az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Aktual rəy

Seyf qapı, kilid və açarınız etibarlı olsun!

30.03.2016 | C&B

İqtisadi böhran və bir neçə bankın bağlanması səbəbindən, bugün “yastıqaltı” pulların artması heç kimə gizli deyil. Hətta gündəmdə olan maliyyəçilərimiz də  pulların oğurlanması ehtimalını önə çəkərək, əhalini depozitlərini banklara qoymağa çağırdı. Bununla belə, ev içi dəyərlər və qiymətli əşyaların doğru mühafizəsi üçün  “Teknur”MMC-nin direktoru Firuz Atakişiyev təklif edir: 
Seyf qapınızı, kilid və açarınızı etibarlı seçin!

– Aktiv və passiv Mühafizə təhlükəsizlik sistemləri anlayışı deyiləndə nə nəzərdə tutulur?

– Mühafizə təhlükəsizlik sistemlərini qismən iki hissəyə bölmək olar: Aktiv sistem - hər hansı müdaxilə və ya cəhd zamanı, hadisə haqqında olan məlumatı köməklik və qoruma məqsədi ilə təsir göstərəcək yerlərə ötürə bilən, şübhəli görüntünü izləməyə, həyəcan siqnalı verməyə və s. qadir olan elementlər və cihazlardır. Diqqət edin, hətta təsadüfən hadisə yerində olan qonşumuz da “əl-ayaq” edərsə, o da aktiv mühafizə elementi olur. Passiv sistem – müdaxilə və cəhdə loyal müqavimət və dayanıqlıq göstərən Mühafizə təhlükəsizlik elementləridir. Onlara divar, bron şüşə, seyf qapı, kilid, qapı açarı və s. aiddir.  Mənzil və ya əraziyə müdaxilə varsa, məqsəd qiymətli əşyaları, maliyyə vəsaitini, qorunan informasiyanı qarət etməkdir. Məhz, passiv təhlükəsizlik sistemində daha güvənli qapı və kilid sistemi seçilərsə, müdaxilə vaxtının uzanmasına səbəb olar, bu da “arzuedilməz qonağ”ın  məqsədinə  çatmaması  ilə  nəticələnər.
Təbii ki, bu iki sistemin inteqrasiyası daha etibarlıdır, əgər aktiv sistem  yoxdursa və ya zəifdirsə təbii ki, əmlak sahibi, daha güvənli passiv sistem elementlərindən: seyf qapı, kilid və açardan istifadə etməlidir.

– Mümkünsə, bu gün bazarımızda satılan seyf qapı, kilid və açar haqqında danışın:

– Məlumat üçün deyim ki, seyf qapı, kilid və açar birlikdə istifadədə olmasına baxmayaraq, dünya standart və normalarında hər birinin ayrılıqda I-VI qədər güvənlik səviyyələri vardır...

İstehsalçıların  özlərinin  etiraflarına  istinadən qeyd edim ki:

  • Bazarda dəyəri 100-120 usd ekvivalent dəyərində satılan tək silindr açarla idarə olunan, çin və ya daha bahalı ekvivalentdə olan malaziya istehsallı seyf qapıların güvənlik səviyyəsi ümumilikdə “0” – r. Maraqlı hal: Baxın - “0” dərəcəli, ucuz çin istehsallı qapı - təmir zamanı bir və ya bir neçə dəfə müvəqqəti  istifadə üçün olduqca əlverişlidir! Lakin kim bu və ya buna bənzər qapını “qapı” deyib istismara qəbul edirsə, max 0÷8 san “arzuedilməz qonağ”ın içəridə olmasına razılaşmalıdır!
  • Hal-hazırda satılan türkiyə istehsallı seyf qapı: onlar həm qapı və kilid kimi III səviyyə, açar kimi isə I-II səviyyəni aşmır. Bu qapılar max 1,5 mm qalınlığı aşmayan metal vərəq bükmələrdən yığıldığından və zəif müdafiə sistemləri ilə təchiz edildiyindən max  10÷35 san arasınada “arzuedilməz qonağ”ın müdaxiləsinə tab gətirir.
  • Digər israil istehsallı seyf qapı: qapı, kilid və açar kimi III+ olmaqla, xarakterizə edilir. Onların digər sələflərinə görə bəzi üstünlüklərinə baxmayaraq, çatışmamazlığı – tək kilidli olması, həmçinin 2-ci kilidi yerləşdirməyin mümkünsüzlüyüdür. Bu qapılar da “arzuedilməz qonağ”ın müdaxiləsinə zəif müdafiə sistemi üzündən max 10÷45 san duruş gətirir.
  • İtaliya  istehsallı  seyf  qapılar:  qapı  kimi III səviyyəni aşmasa da, kilidlərı   max IV səviyyədə olur. Açar və müdafiə sistemləri zəif, eyni zamanda   1,5 mm bükmə metal vərəqdən hazırlanan bu qapılar da “arzuedilməz qonaq” müdaxiləsinə max ən çoxu 10÷55 san dözə bilir.
  • “Sovet”dən  bizə  miras  qalan  seyf  qapı: heç demə bunlar qapı kimi VI səviyyə, kilidləri isə “0” səviyyə imiş! Bu qapılarda digər çatışmamazlıqlar: səs və hava buraxır, yaraşıqsız dizayn, ayaqaltı keçid pas atır... Kilid və petlə hesabına “arzuedilməz qonaq” müdaxiləsi də 0÷10san.

