az / ru
 
     
 
Ana səhifə > İqtisadiyyat > Aktual rəy

Zemfira İsmayılova: Reklamımız məhsullarımızdan razı qalan müştərilərimizdir

20.09.2015

Ölkəmizdə “Made in Azərbaycan” markasını tanıtmaq şərəfinə yüksələn müəssisələrdən biri “Titan” Sənaye Şirkətlər Birliyidir (Titan Qrup). Birliyə daxil olan yeni müəssisələrdən biri –“Qida Sənayesi İstehsal Avadanlıqları Zavodu” Sahibkarlığa Kömək Milli Fondundan alınan güzəştli kredit əsasında inşa edilib. Tətbiq olunan avadanlıq və istehsal sisteminə görə dünyada iki ən müasir zavoddan biri olan bu müəssisə, həm də ixrac istiqaməti baxımından böyük potensiala malikdir. Müsahibimiz “Titan” Sənaye Şirkətlər Birliyinin vise-prezidenti Zemfira İsmayılovadır.

– “Titan Group”a daxil olan müəssisələr, istehsal sahələri və məhsul çeşidləri barədə nə deyə bilərsiniz?

“Titan Group” sənaye şirkətlər birliyi olaraq daxilində bir neçə müəssisəni cəmləşdirir. Birliyin əsas istehsal gücü tərkibindəki “Fayton” MMM-in artıq istifadəyə hazır olan, avropa standartlarına tam cavab verən yeni “Qida Sənayesi Avadanlıqları İstehsalı Fabriki”dir. İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi nəticəsində yaranan bu zavodun tikintisi və avadanlıqlarla təchiz olunması iki il davam etmişdir. 15 milyon manatdan artıq investisiya yatırılan zavod dünya standartları əsasında qurulub, on hektar ərazidə üç hektar qapalı sahəni əhatə edir və ilin sonuna qədər tam gücü ilə fəaliyyətə başlaması planlaşdırılır. “Titan” ASC isə bizim birinci zavodumuzdur. Deyə bilərəm ki, 20 ildən artıqdır ki, Azərbaycan bazarında ticarət, professional mətbəx avadanlıqları, sənaye-soyutma sistemləri, sənaye və ticarət tipli ərzaq kameraları, metal konstruksiyalar və sair avadanlıqlar üzrə yerli istehsalçı qismində çalışırıq. Bundan başqa, biz 10 ildən artıqdır ki, Avropanın ən qabaqcıl istehsalçılarının Azərbaycanda rəsmi distribütoruyuq. Bu şirkətlərin içində ticarət avadanlıqları istehsalçılarindan: İtaliyanın ARNEG Spa., COSTAN, Almaniyanin WANZL, AICHINGER; peşəkar mətbəx avadanlıqları istehsalçılarından: Almaniyanın RATİONAL, HOBART, İtaliyanın ANGELO Po, MODULARE və bir çox  başqa tanınmış istehsalçıların adını çəkmək olar. Servis qrupumuzun mühəndisləri adıçəkilən şirkətlərdə təlim keçmiş peşəkar mütəxəssislərdən təşkil edilir.

Yeni zavodumuzda İtaliyanın dünyaca məşhur “Salvagnini Group” şirkətinin 4-cü nəsil avtomatlaşdırılmış metal emalı xətti quraşdırılıb. Bu avadanlıq son nəsil texnologiyası olub dünyada cəmi iki yerdədir: İsveçrədə və Azərbaycanda. Avadanlıqda çalışan mütəxəssislər bir ilə yaxın İtaliyada təcrübə keçmiş mühəndis qrupundan ibarətdir. Zavodda metal mebellər, paslanmaz metaldan hazırlanan mətbəx avadanlığı, soyuducu vitrinlər, dolablar, metal rəflər istehsal olunacaq. Bundan başqa, zavodda tikintidə və soyuducu kameraların inşasında istifadə olunan poliuretan sendviç panellərin istehsal xətti, istixanalar üçün istifadə olunan profil emalı xətti, plastik panel istehsalı xətti  də mövcuddur.

İmkanlarımız böyükdür, yalnız yerli bazarı deyil, gələn ildən dövlətimizin dəstəyilə xarici bazara çıxış imkanlarına nail olmağı düşünürük. Hədəflərimiz böyümək, irəliləmək və “Made in Azerbaijan” markasını xaricdə tanıtmaqdır.

– İstixana avadanlıqlarından söz düşmüşkən, bu sahədə təlabat yüksəkdir. Əsasən hansı avadanlıqların istehsalından söhbət gedir?  

