az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Aktual rəy

Dövlət Proqramının əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılmasıdır

15.09.2016 | İ.Abdullayeva

Təhsil Nazirliyinin Consulting&Business jurnalına açıqlaması

– Hazırda dövlət hesabına xaricdə təhsil alan azərbaycanlı tələbələrin ümumi sayı nə qədərdir və onların arasında dövlət hesabına oxuyanların payı necədir?

– Ölkə vətəndaşlarının xaricdə dövlət hesabına təhsili “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində və hökumətlərarası müqavilələr əsasında həyata keçirilir. 20 iyun 2016-cı il tarixinə olan rəsmi statistikaya əsasən, Dövlət Proqramı çərçivəsində 1816 təqaüdçü, hökumətlərarası müqavilə əsasında isə 291 təqaüdçü xaricdə təhsil alır.
Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb. Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderland Krallığı tələbələrin təhsil almaq üçün ən çox seçdikləri ilk 5 ölkə olub. Magistratura təhsil səviyyəsində daha çox tələbə təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində azərbaycanlı tələbələr Harvard Universiteti, Kembric Universiteti, Oksford Universiteti, London İmperial Kolleci, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Orta Doğu Texniki Universiteti, Toronto Universiteti, Nanyanq Texnologiya Universiteti, Kyoto Universiteti və digər belə yüksək nüfuzlu ali təhsil müəssisələrində təhsil alır. İndiyədək Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1294 nəfər keçib. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Dövlət Proqramı çərçivəsində təhsil almış tələbələrin dövlət qulluğuna qəbul imtahanlarının birbaşa müsahibə mərhələsinə buraxılması isə əldə olunan bilik və səriştənin dövlət idarəetməsi üçün istifadə olunmasına geniş şərait yaradır. Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində sonuncu təhsilalanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir. “Dövlət Proqramı” çərçivəsində son qəbul ili olan 2015-2016-cı tədris ili üzrə, bununla da ümumilikdə, Dövlət Proqramı üzrə tələbələrin seçimi də artıq başa çatıb və 373 tələbənin adı təqaüdçülər siyahısına daxil edilib. 2015-2016-cı tədris ili üzrə müsabiqədə də üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib və 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfəri isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb.

– Dövlət hesabına xaricdə təhsil üzrə Təhsil Nazirliyinin peşə seçimləri hansı marketinq araşdırmalara əsaslanır?

– «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədilə müəyyən edilmiş xaricdə təhsil proqramının prioritet ixtisas istiqamətləri hər tədris ili üçün Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunurdu. Dövlət Proqramının əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarətdir.

– Azərbaycanda oxuyan xarici tələbələrin sayında hansı tendensiyalar müşahidə edilir və onlar “Ən pristijli Azərbaycan təhsil ocağı” kimi haranı seçirlər?

– Xarici vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrindəki sayında ötən illərlə müqayisədə artım müşahidə edilir. Əcnəbi vətəndaşlar tərəfindən Azərbaycan Respublikasında Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər universitetlərdə təhsil almağa üstünlük verilir.
Dünya üzrə nüfuzlu QS reytinq agentliyinin inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralaması açıqlanıb. Reytinq 9 indikator üzrə regionun 30 ölkəsinin 500-dən çox universiteti arasında aparılıb. Reytinqin nəticələrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində sırf iqtisadyönümlü 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 universiteti arasında qərarlaşıb. İndikatorlar akademik reputasiya, məqalə üzrə sitat sayı, işəgötürənlərin reputasiyası, müəllim-tələbə nisbəti, elmi dərəcəsi olan müəllimlərin sayı, əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti, əcnəbi tələbə sayının yerli tələbələrə olan nisbəti, veb təsir, məqalə sayının müəllim sayına olan nisbəti indikatorları üzrə qiymətləndirilib. Beləliklə, akademik və tədris fəaliyyəti, kadr potensialının artırılması və işəgötürənlər arasında beynəlxalq və milli səviyyədə artan nüfuzun nəticəsi olaraq, UNEC bütün indikatorlar üzrə yüksək qiymətləndirilərək, dünya səviyyəli QS reytinq agentliyinin inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralamasında ilk dəfə ən yaxşı 200 universitet sırasına yüksəlib.

– Xaricdə təhsil sahəsində çalışan Azərbaycan şirkətlərinin fəaliyyəti haqqında Nazirliyin rəyi necədir?

– Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti-146) 99 981 zəng daxil olub. Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzində 20 282 vətəndaşa xidmət göstərilib. Bu müraciətlərin arasında xaricdə təhsillə bağlı sorğular da daxil olur. Qeyd edim ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Bununla bağlı mütəmadi olaraq KİV vasitəsilə ictimaiyyətə məlumat verilmişdir.

– Xaricdə alınan ali təhsil üzrə diplomların Azərbaycanda tanınması üzrə hansı probləmlər mövcuddur?

– Xarici ölkələrin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması (nostrifikasiya) proseduru Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın (http://edu.gov.az/az/page/164) tələblərinə riayət olunmaqla həyata keçirilir. Bu zaman tədris planının və proqramlarının məzmunu, attestasiya sistemləri, öyrənilmiş fənlərin həcmi, fənlər üzrə attestasiyanın nəticələri, istehsalat təcrübəsi və onun müddəti və yekun attestasiyanın nəticəsi nəzərə alınır.
Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğuMənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında hamin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. (nə qədər diplom tanınıb?)

 
Açar sözlər: Təhsil Nazirliyi xaricdə təhsil təhsil Dövlət Proqramı
 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (213)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (534)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.