Yuxarıda olan araşdırma artıq işarə edir ki, yerli istehsalda gerçəkləşə bilən, “keçilməz” kilidlərlə təchiz edilmiş “Sovet”dən miras qalan seyf qapının çatışmamazlıqlarını aradan qaldırsaq: qapı kimi VI, kilid və açar kimi VI (bəzi hallarda VI+) olmaqla hamının zövqünü oxşamaqla düzgün seçim olacaqdır! Daha mühüm tövsiyyə: çox satılan və ya hamı alan, xaricdə tanınmış marka altında istehsal edilən, parıldayan və göz oxşayan “mal” heç də güvənlikli demək deyildir!!!

– Kilid və açar arasında fərq dedikdə nə nəzərdə tutulur? Necə olur ki,  “arzuedilməz qonaq” mənzil və ya evlərimizə daxil ola bilir?

– Kilid  hərəkət  edən  layı,  sabit  olaraq oyuğa bərkidilmiş çərçivəyə bloklamaq üçün bir mexanizmdir. Açar isə kilidin bu funksiyasını reallaşdıran bir alətdir. Kilidlər 1 və ya 2 açarla, bəzi hallarda isə 3 açarla da idarə edilə bilər. Kilidlər – zərblə, mexaniki təzyiq altında, xüsusi açıcı alətlərlə, oyma və deşmə ilə müdaxilə zamanı açılmaya müqavimət göstərən və dözümlü olmaları ilə fərqlənir. Açar ümumiyyətlə həyatımıza çox fəal şəkildə daxil olub. Açarseçmə (“podbor klyuça”) yolu ilə mənzillərə daxilolma hadisələrinin çoxu isə biz açara nəzarəti itirdikdə   baş verir. Plastinlə bükməklə açarın surətini əldə edən və həmçinin açarlarımızı məcburən verdiyimiz məkrli insanların təhlükəsizlik sisteminə müdaxiləsi asanlaşa bilər. Ona görə də açar özü də həm surətinin çıxarılmasına, həm də açar seçməyə görə güvənli və etibarlı olmalıdır. Bu üzdən seyf qapı, kilid və açar seçərkən bazarda “alver” edən,  mağazada  qapı satan,  sex  ustalarının məqsədli söylədiklərindən vaz keçərək, ixtisaslaşmış mütəxəsislərin məsləhətlərinə qulaq assınlar.

Daha  bir vacib  notlar -  Seçdiyiniz  seyf qapı, kilid və açar aşağıda sadalanan 3 funksiyanı özündə cəmləşdirməlidir:

  • Vandalistə qarşı dayanıqlıq,
  • “Arzuedilməz” professionala qarşı güvənli,
  • Uzun müddətli istismar üçün yararlılıq.

–  Əksəriyyətimiz seyf  qapı,  kilid  və açar seçimimizi edərək fakt qarşısındayıq. Bizə hansı tövsiyyə və məsləhətləriniz vardır?