Bildiyimiz kimi son illərdə aqrar sənaye və kənd təsərrüfatı sahələrinin inkişafına respublikamızda böyük önəm verilir. Məlumdur ki, fermerlərimizə dövlət tərəfindən dəstək olaraq maddi vəsait ayrılır və bunun sayəsində fermer təsərrüfatları inkişaf edir. Təbii ki, bizim də bu sahədə təklif edə biləcəyimiz müəyyən məhsullarımız var. Beləki, yuxarıda  qeyd etdiyim kimi, zavodumuzda istehsal edilən istixana qurğuları üçün profillər və plastik panellər, ərzaq, meyvə-tərəvəz, ət məhsullarının uzunmüddətli saxlanması üçün şok dondurucu və soyuducu kameralar və s. məhsullar təklif edirik. Məlumdur ki, hər bir meyvənin özünəməxsus saxlanma mühiti olmalıdır, adi soyuducu kamera bütün tələblərə cavab verməyə bilər. Bu gün bazarda istehlakçının tələblərinə  cavab verən  avadanlıq tapmaq çox çətin olduğu şəraitdə biz həm texnoloji, həm də mühəndis bilikləri üstünlüklərimizdən istifadə edərək  İtaliyanın “FRUİT CONTROL EQUİPMENTS” şirkətinin dəstəyi ilə tənzimlənən atmosfer texnologiyası ilə çalışan uzunmüddətli saxlama kameraları təklif edirik. Tənzimlənən atmosfer (TA) texnologiyalı soyuducu kameralarda saxlanılma müddəti ərzində  meyvələrin tənəffüsünü ləngidən texnologiyadır. TA texnologiyası aşağı temperaturla, meyvələrin yüksək keyfiyyət standartlarına uyğun olaraq, uzun müddət saxlanılması sistemi kimi dünyada geniş yayılmışdır.

Digər ərzaq, ət – süd məhsullarının mühafizəsi üçün təklif etdiyimiz kameraların soyuducu avadanlıqları da həmçinin tanınmış avropa şirkətlərinin məhsullarıdır. Bu sahədə çalışdığımız şirkətlərdən TACUMSEH EUROPE (Fransa), FRASCOLD (İtaliya), RİVACOLD (İtaliya), BİTZER (Almaniya), COPELAND (ABŞ), LUVE (İtaliya) və s. adlarını çəkməklə təqdim etdiyimiz avadanlıqların keyfiyyət zəmanətindən güvənlə danışa bilərik.

– Qida sənayesi istehsal avadanlıqları zavodunun ilin sonunda tam gücü ilə fəaliyyətə başlayacağını bildirdiniz. Hazırda işlər hansı mərhələdədir?

Hazırki mərhələdə müəssisədə işlər demək olar ki, tamamlanıb. Sadəcə, düşünürük ki, bu qədər müasir avadanlıqların tətbiqindən sonra köhnə model məhsulların istehsalını davam etdirmək düzgün olmazdı. Avropa standartlarına cavab verən bir zavod qurmuşuqsa, deməli məhsulumuzun keyfiyyəti və görünüşü də daha üstün olmalıdır. Bu məqsədlə İtalyanın qabaqcıl dizayn şirkətlərinə üz tutduq, sentyabr ayında artıq müqavilə imzalayacayıq. Onlar bizə sırf Avropa malına xas olan, xüsusən də italyan dizaynı ilə və müvafiq parametrlər əsasında dizayn nümunələri təqdim edəcəklər. Yeni çeşid mallarımızla bazara çıxmaq üçün böyük arzularımız var. İstərdik ki, yeni məhsullarımızı hətta Almaniyanın “Euroshop” sərgisində də nümayiş etdirək.

– Məhsullarınız “Made in Azerbaijan” markası daşıyır. Ümumiyyətlə, yerli müştəri bazası, alıcılıq səviyyəsi Sizi qane edirmi?

Doğrusunu deyim ki, heç qane etmir. Çünki bizim bazarda maraqlı abu-hava vardır. Hesab edirlər ki, yerli maldırsa, keyfiyyəti aşağıdır. Yerli istehsaldan keyfiyyətinə görə dəfələrlə geri qalan və üstəlik qiymətcə bir neçə dəfə bahalı yabançı məhsullara üstünlük verirlər. Çox istərdik ki, bazarda yerli istehsalçılara da gördükləri işə görə dəyər versinlər. Sadəcə reklamlara inanmasınlar, heç olmasa gəlib real şəkildə istehsalla tanış olsunlar. Ən azı güvən məsələsini düşünsünlər, çünki işlətmə prosesində yarana biləcək problemlərin aradan qaldırılması üçün servis xidməti də əlçatan olmalıdır.

