az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Aktual rəy

“Kruqunuzu” düzgün seçin

22.05.2013 | lkin Manafov

Ətrafınızda olan 5 nəfərin adını bir siyahıya yazın və hər birinin qarşısında aylıq gəlirlərini qeyd edin. Alınan cəmi siyahıda olanların sayına bölün, əldə edilən məbləğ Sizin aylıq gəlirinizə bərabər olacaq. Əgər bu məbləğ bundan çoxdursa, Siz tezliklə daha çox qazanacaqsınız. Azdırsa – gəliriniz azalacaq. Bunun əsas səbəbi bilirsiz nədir?

Səbəbi məhz insanın ətrafının onun həyat şəraitinə təsiridir.

Düşünün ki, Sizin ətrafınızda çox saylı imkanla adamlar var. Siz bu adamlarla mütəmadi təmasda olursuz və özünüzdə bilmədən onlar kimi düşünməyə, onların müsbət cəhətlərini başa düşməyə başlayırsız. Artıq onların necə pul qazandığını görürsüz və tezliklə Sizdə onlar kimi olursuz. Və ya əksinə!

Bu prinsip yalnız maddi gəlirdə deyil, həmçinin insanın maariflənməsində, tərbiyyəsində, işləmə qabiliyyətində, ətrafda baş verən proseslərə baxışında… bir sözlə həyat bağlı olan butün fazalarda özünü göstərir. Sizə bir neçə misal çəkim.

Misal 1. Mən şahmatla aktiv oynadığım vaxtlar bir dəfə Budapeştdə bir beynalxalq yarışa getdim. Mənim o zaman 12 yaşım var edi. Yarışda heç bir yaş həddi olmadığına görə mən ümumi yarışda iştirak etməyə başladım. Çox imicli və yüksək reytinqli şahmatçıların iştirakı olan yarışda mən 9 oyundan cəmi 2 xal topladım (1 dənə uddum, 2 dənə heç-heçə etdim, 6 oyun uduzdum). Yarışdan 2 həftə sonra mən Polşada keçirilən beynalxalq turnirdə çox rahatlıqla 9 oyundan 8,5 xalla qalib oldum!!!

Burada səbəb çox sadə edi. Macarıstanda olan yarışda mən səviyyəcə çox güclü adamlarla oynayaraq demək olar ki, onların səviyyəsinə qalxdım və bununla daha zəif səviyyəli ikinci yarışda asanlıqla qalib oldum.

Misal 2. Ali məktəbdə oxuduğum vaxtlar… Sizə nə gizlədim dərs oxumurdum. Bir gün Şəkidə ailəmizlə dincəldiyimiz vaxt, bizimlə pansionatda bir ailə istirahət edirdi. O ailənin övladlarından biri mənə DAAD barədə informasiya verdi. Mən hiss etdim ki, bu uşaq məndən nə qədər öndədir. Yay tətili bitər-bitməz DAAD sənədlərimi verdim. Sənəd verəndə ətrafımda çox savadlı dostlarımızı gördüm. Başa düşdüm ki, həyatda oxumaq vacibdir. Bir il hazırlaşıb ən çətin stipendiyalardan birinin qalibi oldum və Almaniyada təhsil aldım.

Ətrafımda olan savadlı gənclər mənə elə təkan verdi ki, mən özündə bilmədən bu işə atıldım və onlardanda çox hazırlaşıb stipendiyaya sahib oldum. Mənim ətrafım məni savadlandırdı!

Misal 3. Azərbaycanda işlədiyim vaxtlar hamının bildiyi şeyləri oxuyurdum. İşlə əlaqəli olaraq Rusiyada işləməyə getdim. Orada çalışa-çalışa MBA oxudum (innovativ marketinq ixtisası üzrə). Ətrafımda çoxlu sahibkarlar, böyük şirkətlərin marketoloqları var edi. Bu mühitdə mən marketinqə olan baxışı daha fərqli istiqamətdə inkişaf etdirdim. Çünki ətrafdakılar biznesin dərinliyini real olaraq başa düşürdü. Mən məcbur qalıb onların səviyyəsinə qalxmalı edim. Digər halda MBA ödədiyim pul havaya gedəcəkdi.

Bizi düzgün adamlar əhatə etdikcə bizim həyatımızın ritmidə eyni cürə sistemli və düzgün olur. Hər bir ətrafımızda ki, insan bizə real təsir etmə gücünə malikdir (eləcədə bizim ona). Bu baxımdan ətrafınızı düzgün seçin. İmkan daxilində beynalxalq təcrübə qazanın.

Bu yazdıqlarım hər biri bir başa olaraq real təcrübələrdən götürülmüş məsələlərdir. Biz sadəcə başa düşməliyik ki, oturub-durduğumuz adamlar bizim gələcəyimizi təyin edir.

Əziz oxucu Sizə bir neçə məsləhət vermək istəyirəm:

  1. Yalnız ağıllı və Sizi irəliyə aparan adamlarla durub-oturun. Lazımsız adamlar, Sizdən zəif adamlar geriyə aparır.
  2. Çalışın hər sahədə işinin professionalı olanlarla əlaqə qurun. Bu Sizin üçün gözəl motivasiya olacaq. Sizdə onun kimi olacaqsız.
  3. Yalnız yuxarıya baxın. Əgər Siz (biz) həyatda qalib olmaq istəyiriksə biz yalnız özümüzdən yuxarıda olanlara baxmalıyıq. Necəki yuxarı qalxanda aşağı baxmaq olmaz, eləcədə biznesdə.
  4. Mütləq uğur qazanmış adamlarla təmasdə olun, onlara diqqət yetirin. Onlara hörmətlə yanaşın. Bu hörmət müqabilində Sizə faydalı təcrübə və bilik gələ bilər.
  5. Hansısa sahədə uğur qazanmaq istəyirsinizsə o sahənin lideri ilə əlaqədə olun. Çox slx əlaqə qurmağa çalışın. Unutmayın bir görüş heçnə dəyişmir. Biz uzunmüddətli münasibətlər qurmalıyıq.

Bir sözlə ətrafınıza fikir verin. İnsanın butün atdığı addımlar bugün xarici mühitdən qaynaqlanır. Xarici mühitinizdə bəzi şeylərə özünüz nəzarət edin.

ilkinmanafov.com

 
Açar sözlər: lkin Manafov
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (301)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (243)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (329)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (171)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (175)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (277)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (540)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.