Məsələn, əgər onlar birinci yeri tuturlarsa, bu zaman qalan idmançılarda rəqabət ruhu alovlanır. Bununla da, sonuncular rəqibə çatmaq və onu ötməyi öz qarşılarına məqsəd qoyurlar. Diqqət yetirin ki, sonuncu Soçi Qış Olimpiya Oyunlarında Rusiyanın adından Koreya və Amerika vətəndaşlığı olan idmançılar çıxış etdilər. Belə hadisələr nadir hallar deyil. Azərbaycanın peşəkar əcnəbi idmançılara ehtiyacı var, onların gəlməsi həm konkret idman növünün, həm də ölkənin idman imicinin yaradılması üçün vacibdir.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (231)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (350)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (176)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (216)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (338)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.