– İstehsal prosesində hansı standartları tətbiq edirsiniz?

Sırf Avropa standartları ilə çalışırıq. Çünki bəllidir ki, istehlakçı tələbi dəyişir, bazar açıqdır, keyfiyyətli məhsullar mövcuddur və onlarla ayaqlaşmaq, keyfiyyətcə eyni və deyərdim ki, hansısa parametrlərdə üstünlük nümayiş etdirməlisən ki, məhz sənin məhsulunu seçsinlər. Paytaxtımızda böyük və əzəmətli ticarət mərkəzləri açılır və biz də bazarda özümüzü təsdiqləməliyik. Biz də istehsal etdiyimiz avadanlıqların komplektləşdirici hissələrində güvənli avropa markalarından istifadə edirik və hesab edirəm ki, yerli sahibkar keyfiyyətə üstünlük verən yerli istehsalçını seçməklə yalnız uda bilər. 

– Yuxarıda qeyd etdiniz ki, sendviç panellər istehsal edirsiniz.  Xammal sarıdan yerli bazardan istifadə edirsinizmi?

Əfsuslar olsun ki, yerli bazardan heç nə ala bilmirik. Hazırda panelin komponentlərilə bağlı Avropa və Türkiyə ilə çalışırıq.

– Kadr məsələsinə toxunmaq istərdik. Məlumdur ki, Azərbaycanda kondisioner, soyuducu istehsal edən keçmiş ittifaq əhəmiyyətli zavodlar olub. Həmin kadrlardan istifadə edirsinizmi, yoxsa yalnız yeni nəsil mütəxəssislərə arxalanırsınız?

Doğrusunu deyim ki, şirkətdə bir neçə yaşlı mütəxəssisimiz fəaliyyət göstərir. Amma tətbiq olunan yeni nəsil qurğuları, avadanlıqların iş prinsipini mənimsəmək üçün gənc mütəxəssislərə önəm veririk. Azərbaycanın ali təhsil müəssisələrini bitirmiş gəncləri kadr kimi təlim keçirərək irəli çəkirik. Çünki bazarda hazırki tələblərə cavab verən mühəndislər yoxdur. Bizim universitetlərin buraxdığı məzunlar isə təəssüf ki, kadr kimi yetişmirlər, hələki təhsil sistemində bu problem var və bir vətəndaş, işəgötürən kimi bizi çox məyus edir. Mühəndis kadrların çatışmazlığı daha çox hiss olunur, xüsusən də sənaye mühəndislərinə böyük təlabat duyulur.   

– Bazarda təlabatın formalaşmasında qiymət faktoru mühüm əhəmiyyət daşıyır. Qiymət siyasətini necə qurmusunuz?           

Bazarı araşdırsanız görəcəksiniz ki, bizi “bahalı istehsalçı” kimi tanıyırlar. Ancaq inanın ki, onların 70 faizi heç bizim məhsullarla tanış deyillər, real qiymətlərimizdən isə bixəbərdirlər. Bizim mətbəx avadanlığında istifadə etdiyimiz AİSİ-304 markalı paslanmaz polad ictimai iaşə sektorunda istifadəsinə icazə verilən markadır. Yerli bazarımızda əksər xarici şirkətlər də daxil olmaqla bu keyfiyyətdə məhsul  çox azdır. Eləcədə ticarət avadanlığı sektorunda bir çox zəncir marketlərimiz Türkiyə istehsalçılarına daha çox müraciət edirlər, halbuki biz yerli istehsalçı olaraq eyni keyfiyyətli eyni standartda olan avadanlığı daha uyğun qiymətlərlə təklif edirik. Üstəlik bizim peşəkar servis xidmətinin mövcudluğunu da nəzərə alsaq, üstünlüyümüz göz qarşısındadır.

– İxrac potensialını araşdırmısınızmı?

Dövlətimizin dəstəyilə Azərbaycan malını xarici bazara çıxartmağı düşünürük. Gələcək hədəfimiz İran, Rusiya, Gürcüstan, Qazaxıstan bazarına girməkdir. Məhsul çeşidlərimiz az deyil. Keyfiyyətimizə güvənərək düşünürəm ki, rəqabət aparmağa  hazırıq.

– Sizə bol-bol uğurlar arzulayırıq.

Çox sağ olun.   

DOSYE

Zemfira İsmayılova “Titan Qrup” Sənaye Şirkətlər Birliyinin vise-prezidentidir. Bakı Dövlət İqtisad Universitetini bitirib. 20 ildən artıqdır ki, bu şirkətdə çalışır və hazırda vise-prezident vəzifəsini icra edir.

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (348)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (322)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (335)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.