– Olduqca maraqlı, doğru yerində verilmiş sualdır. Cavaba Amerika Birləşmiş Ştatlarına   olan   səfərimdən   əldə   etdiyim bilgilər və araşdırma ilə başlayım - Massaçusets Ştatında olarkən diqqətə aldım ki, bu ərazidə demək olar ki, bir dənə də olsun seyf qapı və ya at ilxısını saxlamaq üçün olan taxta zolaqlı çəpərdən başqa hasar yoxdur! Bu hal məni çox düşündürdü və doğma Bakımızı və ya digər yerləri diqqətə alaraq, ehtiyatla yerli insanlardan soruşdum - bu vəziyyət bütün Amerika Ştatlarında eynidirmi? Cavab belə oldu: Xeyr, cənuba doğru addımlasaq, hasarın hündürlüyü 5 m də çatar və hər bir mənzil güvənlikli seyf qapı ilə qapanmış olar. Odur ki, artıq hamı anladı ki, nə qədər ki, bizi varlı ölkənin sakinləri sayırlar, istər-istəməz evimizdə özümüzə və ya ailə üzvlərimizə məxsus nəsə varsa, ətrafımızda vandalistlər mövcuddur, ölkə sərhədlərimiz “arzuedilməz” professionallara açıqdır: seyf qapı, kilid və açar sisteminin olduqca güvənli, bacardıqca daha yüksək səviyyəyə malik olmasına can atmalıyıq.

Əgər yuxarıda sadalanan zəif qapılardan biri müvəqqəti və ya məcburən istismardadırsa:

  • Evə heç olmasa 10 dəq də olsa tez getməyə tələsin,
  • Tərəfimizdən ödənişsiz aparılan - seyf qapı, kilid və açar sisteminin analizi - xidmətindən yararlanın,
  • Açar və kilid sistemini nəzarət altında saxlayın,
  • Qorunan informasiya və dəyərləri bağlı yerdə seyflərdə saxlayın,
  • Maliyyə ehtiyatlarını bank depozitlərinə verin,
  • Zəif güvənlik sisteminizi tez dəyişməyə nail olun,
  • Əsaslı təmir və yeni inşaatlarda doğru seçim edin!

– Bugün çoxfunksiyalılıq, etibarlılıq, rahatlıq baxımından smart və maqnit açarlar çox məşhurdur. Onların haqqında nə deyə bilərsiniz?

– Son dövrün texnoloji kəşfləri elektronikanın qapılarda və kilidlərdə tətbiqinə imkan yaradır. Smart və maqnit açarlara gəldikdə, bu, müəyyən dalğalı impulslara malik idarə olunan sistemdir. Smart və maqnit açar sistemi məlumatların elektron dalğa məlumatları ilə uyğunlaşması amili əsasında işləyir. Yeri düşdü, qeyd edim ki, Almaniyada çox məşhur bir sərgidə iştirak edirdim. Elektron smart açar sistemləri ilə tanış oldum və mənim diqqətimi çəkdi. Lakin 4-5 povilyon  uzaqda elə həmin kilid sisteminin əyani  surətdə  fiziki  həcmə  malik  maqnit parçası ilə necə açılmasını görəndə heyrətə gəldim.  Artıq  elə  sərgidəcə  həmin  smart kilid sisteminin güvənli olmadığının şahidi oldum. Ağıllı  ev  sistemlərinə  inteqrasiya ilə əlaqədar etibarlı maqnit açarların tətbiqi mümkündür, amma hesab edirəm ki, eyni zamanda alternativ güvənli mexaniki açar sistemi də olmalıdır. Yeri gəlmişkən, rəsmi distributoru olduğumuz İtaliyanın DİSEC şirkətinin,  maqnit  açarlara  malik  qoruyucu müdafiə sistemləri vardır. Onları tətbiq etməklə  kilidlərdə VI+  güvənlik  səviyyəsi almaq mümkündür.

– Hansı məşhur şirkətlərin məhsullarını təklif edirsiniz?

– “Teknur” MMC şirkəti olaraq istehsal etdiyimiz digər məhsullar kimi seyf qapı, satdığımız hər bir kilid, açar sisteminə görə məsuliyyət daşıyırıq. Onların güvənli olmasına zəmanət veririk. Vurğulayım ki, kilidlərin quraşdırılması xüsusi peşəkarlıq tələb edir. Bu sahədə ciddi işləyirik və əməkdaşlarımızı vaxtaşırı xaricdə treninqlərə cəlb edirik. Bilirsinizmi ki, Amerikada universitet səviyyəsində kilid və açarın fakültəsi fəaliyyət göstərir? Mən həmişə bu sahənin böyük bir elm olduğunu düşünürdüm və onun təsdiqini də Amerikada tapdım.
“CİSA”, “İSEO”, “Mottura”, “DİSEC” dünyanın  bu  sahədə  ən  məşhur  şirkətləridir  və  “Teknur”  MMC  olaraq,  onların Azərbaycanda rəsmi distributoruyuq. Amalımız ilk növbədə müştərilərimizə keyfiyyətli, güvənli xidmət təqdim etməkdir.

 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (223)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (334)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.